TUTSAQ
TÜBÜ-BORAN
OBASTAN VİKİ
"Dövlət nişanı" ordeni (Türkiyə)
"Dövlət nişanı" — Türkiyə Respublikasının ən yüksək mükafatı 1988-ci ildə təsis edilmişdir. Türkiyə prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
"Fərhəngi-türki" lüğəti
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
"Manas" Qırğızıstan-Türkiyə Universiteti
"Manas" Qırğızıstan-Türkiyə Universiteti (qırğ. Кыргыз-Түрк «Манас» Университети, türk. Kirgizistan-Türkiye "Manas" Üniversitesi) — Bişkek şəhərində yerləşən ali təhsil müəssisəsi. Əfsanəvi qırğız qəhrəmanının — Manasın adını daşıyır. == Tarixi == Manas Universiteti, fəaliyyətlərinə 1997–1998-ci tədris ilində Qırğızıstanın paytaxtı — Bişkekdə "Qırğız-Türk" Manas "Universitetinin yaradılması haqqında" Sazişin hər iki ölkənin səlahiyyətli orqanlarının təsdiqindən sonra başladı. Bu müqavilə 30 sentyabr 1995-ci ildə İzmirdə Türkiyə Cümhuriyyəti və Qırğızıstan Respublikası Hökumətləri tərəfindən imzalanmışdır. Universitet, Tələbə İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanının nəticələrinə əsasən Qırğızıstandan tələbə qəbul edir. Türk tələbələr, Türkiyə Cümhuriyyətinin İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən edilən bir imtahan yolu ilə işə qəbul edilir. Digər Türkdilli dövlətlərin və millətlərin tələbələri, Türkiyə Cümhuriyyəti Türk Dilli Dövlətlər üçün Tələbə İşə Qəbulu və Dağıtımı Mərkəzi tərəfindən də keçirilən imtahan nəticələrinə görə işə qəbul edilir. 2011–2012-ci tədris ilinin birinci semestrinin sonuna 9 fakültədə, 4 ali məktəbdə, 1 peşə məktəbində 3809 lisenziya tələbəsi təhsil alır, 196 lisenziya və aspirant isə 2 institutda təhsillərini davam etdirir.
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" ordeni
"Müstəqil Türkmənistana böyük sevgiyə görə" medalı - Türkmənistanın dövlət mükafatıdır. == Tarixi == 1 mart 1999-cu ildə təsis edilmişdir. Əvvəlcə sifariş boyun zəncirində bir qızıl medal görünüşünə sahib idi, daha sonra 2011-ci ildə bir göğüs blokunda bir qızıl ulduz görünüşü əldə etdi. Türkmənistanın ilk prezidenti Saparmurat Niyazovun profili istisna olmaqla, 2014 -cü ildən bu sərəncama yeni bir görünüş verildi. == Əsasnamə == Sərəncam ölkə iqtisadiyyatının inkişafına, istehsalın səmərəliliyinin artırılmasına, elm və texnologiyanın inkişafına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi böyük töhfələrə görə ölkə vətəndaşlarını və əcnəbiləri, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsindəki böyük uğurlarına görə mükafatlandırmaq məqsədi daşıyır. Qayğıya, dövlət və ictimai fəaliyyətə, qanunun aliliyinin və asayişin möhkəmləndirilməsinə, gənc nəslin təhsili və tərbiyəsinə, Türkmənistanla digər dövlətlər və beynəlxalq təşkilatlar arasında iqtisadi və mədəni əlaqələrin inkişafına görə verilir. Sifarişlə təltif olunan şəxslərə minimum əmək haqqının on beş mislinə bərabər birdəfəlik mükafat verilir və əmək haqqı, əmək haqqı, təqaüd, müavinət və ya təqaüdə aylıq əlavə minimum əmək haqqının yüzdə 15-i miqdarında əlavə edilir. Ordenə layiq görülmüş şəxslər Türkmənistan qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada imtiyazlardan istifadə edirlər. == Təsvir == === 1999-dan 2011-ə qədər === Sifariş nişanı 40 mm diametrli bir dairə şəklindədir. Sifarişin ön tərəfinin ortasında Türkmənistan Prezidentinin ağ qızıldan hazırlanmış profil şəkli var.
