Ümumdünya Tualet Günü — dünyanın 19 ölkəsində hər il noyabrın 19-da qeyd edilən əlamətdar gün.[1]
Ümumdünya Tualet Günü dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən qeyd edilir.[1] Belə ki, BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir.[1] Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər.[1] Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.[1]