UPUZUN
URUQ
OBASTAN VİKİ
Kem-ur
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
UR-100N
UR-100N (rus: УР-100Н; NATO kod adı: SS-19 Stiletto), SSRİ istehsalı olan qitələrarası ballistik raketdir. Döyüş raketi 1970-ci illərdə yaradılıb və raket buraxıcı qurğuların əsasını formalaşdırmışdır. 6 müharibə başlığına sahib olan bu döyüş raketinin lülə uzunluğu 2.5 m, partlama mexanizmi 400 kt (Mod 3), 5 Mt (Mod 2), hərəkət mənzili 10.000 km, idarəetmə sistemi isə Ətalət Naviqasiya Sisteminə əsaslanmışdır. .
Ur (Meşkinşəhr)
Ur (fars. عور‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 506 nəfər yaşayır (103 ailə).
Ur (qitə)
Ur — Eramızdan 3 milyard əvvəl Yer kürəsində mövcud olmuş ilk hipotik qitələrdən biridir. Eramızdan 1 milyard il əvvəl Ur qitəsi Nuna (və ya Kolumbiya qitəsi) və Atlantika qitələri ilə birləşərək Rodiniya superqitəsini yaratmışdır. Ur qitəsi Pangeyanın Lavraziya və Qondvana qitələrinə parçalanmasına qədər yeganə qitə kimi formalaşmışdı. Fərziyyələrə görə Ur qitəsinin tərkibinə indiki Afrika, Avstraliya və Hindistan kimi ərazilər daxil idi.
Ur zikkuratı
Urda yerləşən böyük zikkurat (Etemenniquru zikkuratı) - Qədim Mesopotamiyanın daha yaxşı vəziyyətdə qalmış məbəd kompleksidir. E.ə. XXI əsrdə (təx. e.ə. 2047-ci ildə) ucaldılmışdır. Ur şəhərində yerli çarlar Ur-Nammu və Şulqi tərəfindən Ekişnuqal məbədi kimi Nanna ay allahının şərəfinə inşa edilmişdir. Bir neçə dəfə əhəmiyyətli dərəcədə yenidənbərpa işləri aparılmış, Yeni Babil çarı Nabonidom tərəfindən genişləndirilmişdir. == Tikilmə dövrü və istifadəsi == Zikkuratın tikintisini üçüncü Ur sülaləsi aparırdı. Akkadların və qutievlərin basqınlarından sonra dövlət quruluşu bərpa olunmuşdur. Zikkurat yalnız məbəd kimi deyil, həmçinin ictimai müəssisə, arxiv və çar sarayı kimi də fəaliyyət göstərirdi.
Ur ştandartları
Ur ştandartları, Müharibə və sülh ştandartları - L. Vulli tərəfindən ekspedisiya zamanı şumer şəhəri Urda aparılan qazıntılar zamanı tapılmış dekorativ-illustrativ lövhələr. Hər bir lıvhə üzərində üç cərgədə sədəflə işlənilmiş şumerlərin həyat tərzini əks etdirir. Lövhələr e.ə. III minilliyə aid edilir. Ölçüləri eni 21.59 sm, uzunu 49,53 sm-dir. Bu lövhələr Britaniya muzeyinin inciləri sayılırlar. Müharibə tablosunda döyüşdə iştirak edən şumer qoşunları, Cəng arabaların təkərləri altında məhv edilmiş düşmən və çar hüzuruna gətirilmiş alçaldılmış əsirlər təsvir edilmişdir. Sülh lövhəsində gündəlik təsərrüfat həyatı və arfa sədaları altında bayram edən şumerlər təsvir edilmişdir. == Mənbələr == Kleiner, Fred S. Gardner's Art Through the Ages: The Western Perspective - Volume 1 (12th Edition). Belmont, California, USA: Thomson Wadsworth.