"İstiqlal" medalı (Türkiyə)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi. Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
"İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

1-ci Türkmən (Baymak)
1-ci Türkmən (başq. 1-се Төрөкмән (Berense Törökmən), rus. 1-е Туркменево (Pervoye Turkmenevo)) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 39 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 28 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar üstünlük təşkil edir.
1-ci Türkoloji Qurultay (film, 1926)
1-ci Türkoloji Qurultay — qısametrajlı sənədli filmi. Film Azdövlətkinoda istehsal edilmişdir. Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak edirlər. == Məzmun == Film dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır. == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
16 Böyük Türk İmperatorluğu
16 böyük türk imperiyası (türk. 16 Büyük Türk Devleti) — 1969-cu ildə xəritələrin tərtibi üzrə məmur Akib Özbəy tərəfindən tanıdılmış, türk milliyətçiliyinə dair anlayış. 1980-ci illərdə Kənan Evrən hökuməti dövründə türk səlahiyyətlilər tərəfindən daha geniş şəkildə təbliğ olunmuşdur. Bu anlayışın təqdim edilməsindən əvvəl Türkiyə Prezidentinin forsundakı 16 ulduz Səlcuqlu imperiyasından sonra Anadoluda qurulmuş on altı bəyliyi təmsil edən simvol kimi qəbul edilmişdi. == Siyahı == Konsepsiyaya görə "16 Böyük Türk İmperiyası" bunlardır: == Qəbul == Türk yazıçısı, şair, publisist və tarixçi, pantürkizm və Turanizm ideologiyasının əsas dəstəkçisi olan Hüseyn Nihal Atsız bu siyahıya daxil olan bir sıra imperiyanın əslində qəti şəkildə müəyyənləşdirilməmiş mənşəyə sahib olduqlarını və türk mənşələrinin yalnız fərziyyə olduğunu qeyd etmişdi. Ağqoyunlular kimi bir çox həqiqi türk imperiyası bu siyahıdan kənarda qalmışdı. Bu səbəblərdən o, siyahını "uydurmadan başqa bir şey" olmadığını qeyd etmişdir. Atsızın tənqidlərinə baxmayaraq, bu konsepsiya, 1980-ci ildə Türkiyədəki hərbi çevrilişindən sonra qüvvəyə minən Kənan Evrən prezidentliyi dövründə türk-islamçı sintezinin türk milliyyətçiliyinin əsas komponenti elan edilməsi ilə türklərin əsas milli ideologiyasına çevrilmişdir. Yazıçı Reha Oğuz Türkqanın (1920-2010) rəhbərliyi altında əvvəlcə təqvim, sonra bir sıra markalar buraxılmışdır. Bundan sonra qədim türk dövlətlərinin bayraqlarının bu rəsmləri nüfuzlu Türkiyə Tarix Qurumu konfransında təqdim edilmişdir.
16 böyük türk imperiyası

2-ci Türkmən (Baymak)
2-ci Türkmən (başq. 2-се Төрөкмән, rus. 2-е Туркменево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (1-ci Türkmən): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
2012 Türkiyə Superkuboku
2012 Türkiyə Superkuboku — 2011-12 sezonu Super Liqa çempionu Qalatasaray ilə Türkiyə Kuboku qalibi Fənərbaxça arasında keçirilən Super Kubok qarşılaşmasıdır. Finalın təşkil ediləcəyi şəhər Ərzurum olaraq təyin olunmuşdur. Qarşılaşma 12 avqust 2012-ci il bazar günü tarixində Kazım Karabəkir Stadionunda keçirilmişdir. Final oyununda Qalatasaray Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdır. Super Kubok 2012-də Türkiyənin bir-biriylə ən çox matç keçirən 2 komandası arasında adı 2006-ci ildə dəyişdirildikdən sonra keçirdiyi ilk matçı olmuşdur. Kubok mübarizəsi ilk dəfə İstanbul xaricinə çıxarkən əlavə hakim tətbiqidə ilk dəfə olaraq bu matçda edildi. Onuda qeyd edək ki, bu derbi 372-ci dəfə üz-üzə gəlmişlər. == Oyundan əvvəl == === Oyunun biletləri === Oyunun biletləri qarşılaşmadan 3 gün əvvəl satışa çıxarıldı. Bir qala arxasına Fənərbaxça tərəfdarı yerləşdirilərkən, digər qala arxasına isə Qalatasaray tərəfdarları yerləşdirildi. Oturma planı iki komandanın tərəfdarların bir-birinə çata bilməyəcəyi şəkildə nizamlandı.
