Türkiyə Superkuboku 2015 — 8 avqust 2015 tarixində 2014-15 Super Liqa çempionu Qalatasaray və 2014-15 Türkiyə Kuboku finalçısı Bursaspor arasında oynalınan 42-ci Super Kubok matçı. Rəqibini 1-0 məğlub edən Qalatasaray, kuboku on dördüncü dəfə öz muzeyinə apardı. Qalatasaray bu qarşılaşma ilə birlikdə ardıcıl dördüncü dəfə, ümumi isə iyirmi ikinci dəfə Super Kubokda mübarizə apardı. Qalatasaray əldə etdiyi bu çempionluqla birlikdə, 2006-cı ildən kuboku ən çox əldən komanda adını qazanıb. Bursaspor isə komanda tarixində üçüncü dəfə Super Liqa təşkilatındada iştirak etdi, ancaq yenə çempionluq sevinci yaşaya bilmədi.
Türkiyə Superkuboku 2015 | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | Türkiyə Super Kuboku | ||||||
|
|||||||
Hesabat | |||||||
Tarix | 8 avqust 2015 | ||||||
Yer | Osmanlı stadionu, Ankara, Türkiyə | ||||||
Hakim | Cüneyt Çakır | ||||||
Tamaşaçı | 19.626 | ||||||
← 2014 2016 → |
Matç Türkiyənin ATV kanalında canlı olaraq ekranlaşdırıldı. Qalatasaray baş məşqçisi Hamza Hamzaoğlu sarı-qırmızılı forma ilə futbolçu olaraq çempion olmuşdur. O, düz iyirmi il sonra Qalatasaray baş məşqçisi olaraq yenə həmin təşkilarda çempion olmuşdur. Beləliklə həm futbolçu, həm də baş məşqçi olaraq Qalatasarayda bir mövsümdə üç kubok qazanma müvəffəqiyyətinə çatdı. Qalatasarayda iki oyunçu, Bursasporda isə ümumi dörd oyunçu bu matçla birlikdə komandaları ilə ilk dəfə rəsmi mübarizəyə çıxmış oldu.
1966-cı ildə təşkilat ilk dəfə "Prezident kuboku" adı ilə olaraq təşkil edilməyə başladı. 2006-cı ildə adı "Türkiyə Super Kuboku" olaraq dəyişdirildi.[1]