Üçüncü Ur sülaləsi
Üçüncü Ur sülaləsi, Mesopotamiyanı təqribən 100 il idarə edən xanədandır. Qısa bir dönəm boyunca (təqribən 100 il, e.ə.2100-e.ə.2000) bölgədə bir siyasi güc olmuşdur. Xanədan qısaca III Ur kimi də adlandırılır. == Tarixi == Akkadların zəifləməsi ilə III Ur sülaləsinin yüksəliş dövrü başlamışdır. == Hakimləri == Utu-khegal: 2119-2113 Ur-Nammu: 2212-2095 dolayları Şulgi: 2094-2047 Amar-Sin: 2046-2037 Şu-Sin: 2037-2027 Ibbi-Sin: 2026-2004?
Ur Kral Oyunu
Ur Kral Oyunu, minilliyin əvvəlində qədim Mezopotamiya ilk dəfə oynanmış iki oyunçu taktiki yarış stolüstü oyunudur. Bu oyun, Yaxın Şərqdə bütün sosial təbəqələrdə məşhur idi və onu oynamaq üçün lövhələr Mezopotamiya, Krit və Şri Lanka kimi uzaq yerlərdə tapılmışdır. Britaniya Muzeyində saxlanılan lövhələrdən biri təqribən MÖ 2600 - MÖ 2400 illərinə məxsusdur, bu da onu dünyanın ən qədim oyun lövhələrindən biri halına gətirir. Ur Kral Oyunu bəzən çox oxşar olan başqa bir qədim oyuna, İyirmi Kvadrat Oyununa bərabər tutulur. Ur oyunu mənəvi əhəmiyyət kəsb etdiyi dövrdə populyarlığının zirvəsində idi və inanılırdı ki, oyundakı hadisələr oyunçunun gələcəyini əks etdirir və tanrılardan və ya digər fövqəltəbii varlıqlardan mesajlar ötürürdü. Son antik dövrlərə qədər Ur oyunu populyarlığını qoruyub, daha sonra oynanmağı dayandı, beləliklə, stolüstü oyun formasına çevrildi və ya onun tərəfindən dəyişdirildi. 1950-ci illərə qədər, İsrail əhalisinin mühacirəti başlayana qədər, Ur oyununun "Asha" adlı versiyasını oynamaq davam edən yəhudi cəmiyyəti xarici istisna olmaqla, hər yerdə unudulmuşdu. Ur Oyunu adını ilk dəfə ingilis arxeoloqu ser Leonard Vulli tərəfindən 1922-1934-cü illərdə Urdakı Kral Qəbiristanlığında apardığı qazıntılar zamanı yenidən kəşf edildiyi üçün almışdır. O vaxtdan bəri oyunun nüsxələri Yaxın Şərqdəki digər arxeoloqlar tərəfindən tapılıb. Eramızdan əvvəl II əsrdə oynanan Ur Oyununun qaydalarının mixi yazı ilə qismən təsviri Babil gil lövhəsində qorunub saxlanılmışdır, bu təsvir katib İtti-Marduk-balatu tərəfindən yazılmışdır.
2009-cu il Urumçi iğtişaşları
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir. Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.
2009-cu il Urumçi qarşıdurması
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir. Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.
Ab Urbe Condita (Livi)
Eramızdan əvvəl I əsrdə yaşamış Roma tarixçisi Titus Livius tərəfindən yazılmış Roma tarixinə dair kitab. Azərbaycan dilində “Şəhərin yaradılmasından” mənasını verən bu əsərin 142 cildinin olduğu zənn edilir, lakin bu günə qədər cəmi 35 cildi gəlib çatmışdır.