2013-cü il Türkiyə etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
2013 Türkviziya Mahnı Müsabiqəsi
2013 Türkviziya Mahnı Müsabiqəsi — (türk. 2013 Türkvizyon Şarkı Yarışması) ilk dəfə 2013-cü ilin dekabr ayında keçiriləcək. İlk müsabiqə Türkiyənin Əskişəhər şəhərində keçiriləcək. Müsabiqədə 23 ölkə iştrak edəcək. == Keçiriləcəyi yer == Müsabiqə Türkiyənin Əskişəhər şəhərində keçiriləcək. Müsabiqənin yarımfinal mərhələsi dekabrın 17-19-da, final mərhələsi dekabrın 21-də təşkil olunacaq. == İştirakçılar == Müsabiqədə 24 ölkə iştrak edəcək.
2014 Türkiyə prezident seçkiləri
2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Görevdeki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12. prezidentini müəyyən etmək üçün ediləcək olan seçki. Seçki tarixi, Türkiyə Yüksək Seçim Kurulu tərəfindən ilk turu 10 avqust 2014 Bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014 Bazar günü olaraq təyin olundu. Yurd xaricində yaşayan Türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 İyul - 3 Avqust 2014, ikinci dövr seçimi isə 17-20 Avqust 2014 olaraq açıqlandı. == Namizədlər == Ədalət və İnkişaf Partiyasının ən real, yeganə namizədi və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandır.
2014 Türkviziya Mahnı Müsabiqəsi
2014 Türkviziya — əsasən Türkdilli ölkələrin qatıldığı mahnı müsabiqəsi. == Yer == "Türk Dünyasının Mədəniyyət paytaxtı" Tatarıstanın paytaxtı Qazan seçildiyi üçün ev sahibliyi və keçirilmə yeri məhz bu şəhərdədir. == Format == Müsabiqə yarımfinaldan və finaldan ibarətdir. Yarımfinalda ilk 15 ölkə final müsabiqədə iştirak etmək haqqı qazanır. Müsabiqəni qazanan ölkənin müğənnisi qızıl heykəlcik, 2-ci və 3-cü yerləri tutan müğənnilərə pul mükafatı ilə mükafatlandırır. === Yarımfinal === Yarımfinal 19 noyabr 2014-cü ildə TatNeft Arenada keçirilmişdir.
2015 Türkiyə Superkuboku
Türkiyə Superkuboku 2015 — 8 avqust 2015 tarixində 2014-15 Super Liqa çempionu Qalatasaray və 2014-15 Türkiyə Kuboku finalçısı Bursaspor arasında oynalınan 42-ci Super Kubok matçı. Rəqibini 1-0 məğlub edən Qalatasaray, kuboku on dördüncü dəfə öz muzeyinə apardı. Qalatasaray bu qarşılaşma ilə birlikdə ardıcıl dördüncü dəfə, ümumi isə iyirmi ikinci dəfə Super Kubokda mübarizə apardı. Qalatasaray əldə etdiyi bu çempionluqla birlikdə, 2006-cı ildən kuboku ən çox əldən komanda adını qazanıb. Bursaspor isə komanda tarixində üçüncü dəfə Super Liqa təşkilatındada iştirak etdi, ancaq yenə çempionluq sevinci yaşaya bilmədi. Matç Türkiyənin ATV kanalında canlı olaraq ekranlaşdırıldı. Qalatasaray baş məşqçisi Hamza Hamzaoğlu sarı-qırmızılı forma ilə futbolçu olaraq çempion olmuşdur. O, düz iyirmi il sonra Qalatasaray baş məşqçisi olaraq yenə həmin təşkilarda çempion olmuşdur. Beləliklə həm futbolçu, həm də baş məşqçi olaraq Qalatasarayda bir mövsümdə üç kubok qazanma müvəffəqiyyətinə çatdı. Qalatasarayda iki oyunçu, Bursasporda isə ümumi dörd oyunçu bu matçla birlikdə komandaları ilə ilk dəfə rəsmi mübarizəyə çıxmış oldu.
