Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか?, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir.[4]
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon? | |
Birinci cildin üzlüyü. Personajlar: Hestiya (solda) və Bell Kranel (sağda). | |
ダンジョンに出会いを求めるのは間違っているだろうか (Danjon ni Deai o Motomeru no wa Machigatteiru Darō ka) azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil? | |
---|---|
Janr | fentezi[1][2][3], döyüş, macəra |
Manqa | |
Manqaka | Fucino Omori |
Rəssam | Suzuhito Yasuda |
Nəşriyyat | SB Creative |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | yanvar 2013 – hazırda |
Cildlər | 19 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Fucino Omori |
Rəssam | Kunieda |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Young Gangan |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 2 avqust 2013 – hazırda |
Cildlər | 15 (cild siyahısı) |
Manqa | |
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria | |
Yazıçı | Fucino Omori |
Rəssam | Takaşi Yaqi |
Nəşriyyat | Square Enix |
Jurnal | Gangan Joker |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 22 may 2014 – hazırda |
Cildlər | 29 (cild siyahısı) |
Manqa | |
Dungeon ni Deai o Motomeru no wa Machigatteiru Darō ka 4-koma: Kamisama no Nichijō | |
Yazıçı | Masaya Takamura |
Nəşriyyat | Square Enix |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Gangan Online |
Nəşr tarixi | 14 avqust 2014 – hazırda |
Cildlər | 2 (cild siyahısı) |
Anime | |
Rejissor | Yoşiki Yamakava |
Prodüsser | Nobuhiro Nakayama Ryutaro Kavakami Seyci Miyazaki |
Ssenarist | Hideki Şirane |
Bəstəkar | Keyci İnay |
Studiya | J.C.Staff |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, KBS, TVA, SUN, BS11, AT-X |
Buraxılış tarixi | 4 aprel 2015 – 27 iyun 2015 |
Seriyalar | 13 (seriya siyahısı) |
Anime | |
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Arrow of the Orion | |
Rejissor | Katsuşi Sakurabi |
Ssenarist | Fucino Omori |
Bəstəkar | Keyci İnay |
Studiya | J.C.Staff |
Digər | |
Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında[5] nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir.
Hadisələr Orario adlı uydurma ölkədə baş verir. Bu ölkənin ən məşhur yeri Babil qülləsinin altında yerləşən kompleks labirintlər sistemi – zindandır (ダンジョン, Danjon?). Zindanda əjdaha, qobil, minotavr, ork və s. kimi müxtəlif təhlükəli fentezi bədheybətləri yaşayır. Zindanın məlum olan ən aşağı mərtəbəsi 59-cu mərtəbədir. Macəraçılar Zindana enərək bu bədheybətlərlə döyüşüb onları məğlub edərək kristallarını götürürlər və kristalları pulla dəyişə bilirlər. Orario əhalisi ailə (ファミリア, Famiria?) adlandırılan qruplara qoşularaq macəraçı kimi Zindana enə bilir. Hər bir ailə öz ilahının şərəfinə adlandırılmış və həmin ilaha qulluq edir. Rol oynama oyunlarına çox bənzər şəkildə macəraçılar səviyyələrə bölünürlər. Macəraçılar daha yaxşı pul qazanmaq üçün səviyyələrini və bacarıqlarını yüksəldirlər. Orarionun pul vahidi valisdir. Birinci səviyyə macəraçı gündə 25000 valis pul qazana bilər.
Hadisələrin əsas diqqət mərkəzində Hestiya adlı ilahə ilə birlikdə yaşayan və onun üçün fəaliyyət göstərən 14 yaşlı yeni macəraçı Bell Kraneldir. Bell birinci səviyyə macəraçıdır və elə də güclü deyil. Özünü inkişaf etdirmək məqsədi ilə hər gün zindana enir. Lakin bir gün Bell zindanda güclü minotavrın hücuma məruz qalır və Orario əhalisi arasında Qılınc şahzadəsi ləqəbi ilə tanınan Ayz Valenştayn tərəfindən xilas olunur. Bell ona görər-görməz aşiq olur. Lakin altıncı səviyyə olan və zindanın 37-ci mərtəbəsinə təkbaşına enən Ayzın onun kimi zəif macəraçıya maraq göstərməyəcəyindən narahat olur. Buna görə Bell daha sürətlə güclənib Ayza heç olmasa bir az yaxınlaşmaq qərarına gəlir.