Ab urbe condita
“ab urbe condita” (“anno urbis conditae”; qısaca A. U. C., AUC, a.u.c.; həmçinin “anno urbis”, qısa a.u.) “Şəhərin (Roma) yaranmasından bəri” mənasını verən latın sözüdür. Bu sözə əsasən şəhərin əsası eramızdan əvvəl 753-cü ildə qoyulmuşdur. Digər tərəfdən AUC, bəzi Roma tarixçiləri tərəfindən müəyyən Roma illərini ayırd etmək üçün istifadə olunan təqvim sistemidir. İntibah maarifçiləri bəzən kitablarının AUC sistemində nəşr ilini yazaraq, romalıların AUC sistemindən istifadə etdiyi qənaətini yaradırdılar. Lakin Roma dövründəki təqvim sistemi bundan çox fərqli idi.
Abaçılı (Urmiya)
Abaçılı və ya Aşağı Abacalı (fars. اباجالوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Nazlı kəndistanında, Urmiya şəhərindən 22,5 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (62 ailə).
Abbasabad (Urmiya)
Abbasabad (fars. عباس اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (19 ailə).
Abdibəy (Urmiya)
Abdibəy (fars. عبدي بيگ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (23 ailə).
Abdukadyr Urazbekov
Abdukadyr Urazbekov (qırğ. Абдыкадыр Орозбеков; 1889, Ohna[d], Kadamjay rayonu – 1938, Çüy vilayəti, Qırğızıstan Sovet Sosialist Respublikası) — Qırğızıstan MSSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin sədri (1927–1937) və Mərkəzi İcra Hakimiyyətinin birinci sədri Qırğızıstan Sovet Sosialist Respublikası Komitəsi (1937).
Adeh (Urmiya)
Adeh (fars. اده‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (41 ailə).
Adımurtuzapaşa (Urmiya)
Adımurtuzapaşa — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Nazlu kəndistanında, Urmiya şəhərindən 25 km şimal-qərbdədir.
Aeonium urbicum
Aeonium urbicum (lat. Aeonium urbicum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Agastache urticifolia
Agastache urticifolia (lat. Agastache urticifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin aqastaxis cinsinə aid bitki növü.
Ageratina urbanii
Ageratina urbanii (lat. Ageratina urbanii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alagöz (Urmiya)
Alagöz — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Sulduz bölgəsinin qəsəbəətrafı kəndistanında, Nəqədə qəsəbəsindən 9,5 km şimal-qərbdədir.
Alfredo Qomes Urkuyo
Alfredo Qomes Urkuyo (isp. Alfredo Gómez Urcuyo; d. 9 avqust 1942, Rivas, Nikaraqua) — Nikaraqua Respublikasının vitse-prezidenti (2005-2007). == Həyatı == 9 avqust 1942-ci ildə Rivas şəhərində anadan olmuşdur. == Təhsili == İlk ali təhsilini Rivas şəhərindəki Rosendo Lopes İnstitutunda almışdır. Daha sonra təhsilini Diriamba şəhərinin Pedaqoji İnstitutunda və Xinotepe şəhərinin Xuan Xose Rodrigez İnstitutunda davam etdirmişdir. 1970-ci ildə Manaquanın Mərkəzi Amerika Universitetində baytarlıq və zooloq peşəsinə yiyələnmişdir. == Siyasi fəaliyyəti == 2005-ci il oktyabrın 10-da Nikaraqua Milli Asambleyası tərəfindən Respublikanın vitse-prezidenti seçilmişdir. 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur. == Ailəsi == Evlidir, altı övlad atasıdır.
Allium ursinum
Ayı soğanı, xalyar (lat. Allium ursinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU A2c + 3c). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15–20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8–10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir.
Almanabad (Urmiya)
Almanabad (fars. المان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 497 nəfər yaşayır (143 ailə).
Alqiyan (Urmiya)
Alqiyan. (fars. القيان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Baranduz kəndistanında, Urmiya şəhərindən 20,5 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 197 nəfər yaşayır (48 ailə).
