TƏSƏLLİ

is. [ ər. ] Bir acını az da olsa unutduracaq, dərdi, qəmi yüngülləşdirəcək, təskin edəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma, təskinlik.
Bir təsəllidir sənə ol söz ki derlər var sübh. Füzuli.
Bu təsəlli mənə bəsdir, olar asudə halım. A.Səhhət.

□ Təsəlli vermək – dərdinə, qəminə şərik olub onu sakitləşdirmək, ürək-dirək vermək, təskinlik vermək. Zərnigar dərdini deyib, başladı ağlamağa.
Qarı qıza təsəlli verib, durub gəldi padşahın yanına. (Nağıl).
Elə bil [Məşədibəy] əlini Səlimin çiyninə qoyub təsəlli verirdi. M.Hüseyn.

Təsəlli tapmaq – sakitləşmək, dərdini unutmaq.

Синонимы

  • TƏSƏLLİ TƏSƏLLİ Həmid Çopur Abdullanın tutulmasından müəyyən təsəlli tapsa da, onu burada görməməyinə təəssüf eləyirdi (H
  • TƏSƏLLİ təskinlik — ümid
TƏSƏK
TƏSƏLLİVERİCİ

Значение слова в других словарях