Fucino Omori ranobe seriyasını "Familia Myth" adı altında 4-cü GA Bunko mükafatına təqdim etmişdir. Əsəri baş mükafatı qazanmış və əsərinin nəşr olunması üçün təklif edilmişdir.[6] İlk ranobe cildi 15 yanvar 2013-cü ildə SB Creative nəşriyyatı tərəfindən GA Bunko imprinti altında nəşr olunmuşdur.[7] 14 oktyabr 2020-cı ilə kimi ranobe seriyasının 16 cildi buraxılmışdır.[8] Ranobenin 1,5 milyon nüsxəsi nəşr olunmuşdur.[9] Yen Press ranobeni Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi Yen On imprinti altında 2014-cü ilin dekabrında buraxmışdır.[10][11] Ranobe 2004-cü ildə Takarajimasha nəşriyyatının "Kono Light Novel ga Sugoi!" illik ranobe təlimat kitabçasında 4-cü yerdə göstərilmişdir.[12]
Kuniedanın rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2 avqust 2013-cü ildən Square Enix nəşriyyatının "Young Gangan" seynen manqası jurnalında nəşr olunur.[48] İndiyə qədər 10 tankobon cildi buraxılmışdır.[49][50] Yen Press New York Comic Con tədbirində bu manqanı Şimali Amerikada nəşr edəcəyini açıqlamışdır.[51]
Masaya Takamura tərəfindən hazırlanan "Dungeon ni Deai o Motomeru no wa Machigatteiru Darō ka 4-koma: Kamisama no Nichijō" (ダンジョンに出会いを求めるのは間違っているだろうか4コマ【神様の日常】?) adlı yonkoma seriyası 14 avqust 2014-cü ildən Square Enix nəşriyyatının "Gangan Online" onlayn jurnalında yayımlanır.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
№ | Orijinal versiyasının nəşr tarixi | Orijinal ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN | ||
---|---|---|---|---|---|---|
1 | 13 dekabr 2013[52] | ISBN 978-4-7575-4166-5 | 19 may 2015[53] | ISBN 978-0-316-30217-3 | ||
| ||||||
2 | 14 may 2014[54] | ISBN 978-4-7575-4304-1 | 18 avqust 2015[55] | ISBN 978-0-316-34591-0 | ||
| ||||||
3 | 13 noyabr 2014[56] | ISBN 978-4-7575-4464-2 | 17 noyabr 2015[57] | ISBN 978-0-316-35207-9 | ||
| ||||||
4 | 25 mart 2015[58] | ISBN 978-4-7575-4592-2 | 23 fevral 2016[59] | ISBN 978-0-316-27000-7 | ||
| ||||||
5 | 25 iyun 2015[60] | ISBN 978-4-7575-4673-8 | 24 may 2016[61] | ISBN 978-0-316-27225-4 | ||
| ||||||
6 | 25 mart 2016[62] | ISBN 978-4-7575-4925-8 | 22 noyabr 2016[63] | ISBN 978-0-316-55260-8 | ||
| ||||||
7 | 13 oktyabr 2016[64] | ISBN 978-4-7575-5120-6 | 18 iyul 2017[65] | ISBN 978-0-316-43978-7 | ||
8 | 23 mart 2017[66] | ISBN 978-4-7575-5287-6 | 14 noyabr 2017[67] | ISBN 978-0-316-41190-5 | ||
9 | 25 sentyabr 2017[68] | ISBN 978-4-7575-5368-2 | 22 may 2018[69] | ISBN 978-1-975-32651-7 | ||
10 | 25 iyun 2018[70] | ISBN 978-4-7575-5763-5 | 22 yanvar 2019[71] | ISBN 978-1-975-38358-9 | ||
11 | 22 iyul 2020[72] | ISBN 978-4-7575-6769-6 | 16 noyabr 2021[73] | ISBN 978-1-97-533807-7 | ||
12 | 25 mart 2021[74] | ISBN 978-4-7575-7169-3 | 26 aprel 2022[75] | ISBN 978-1-97-534206-7 | ||
13 | 25 dekabr 2021[76] | ISBN 978-4-7575-7647-6 | 21 mart 2023[77] | ISBN 978-1-97-536131-0 | ||