2015 Türkviziya Mahnı Müsabiqəsi
2015 Türkviziya Mahnı Müsabiqəsi — (türk. 2015 Türkvizyon Şarkı Yarışması) 2015-ci ilin noyabr ayında keçiriləcək. Müsabiqə Türkiyənin ən böyük şəhəri Istanbul'da keçiriləcək. Müsabiqə ilk dəfə 2013'cü ildə Türkiyə'nin Əskişəhər şəhərində keçirilib. Müsabiqə hər il növbəli şəkildə TÜRKSOY tərəfindən seçilən Türk Dünyası Mədəniyyət Paytaxtı'nda keçirilir. == Keçiriləcəyi yer == Müsabiqə Türkiyənin ən böyük şəhəri olan İstanbulda baş tutacaq. Müsabiqə hər il Türk Dünyasının Mədəniyyət Paytaxtı Marı şəhərində keçirilməsi nəzərdə tutulsada Marı'da müsabiqənin keçiləcəyi yer olmaması səbəbindən müsabiqə 20 Fevral 2015 tarixində TMB TV tərəfindən Aşqabad şəhərinə verilmişdi. Ancaq Türkmənistandaki yarışmanın çətin olacağı və texniki problem hallarının tez olacağı səbəbiylə yarışma Türkiyənin İstanbul şəhərində keçiriləcək. == Format == Müsabiqə 1 yarımfinal və 1 finaldan ibarətdir. Bütün ölkələrin yarım finalda yarışması məcburidir.
2016 Türkviziya Mahnı Müsabiqəsi
2016 Türkviziya Mahnı Müsabiqəsi — (türk. 2016 Türkvizyon Şarkı Yarışması) 2016-ci ilin noyabr ayında keçiriləcək. Müsabiqə Türkiyənin ən böyük şəhəri Istanbul'da keçiriləcək. Müsabiqə ilk dəfə 2013'cü ildə Türkiyə'nin Əskişəhər şəhərində keçirilib. Müsabiqə hər il növbəli şəkildə TÜRKSOY tərəfindən seçilən Türk Dünyası Mədəniyyət Paytaxtı'nda keçirilir. == Keçiriləcəyi yer == Müsabiqə Türkiyənin ən böyük şəhəri olan İstanbulda baş tutması planlaşdırılır. Müsabiqə, Dekabr ayında baş tutacaq. == Format == Müsabiqə 1 yarımfinal və 1 finaldan ibarətdir. Bütün ölkələrin yarım finalda yarışması məcburidir. Yarım final'dan finala tam 15 ölkə yüksəlir.