Alvaro Uribe Veles
Alvaro Uribe Veles (isp. Álvaro Uribe Vélez; d. 4 iyul 1952, Medellin, Antioqa, Kolumbiya) — Kolumbiya Respublikasının 31-ci Prezidenti (2002-2010). == Həyatı == 4 iyul 1952-ci ildə Medellin şəhərində anadan olmuşdur. == Fəaliyyəti == 1976-cı ildə Ticarət üzrə Medellin Dövlət Müəssisələrinin rəhbəri olmuşdur. 1977-1978-ci illərdə Kolumbiya Əmək Nazirliyində Sədr vəzifəsində çalışmışdır. 1980-1982-ci illərdə Kolumbiya Mülkü Aviasiyasının direktoru vəzifəsində çalışmışdır. 1984-1986-cı illərdə Medellin Şəhər Şurasının deputatı olmuşdur. 1995-1997-ci illərdə Antioqanın Qubernatoru olmuşdur. 1986-1990, 1990-1994-cü illərdə senator olmuşdur.
Ambriel (Uranın peyki)
Ambriel — Uranın peyklərindən biri; 1851-ci il oktyabrın 24-də Villiam Lassell tərəfindən kəşf edilmişdir. Ariel ilə eyni zamanda kəşf edilmiş və Aleksandr Papanın "The Rape of the Lock" adlı əsərindəki bir obrazın adını daşıyır. Ambriel əsasən sərt suxurlara malik buzdan ibarətdir, ehtimal ki, bərk nüvəyə və buzlu mantiyaya malikdir. Ambrielin səthi digər Uran peyklərinə nisbətən daha qaranlıqdır və əsasən kənar təsirləri nəticəsində formalaşmışdır. Lakin, kanyonların mövcudluğu erkən endogen prosesləri büruzə verir və peykin köhnə səthinin məhv olmasına səbəb olan erkən endogenetik əsaslı bir səth yenilənmə hadisəsinə məruz qalmış olması ehtimal edilir. Ambriel, diametri 210 km-ə (130 ml) çatan çoxsaylı zərbə kraterləri ilə əhatə olunmuşdur, Oberondan sonra Uranın ikinci ən çox kraterli peykidir. Ən görkəmli səth xüsusiyyəti Vunda kraterinin zirvəsində parlaq bir materialdır. Bu peyk, Uranın bütün peykləri kimi, ehtimal ki, meydana gəlməsindən sonra planetin ətrafını əhatə edən akressiya diskindən meydana gəlmişdir. Uran sistemi 1986-cı ilin yanvarında Voyager 2 kosmik gəmisi tərəfindən yalnız bir dəfə tədqiq edilmişdi. Ambrielin bir neçə şəkli çəkilmişdir ki, bu da peykin səthinin təxminən 40%-i əhatə edirdi.
Arbutus uva-ursi
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Arctostaphylos uva-ursi
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Armudağac (Urmiya)
Armudağac (fars. ارموداغاج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (24 ailə).
Artemia urmiana
Urmiya artemiyası (lat. Artemia urmiana) — Xərçəngkimilər sinfinə, Qəlsəməayaqlı (Branchiopoda) dəstəsinə və müstəqil Artemiidae fəsiləsinə və Artemia cinsinə daxil olan növ. Növ ilk dəfə 1900-cü ildə Urmiya gölündə aşkarlanmışdır. Bölgənin və Urmiya gölünün endemik canlısıdır. Bu göldə yaşamaqda olan Artemiyalarnın sayı gölün qurumasına qədər 1 litrdə 4000 qədər ola bildiyi halda hazırda 1 litrdə 1 dənəyə enmişdir == Maraqlı fakt == 2004-cü ildə Ukrayanın Krımda yerləşən Opukski gölündə Urmiya artemiyası qeydə alınmışdır. Böyük ehtimal ki, gölə bu canlıları köçəri quşlar gətirmişdir. Gölün bioiqlimi və suyunun biokimyavi tərkibi Urmiya gölünə yaxındır.
Artemisia vulgaris subsp. urjanchaica
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.

Значение слова в других словарях