TİTRƏYİŞ

is. Titrəmə, əsmə; titrəmə işi.
Danışdıqca Zeynəbin səsi titrəyirdi, bu titrəyişdə həm dərin bir iztirab, … həm də incə giley-küsü vardı. M.İbrahimov.
Veys yorulmuşdu, onun qollarında və dizlərində nə isə bir gizilti və titrəyiş vardı. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TİTRƏYİŞ əsmə — lərzə
TİTRƏTMƏLİ
TİTRLƏMƏ
OBASTAN VİKİ
Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı. == Əsas müddəaları == Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”. Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi. Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.

Digər lüğətlərdə