1. Zərbə ilə vurulub ortadan uzununa aralanmaq; bölünmək, kəsilmək, parçalanmaq.
2. Yaralanmaq. Başı yarılmaq.
// Maneə rəf edilərək yol açılmaq. Cəbhə yarıldı. Müdafiə xətti yarıldı.
3. Oğurluq məqsədi ilə sındırılıb (dağıdılıb) açılmaq.
Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu, bəlkə dükan yarıldığını güman edirdilər.
4. Şaqqalanmaq.
Meşənin arası, çal qayalığın ayağı iki yana yarılmışdı.
◊ Bağrı yarılmaq – bax bağır.