YUM

Xeyir-dua, son söz. (“Kitabi-Dədə Qorqud” leksikası)

YUQARU
YUMBALANMAQ
OBASTAN VİKİ
Devid Yum
Devid Yum (ing. David Hume; 26 aprel (7 may) 1711[…], 7 may 1711 və ya 26 aprel 1711, Edinburq[…] – 25 avqust 1776[…], Edinburq) — məşhur şotland filosofu, empirizm və aqnostisizmin nümayəndəsi, ingilis maarifçiliyinin ən məşhur xadimlərindən biri. == Həyatı == Yum 1711-ci ildə Şotlandiyanın Edinburq şəhərində bir hüquqşünas ailəsində anadan olmuşdur. O, Edinburq Universitetində mükəmməl təhsil almış, İngiltərənin Avropadakı diplomatik missiyalarında işləmişdir. Fəlsəfi fəaliyyətə Yum "İnsan təbiəti haqqında traktat"-ın ilk iki hissəsini nəşr etməklə 1739-cu ildə başlamışdır. Bir ildən sonra traktatın ikinci hissəsi işıq üzü görmüşdür. Sonralar Yum bu ideyaların üzərində işləmiş və "İnsan idrakı haqqında" adı altında ayrıca bir kitab da nəşr etmişdir. Bir çox əsərin, o cümlədən, 8 cildlik "İngiltərə tarixi"nin müəllifidir. D. Yumun həyatında ən parlaq və məhsuldar dövr onun Şotlandiyanın Milli Kitabxanasında çalışdığı dövrdür. Belə ki, az maaş almasına baxmayaraq kitabların içərisində olmaq ona bir sıra gələcək əsərləri üçün material toplamaq imkanı vermişdi.
Almaz qəfəsli (Faberje yumurtası)
"Almaz qəfəsli" (rus. “Алмазная сетка”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1892-ci ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Yumurta bavenit suxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir. == Sürprizi == Almaz qəfəsli yumurtanın sürprizi ilk dəfə Faderje emalatxanasında hazırlanmış mexanizmli fil fiquru olmuşdur. Fiqur xüsusi açar vasitəsilə qurula bilirmiş. Filfiquru Danimarka krallığının gerbindəki fil ilə eynilik təşkil edir.
Açma-yumma xalçaları
Açma-yumma xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir. Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Qarabağ tipinə aid olan "Açma-yumma" xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olmuşdur. Dağlıq Qarabağda, habelə Köhnə Tağlarda və Daşbulaqda istehsal olunan xalçalar, yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan xalçalarla müqayisədə daha kobuddur. Bununla əlaqədar olaraq, bu tipin kompozisiyalarının bədii dəyəri aşağıdır. Xalçaçılıq sənətinin əski ustadlarının söylədiyi kimi, keçmiş zamanlarda Bərdə rayonunun Kəbirli kəndində (Ağcabədiyə yaxın) istehsal olunan kiçik ölçülü "Açma-yumma" xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu və bir qayda olaraq, xüsusi sifarişlə istehsal olunurdu.
Açma-yumma xalçası
Açma-yumma xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir. Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Qarabağ tipinə aid olan "Açma-yumma" xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olmuşdur. Dağlıq Qarabağda, habelə Köhnə Tağlarda və Daşbulaqda istehsal olunan xalçalar, yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan xalçalarla müqayisədə daha kobuddur. Bununla əlaqədar olaraq, bu tipin kompozisiyalarının bədii dəyəri aşağıdır. Xalçaçılıq sənətinin əski ustadlarının söylədiyi kimi, keçmiş zamanlarda Bərdə rayonunun Kəbirli kəndində (Ağcabədiyə yaxın) istehsal olunan kiçik ölçülü "Açma-yumma" xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu və bir qayda olaraq, xüsusi sifarişlə istehsal olunurdu.
Bir yumrucuqlu qışlaqotu
Təkyumrulu qışlaqotu (lat. Herminium monorchis) - qışlaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumruları şarşəkillidir, diametri 5-9 mm-dir. Gövdənin hündürlüyü 10-25 sm-dir. 2 (az hallarda 3) lansetyarpaqlı, kök hissədə yerləşir, çiçək qrupu nazik, sıx olmayan salxım şəklindədir. Çiçəkləri xırda, sarı-yaşıl, bal ətirlidir. Çıçək dodağı nizəşəkilli, uzunluğu 3,25-3,75 mm, yan qnadları xətvari, kütdür, ortadakından 2 dəfə qısadır .
Böyük Pyotr (Faberje yumurtası)
“Böyük Pyotr” (rus. “Пётр Великий”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Yumurta II Nikolayın sifarişi əsasında 1903 cü ildə pasxa yumurtası qismində arvadı Aleksandra Fyodorovnaya hədiyyə edilmək üçün hazırlanmışdır. Bu yumurta eyni zamanda I Pyotr tərəfindən Sankt-Peterburqun salınmasının 200 illiyinə həsr edilmişdir. Yumurtanın hündürlüyü 11ç1 sm, eni isə 7.94 sm-dır. Sürprizi qızıldan hazırlanmış I Pyotrun heykəlciyidir. Qəzəl, almaz, yaqut, daö bülluru və emaldan hazırlanmış bu zərgərlik əsərinin ustası Mixayıl Perxindir.
