1. Güzgülü və qutulu kiçik stol.
[Oğlan] tualet önündə bir qadın qədər özünə yaraşıq verdi.
2. İctimai yerlərdə (teatr, kino, restoran və s.-də) ayaqyolu.
3. Zahiri görkəm, yaraşıq, bəzək-düzək.
Məclis üçün hazırlıq görülürdü, xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər.
◊ Cərrahın tualeti tib. – operasiyadan qabaq mikrobsuzlaşdırılmış paltar geymə və əlləri yuma.