1. Allah, Tanrı.
Bəlalərdən səni saxlasın xuda; Sən tək gözəl, əldən olmasın cida.
Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdi-sər dəfinə aləmdə bu dərman gülüdür.
[Sitarə:] Xuda bilir ki, səni qəlb-safidən sevirəm.
2. Xudaya şəklində nida – ay Allah, ilahi (Allaha xitab, müraciət, yalvarış). [Kərbəlayı Qədim:] Xudaya, cəlalına şükür.
İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər.
[Ana:] Onu jandarmalar gəzir dörd gözlə; Xudaya! Qəribdir, sən onu gözlə!
“Şükür sənə, xudaya, hələ ki birtəhər süyüşdük” – deyə [Əlləzoğlu] pıçıldadı.