TRY-ON
TRYING
OBASTAN VİKİ
Out (jurnal)
Out — ABŞ-nin homoseksual və biseksual auditoriyasına yönəlmiş, 1992-ci ildə təsis edilmiş populyar qlyants brend jurnal. Maykl Hoff tərəfindən əsası qoyulub. The New York Timesa görə jurnal ən oxunan jurnallar siyahısına daxil edilib. Jurnalın tiraj sayı 190 min nüsxədir.
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Dying To Try
Dying To Try (azərb. Cəhd etməyə can atmaq‎) — İrlandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Brendan Mürrey "Dying to Try" mahnısı ilə İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yörqen Elofsson və Ceyms Nyuman tərəfindən bəstələnmişdir.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Walking Out (mahnı)
Walking Out (azərb. Çölə çıxmaq‎) — Ermənistanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Srbuk "Walking Out" mahnısı ilə Ermənistanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Lost Capital və tokionine, sözləri isə Qarik Papoyana aiddir.
Burn This Disco Out
Burn This Disco Out — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Come Out and Play
"Come Out and Play" — amerikalı müğənni Billi Aylişin mahnısı. 20 noyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql kimi rəqəmsal formatda buraxılıb. Mahnı həmçinin onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun Yaponiya buraxılışında yer alıb.
Don't Try This at Home
Don't Try This at Home — amerikalı repçi YoungBoy Never Broke Again-in altıncı studiya albomu. 21 aprel 2023-cü ildə Motown Records və Never Broke Again tərəfindən buraxılıb.
She's Out Of My Life
She's Out Of My Life — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
In and Out of Consciousness: The Greatest Hits 1990–2010
In and out of Consciousness: Greatest Hits 1990-2010 (Azerbaycanca:Şüurun İçi və Dışı) İngilis müğənni söz yazıçısı Robbi Vilyamsın ikinci greatest hits'i toplama albomudur. Albom 39 parça ehtiva edən albom, 2010 Ekimi'nde satışa çıxarıldı və EMI şirkətiylə etdiyi bu ankı kontratında çıxan son albomdur. Albomun baş təklisi "Shame", Take That 'dən Gary Barlow'la yazıldı və səsləndirildi. Mahnı Vilyams'ın ayrıldığı Take That'le 15 il aradan sonra ilk birlikdə çalışması oldu. Vilyams'ın rəsmi saytı onun xitlərini ehtiva edəcək bu albomun; Vilyams'ın 55 milyon albom satışı, 11 milyon təkli satışı, Birləşmiş Krallıqda 7 ədəd bir nömrəli albom (onu UK'nin ən çox satan solo artis edən), ən sürətli bilet satışı Guiness Dünya Rekordu və Brit Mükafatları tərəfindən qazandığı "Musiqiyə Üstün Katkı Mükafatı" kimi musiqi həyatında qazandığı nailiyyətləri qeyd etmək üçün bu albomu çıxardığı ifadə etdi. Albom qapağı, "Reality Killed the Video Star" və "Bodies"'in albom qapağı fotoqrafı Julian Broad tərəfindən 2010-ci ilin May ayında Kaliforniya Malibu sahillərində çəkildi.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir. Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir.