XRİZOLİT

yun. chrysos – qızıl + yun. lithos – daş

XRİZOKOLLA
XROMAKEY
OBASTAN VİKİ
Xrizolit
Xrizolit və ya digər adı ilə Peridot — Açıq-yaşıl rəngli şəffaf olivin növü. Xrizolit yalnız bir rəngdə meydana gələn bir neçə qiymətli daşdan biridir. Kimyəvi formulu (Mg,Fe)2SiO4, sərtliyi isə Moos şkalasına görə 6,5-7 arasındadır. Daşın rəngi tərkibindəki dəmirin miqdarına bağlıdır. Dəmirin miqdarı nə qədər az olarsa daşın rəngi bir o qədər parlaq olur və qiyməti artır. Qızılı-yaşıl rəngli və parlaq yaşıl rəngli xrizolit daha dəyərlidir. Solğun qonur rəngli daşlardan isə zərgərlikdə demək olar ki, istifadə edilmir və dəyərli hesap edilmir. Xrizolit çox rast gəlinən mineral olsa da dəyərli nümunələri çox az tapılır. == Tarixi == Qədim dünyada xrizolitin hasilatı o zaman topazios adlanırdı və təxminən e.ə. 300-cü ildə Qırmızı dənizdəki Zeberqed adasında başlanğıc götürmüşdür.

Digər lüğətlərdə