Fall Out Boy (azərb. Çöküntü-oğlan) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır. "Take This to Your Grave" 2000-ci illərin pop-pank musiqisinə böyük təsir göstərən işlərdən biri kimi göstərilir.
Fall Out Boy | |
---|---|
| |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri |
|
Janr | |
Albom şirkəti | |
falloutboy.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ventsin qrupun mahnı yazıçısı, Stampın bəstəkar olması ilə qrup 2005-ci ildə növbəti hit albomu olan "From Under the Cork Tree" albomunu buraxmışdır. Alboma daxil olan "Sugar, We're Goin Down" və "Dance, Dance" sinqlları hit olmuşdur. Albomun özü isə iki dəfə platin sertifikasiya almışdır. Bu uğurdan sonra qrupun üzvləri superulduza çevrilmişdilər. 2006-cı ildə qrup "Ən yaxşı yeni müğənni" nominasiyasında Qremmi mükafatına namizəd göstərilmişdir. Qrupun 2007-ci ildə buraxdığı üçüncü albomu "Infinity on High" ilk həftəsində satdığı 260.000 disk ilə Bilboard 200 hit-paradında birinci yerə yiyələnmişdir. Albomun "This Ain't a Scene, It's an Arms Race" və "Thnks fr th Mmrs" sinqlları hitə çevrilmişdir. Dördüncü albom "Folie à Deux" fanatlar tərəfindən qarışıq rəylər almış və kommersiya cəhətdən elə də böyük uğur əldə etməmişdir. "Believers Never Die – Greatest Hits" albomunun buraxılmasından sonra qrup 2009-2012-ci illərdə yeni layihələr kəşf etmək məqsədilə fasilə vermişdir. 2012-ci ildə qrupun üzvləri yenidən bir araya gəlmiş və "Save Rock and Roll" albomunu buraxmışdır. Albom çox böyük uğur əldə etmiş, "My Songs Know What You Did in the Dark (Light Em Up)" sinqlı top-20 sinqldan birinə çevrilmişdir. 2015-ci ildə qrup altıncı studiya albomu olan "American Beauty/American Psycho" albomunu buraxmışdır. Alboma daxil olan "Centuries" sinqlı top-10 hitdən birinə çevrilmiş, "Uma Thurman" sinqlı isə Hot 100 hit-paradında 22-ci yerə qədər yüksəlmişdir. Albom birinci yeri zəbt etmiş, qrupun üçüncü №1 albomu, ardıcıl beşinci top-10 albomu olmuşdur.