20 mm-lik Anzio snayper tüfəngi
Lülənin kalibri - 20 mm
24 TV (Türkiyə)
24 TV (tam adı: 24 Televiziyası, türk. 24 Televizyonu, tələffüzü: İyirmi dörd TV) — Əthəm Sancağın sahib olduğu Esmedya şirkətinin nəzdində fəaliyyət göstərən ölkə-səviyyəli Türkiyə televiziya kanalı. 2007-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyədir. == Tarixi == Kanal ilk olaraq Uzan Holdinq tərəfindən Max Haber (azərb. Maks Xəbər‎) adıyla qurulmuşdur, ancaq yayıma Star Haber 24 (azərb. Star Xəbər 24‎) adı ilə başlamışdır. Bu ad ilə qısa bir müddət ərzində yayım etdi, daha sonra isə bağlandı. Tasarruf Mevduatı Sigorta Fonunun Star Media Qrupunu almasından sonra, Star qəzeti və "Kanal 24"-ün ad hüququ 19 milyon dollara satışa çıxarılmışdır, ancaq gözlənilən maraq görülməmişdir. Daha sonra 2006-cı ilin mart ayında keçirilən tenderdə, kanalı 5 milyon 150 min dollara Şimali Kiprli biznesmen Əli Özmən Safa almışdır. Tasarruf Mevduatı Sigorta Fonunun (TMSF) prezidenti Əhməd Ərtürk, Özmənin tenderdə verdiyi 5 milyon 150 min dollarlıq təklifi 8 milyon dollara artırması və həmçinin 4 milyon dollar təzminat istəməsiylə, cəmi 12 milyon dollar verdiyini bildirmişdir.
2S4 Tülpan
2S4 Tülpan (Rusca: 2С4 «Тюльпан»; “lalə”), SSRİ istehsalı olan özüyeriyən minaatan qurğusu olub, 2K11 Krug ilə eyni quruluşa sahibdir. Lazer başlıqlı mərmilərdən, kimyəvi başlıqlı mərmilərdən və nüvə başlıqlı mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir. İstehsalçı: SSRİ İstehsalçı firma: Uraltransmaş SKB-72 Tip: Özüyeriyən minaatan qurğusu İstehsal tarixi: 1969 – 1988 Xidmətə giriş ili: 1972 – günümüzə Ekipaj: 5 nəfər İstehsal sayı: 588 ədəd == Ölçülər == Ağırlığı: 27.5 ton Uzunluğu: 6.246 m Lülənin uzunluğu: 5.34 m Eni: 3.25 m Hündürlüyü: 3.2 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 30 mm-lik yayılmış polad == Performans == Zəminə təzyiq: 0,605 kq/sm ² Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.55 m Maneə keçmə: 0.7 m Qalxma dərəcəsi: 35º Motor: V-59U dizel At gücü: 520 Maksimal sürət: 63 km/saat Yolsuzluqda: 45 km/saat Yanacaq çəninin tutumu: 830 litr Mənzili: 500 km Dayandırılması: müstəqil burulma bar == Silahlanma == Əsas silahı: 240 mm “2B8” yivsiz minaatan Kalibr: 240 mm Lülənin qalxma bucağı: +45º... +80º Üfüqi tuşlama bucağı: +45º : -10º... +10º +80º : -41º...
30 Avqust Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
30 Avqust Zəfər Günü (Türkiyə)

65-ci Türkiyə hökuməti
65-ci Türkiyə hökuməti və ya Yıldırm hökuməti — Hökuməti Ədalət və İnkişaf Partiyasının lideri Binəli Yıldırım qurub. Əhməd Davudoğlu'nun AK Partiya sədri və baş nazir vəzifəsindən istefa verməsindən sonra Binəli Yıldırım 22 may 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hökuməti qurmaq vəzifəsinə təyin edilib; Mayın 24-də Türkiyənin 65-ci hökumətinin kabinet üzvləri açıqlanıb. 65. Türkiyə hökuməti Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvlərindən 315 səslə etimad səsverməsi aldı. == Kabinet üzvləri == == Dəyişikliklər == 31 avqust 2016-cı ildə EfkanAlanın istefası ilə boşaldılan Daxili İşlər Naziri vəzifəsinə Əmək və Sosial Müdafiə naziri Süleyman Soylu təyin edilib. Mehmet Müezzinoğlu Soylunun Əmək və Sosial Müdafiə Nazirliyi vəzifəsinə təyin edildi.19 iyul 2017-ci ildə kabinet əsaslı təmir olundu. 6 yeni ad nazir olduğu halda, 5 ad müxtəlif nazirliklərə verilib.