14 | 25 yanvar 2023[78] | ISBN 978-4-7575-8354-2 | 17 oktyabr 2023[79] | ISBN 978-1-97-537543-0 | ||
15 | 25 noyabr 2023[80] | ISBN 978-4-7575-8912-4 | — | — |
J.C.Staff studiyası tərəfindən çəkilən anime serialı adaptasiyası 2 aprel 2015-ci ildə göstərilməyə başlamışdır.[81] Animenin açılış mahnısı Yuka İquçi tərəfindən ifa olunan "Hey World" mahnısı, bağlanış mahnısı isə Kanon Vakeşima tərəfindən ifa olunan "RIGHT LIGHT RISE" mahnısıdır.[82] Crunchyroll animeni bütün dünyada yayımlamışdır.[83] Sentai Filmworks animeni ingilis dilinə dublaj edərək Şimali Amerikada buraxmışdır.[84] 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılacaq.[85]
"Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" spin-off ranobe seriyası əsasında anime serialı adaptasiyasının çəkiləcəyi açıqlanmışdır.[86] Animenin 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır.[87]
№ | Başlıq[88] | Rejissor | Ssenarist | Yayım tarixi[89] |
---|---|---|---|---|
1 | "Macəraçı (Bell Kranel)" "Bōkensha (Beru·Kuraneru)" (冒険者(ベル・クラネル)) | Daysuke Takaşima | Hideki Şirane | 4 aprel 2015 |
Bell Kranel ilahəsi Hestiya ilə birlikdə yenicə macəraçı olan gənc oğlandır. Lakin bir gün minotavrın hücumuna məruz qalarkən Ayz Valenştayn tərəfindən xilas edilir və ona aşiq olur. Bu andan etibarən Bell müəmmalı şəkildə güclənməyə başlayır. | ||||
2 | "Bədheybət festivalı (Monsterfiliya)" "Kaibutsu-sai (Monsutāfiria)" (怪物祭(モンスターフィリア)) | Toşikazu Haşimoto | Hideki Şirane | 11 aprel 2015 |
Ayza qarşı qısqanclıq duyğusu bəsləsə də, Hestiya Bellə məqsədinə çatmaq üçün kömək etməyə qərar verir. Bunun üçün Hestiya Hefestdən Bell üçün xüsusi silah düzəltməsini istəyir. Bu zaman Freya Bell üçün tələ hazırlayır. | ||||
3 | "Tanrının bıçağı (Hestiya bıçağı)" "Kamisama no Yaiba (Hesutia·Naifu)" (神様の刃(ヘスティア・ナイフ)) | Katsuşi Sakurabi | Hideki Şirane | 18 aprel 2015 |
Bell Hestiyanı qorumaq üçün onu özündən ayırır, lakin onları izləyən bədheybət onun dalını buraxmır. Hestiya nəhayət silahı Bellə verə bilir və Bell kambek edir. | ||||
4 | "Zəif (Dəstəkçi)" "Jakusha (Sapōtā)" (弱者(サポーター)) | Daysuke Takaşima | Ayumu Hisao | 25 aprel 2015 |
Bellin məsləhətçisi Eyna onu yeni zireh almaq üçün şəhərə aparır. Bell Liliruka Arde adlı dəstəkçi ilə tanış olur və Liliruka ona partner olmaq təklifi edir. Bell təklifi qəbul edir, lakin onun əsl niyyətindən xəbəri yoxdur. | ||||
5 | "Sehr kitabı (Qrimuar)" "Madōsho (Gurimoa)" (魔導書(グリモア)) | Kiyoko Sayama | Ayumu Hisao | 2 may 2015 |
Bell qəribə sehr kitabı tapır və bu sehr kitabının köməyi ilə sehrdən istifadə etmək bacarığı əldə edir. Bacarığını test etmək üçün zindana edir, lakin huşunu itirir və yenə Ayz tərəfindən xilas edilir. Liliruka Bell ilə partnerliyini başa çatdırmaq qərarına gəlir. | ||||
6 | "Səbəb (Liliruka Arde)" "Riyū (ririruka· āde)" (理由(リリルカ・アーデ)) | Risako Yoşida | Hideki Şirane | 9 may 2015 |
