Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Porfirinlər-təbii və sintetik tetrapirrol birləşmələrdir. Porfirinlərin törəmələri azottərkibli piqmentlər olub, hemoqlobin, xlorofil və digər fermentlərin molekullarının qeyri-zülal hissələrinin tərkibinə daxildir, yüksək heterotsikllərə aiddir. 150-dən çox porfirin sintez olunub. Porfirinlərin fiziki və kimyəvi xassələrinin unikallığı ilə əlaqədar olaraq onların analoqlarının kimyada, biologiyada, tibbdə, optikada və materialşünaslıqda tədqiqatına böyük maraq yaradır.Son illər tədqiqatçıların porfirin və onun komplekslərinə marağı artmışdır. Hazırkı dövrdə porfirinlərin əllidən artıq törəməsi sintez edilmişdir və onlara maraq aşağıdakı xassələri ilə əlaqədardır.
Öz biokimyəvi əhəmiyyətinə görə porfirin komplekslərini zülallarla, nuklein turşuları, karbohidrat və lipidlərlə bir sıraya qoymaq olar. Porfirinin maqnezium kompleksi – xlorofil vacib bioloji proseslərdən biri fotosintezdə iştirak edir. Porfirinin digər kompleksi – dəmirlə protoporfirinin kompleksi qan hemoqlobinin tərkibinə daxildir.
Porfirinin dəmirlə kompleksi hüceyrələrdə baş verən mürəkkəb oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən bir çox fermentlərin aktiv hissəsini təşkil edir.
Porfirin kompleksləri yüksək aktiv katalizatorlar, yüksək keyfiyyətli boyalar, fotosensibilizatorlar, işıq və termostabilizatorlar kimi tətbiq edilə bilər.Porfirinlər əsasında katalizatorlar, sensorlar, dərman preparatları, üzvi yarımkeçiricilər, maye kristallar və optika üçün materiallar yaradılmışdır.