Liliruka Belli tələyə salır və bıçağını oğurlayır. Lakin oğrular Lilirukanın pullarını oğurlayıb onu ölümə tərk edirlər. Ayzın köməyi ilə tələdən çıxan Bell özünü çatdırıb Lilirukanı xilas edir. | ||||
7 | "Qılınc şahzadəsi (Ayz Valenştayn)" "Kenki (Aizu·Varenshutain)" (剣姫(アイズ・ヴァレンシュタイン)) | Toşikazu Haşimoto | Ayumu Hisao | 16 may 2015 |
Liliruka bir daha ona xəyanət etməyəcəyinə söz verir. Bell Ayz ilə birlikdə məşq etməyə başlayır. | ||||
8 | "Qəhrəman olmağı istəmək (Arqonavt)" "Eiyū ganbō (arugonōto)" (英雄願望(アルゴノゥト)) | Naoyuki Konno | Hideki Şirane | 23 may 2015 |
Ayz ilə məşq etdikdən sonra Bell zindanda yenə çox güclü minotavrın hücumuna məruz qalır, lakin qaçmaq əvəzinə onunla döyüşmək qərarına gəlir və onu məğlub edib 2-ci səviyyəyə yüksəlir. | ||||
9 | "Dəmirçi (Velf Krotso)" "Tan'ya-shi (verufu· kurozzo)" (鍛冶師(ヴェルフ・クロッゾ)) | Kiyoko Sayama | Şoqo Yasukava | 30 may 2015 |
Minotavr üzərindəki qələbəsindən sonra Bellin digər oyunçular arasında reputasiyası artır və bacarıqları inkişaf edir. Daha sonra Velf Krotso adlı dəmirçi ilə dostlaşır və Velf onun partiyasına qoşulur. | ||||
10 | "Bədheybət izdihamı (Keçid paradı)" "Kaibutsu shintei (pasu· parēdo)" (怪物進呈(パス・パレード)) | Katsuşi Sakurabi | Hideki Şirane | 6 iyun 2015 |
Bell, Velf və Liliruka zindanın orta mərtəbələrinə enirlər, lakin güclü bədheybətlərin hücumuna məruz qalırlar. Hestiya onları xilas etmək üçün partiya yığır. | ||||
11 | "Labirint utopiyası (Kurortun altında)" "Meikyū no rakuen (andārizōto)" (迷宮の楽園(アンダーリゾート)) | Daysuke Takaşima | Ayumu Hisao | 13 iyun 2015 |
Bell və dostları çox çətinliklə zindanın təhlükəsiz mərtəbəsi olan 18-ci mərtəbəsinə çatırlar. Onlar səthə qayıtmağa hazırlaşan Ayz və partiyası tərəfindən xilas edilirlər. Tezliklə Hestiya və gətirdiyi şəxslər də onlara qoşulur. | ||||
12 | "Bədxah fikirlər (Şou)" "Akui (shō)" (悪意(ショー)) | Daysuke Takaşima Kiyoko Sayama | Şoqo Yasukava | 20 iyun 2015 |
Bell və digərləri səthə çıxmağa hazırlaşırlar, lakin Bellin məşhurluğunun paxıllığını çəkən bir qrup macəraçı Hestiyanı qaçırıb Belli duelə dəvət edir. | ||||
13 | "Ailə hekayəsi (Ailə mifi)" "Kenzoku no monogatari (Famiria· mīsu)" (眷族の物語(ファミリア・ミィス)) | Katsuşi Sakurabi Yoşiki Yamakava | Hideki Şirane | 27 iyun 2015 |
Hestiya xilas edilir, lakin tezliklə 18-ci mərtəbədə çox güclü bədheybət peyda olur və hər kəs ona qarşı döyüşməyə başlayır. Sonda Bellin bitirici vuruşu ilə bədheybət məğlub edilir. |
Ranobe seriyası 2015-ci ildə 1.220.217 nüsxə sataraq ən yaxşı satan ranobe seriyası olmuşdur.[90] 2016-cı ilin birinci yarısında isə satdığı 210.762 nüsxə ilə ən yaxşı satan 13-cü ranobedir.[91]
"Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" spin-off ranobesinin birinci cildini dəyərləndirən Anime News Network tənqidçisi Teron Martin Ayzı əla tanıtdığından və yeni hekayə elementləri təqdim etdiyindən ranobeni bəyənmiş, lakin yazı stilindəki nöqsanlara və Ayzın arxaplanı arxasında az dayandığına görə tənqid etmişdir.[92]