Dəmir yumruq (abidə)
Dəmir yumruq — Xocavənd rayonunun Hadrut qəsəbəsində qoyulmuş abidə. Abidə 2021-ci ildə qoyulub. Hadrut qəsəbəsində yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub. "Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub. "Plener Group" tərəfindən hazırlanmışdır.Layihənin memarı gənc memar Gülər Elxan qızıdır.Yumruq üzərində işləyən rəssamlar: Elxan Əliyev,Azər Məmmədov,Fərid Nəcəfov. Layihənin təşkilatçısı Əhmədov Cavid.
Faberje yumurtaları
Faberje yumurtası — Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır. "Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir. Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.
Faberje yumurtası
Faberje yumurtası — Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır. "Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir. Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.
Gövdəsiz yumaqotu
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Meymun Yumruğu (personaj)
Lord Meymun Yumruğu və Lord Monti Fiske (ing. Monkey Fist) - "Kim Possibl" serialının düşmən personajlarından biridir. == Personaj haqqında == Əsl adı Montqomeri (qısaldılmış forması: Monti) Fiske-dir. Döyüş sənətləri ustasıdır. Ən qəti düşmənləri Ron Stoppabl və Kim Possibldır. Montqomeri Fiske əslən Britaniyadandır. Çəkisi 59 kq-dır. Montqomeri Fiske əvvəllər arxeoloq vəzifəsində çalışırdı. Nobel mükafatı laureatına layiq görülmüşdür. Əsas tədqiq sahələri meymunların artefaktları idi.
Qafqaz (Faberje yumurtası)
"Qafqaz" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1893 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Qafqaz Faberje yumurtası XV Lüdovik sonrakı dövr stilində hazırlanmışdır. Yumurta dörd oval qapıcıqlara malikdir. Hər bir qapıcığın kənarlarına dövrəmə mirvariləl düzülmüşdür. Hər bir apıcığın bayır səhinə rəqəmli brilliant çələng vurulmuşdur. Hə çələnglərdə hək olunmuş rəqəmlər birlikdə, “1893” onun hazırlanma ilini göstərir. Oval qapıcıqların yanlarında rəmzlər həkk olunmuşdur. Hər oval qapıcıq fil dişi sümüyündən hazırlanmış miniatürlərə açılır.
Qaldırılmış yumruq
Qaldırılmış yumruq və ya sıxılmış yumruq həmrəylik və dəstək simvolu kimi istifadə olunur. Həmçinin də ittifaq, güc, itaətsizlik və ya müqaviməti ifadə etmək üçün salam kimi də istifadə olunur. == Tarixi == 1917-ci ildə Dünya Sənaye İşçiləri (IWW) tərəfindən qaldırılmış sağ yumruq loqo kimi istifadə edilmişdir. Bununla belə, 1936-1939-cu illərdə baş verən İspaniya vətəndaş müharibəsi zamanı respublikaçı qruplar tərəfindən salamlama simvolu kimi istifadə edilmiş və “Xalq Cəbhəsi salamı” və ya “antifaşist salamı” kimi tanınaraq populyarlıq qazanmışdır. Sağ yumruq salamı daha sonralar bütünlükdə Avropa miqyasında solçular və antifaşistlər arasında yayılmışdır. Qrafik simvol 1948-ci ildə Meksikada inqilabi sosial mübarizələri inkişaf etdirmək üçün incəsənətdən bir vasitə kimi istifadə edən mətbəə olan Taller de Gráfica Popular tərəfindən populyarlaşdırılmışdır. Rəssam və fəal Frank Cieciorkanın Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi üçün sadələşdirilmiş versiya hazırladıqdan sonra onun istifadəsi ABŞ-da 1960-cı illərdə yayılmışdır. Bu versiya daha sonralar Tələbələr tərəfindən Demokratik Cəmiyyət və Qara Güc hərəkatı üçün istifadə edilmişdir. Qaldırılmış sağ yumruq La Luttenin davam etdiyi 1968-ci ilin may üsyanı zamanı hazırlanmış təbliğat afişalarında müntəzəm formada istifadə olunmuş, sıxılmış yumruğun başında bir fabrik bacası təsvir edilmişdir.
Qanlı yumruq (film, 1989)
"Qanlı yumruq" (ing. Bloodfist) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Ceyk Rey qardaşının qətlini araşdırmaq üçün Manilaya gəlir. Lakin burada qanunsuz olaraq kikboks yarışları keçirən Muay Tay orqanizasiya ilə qarşılaşır. Ceyk Rey həyatını qurtarmaq və qardaşının qisasını almaq üçün turnirdə mübarizə aparmalıdır... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq — Internet Movie Database saytında.
Qanlı yumruq 2050 (film, 2005)
"Qanlı yumruq 2050" (ing. Bloodfist 2050) — ABŞ filmlərindən biridir. Digər adı "Qanlı yumruq 8: Çətin çıxış yolu" (ing. Bloodfist VIII: Hard Way Out) kimi səslənir. == Məzmun == 2050-ci il, Los Anceles. Los Anceles küçələrinin döyüşçüsü olan Aleks Denko qardaşı Connini öldürən qatillərin axtarışındadır... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 2050 — Internet Movie Database saytında.
Qanlı yumruq 2 (film, 1990)
"Qanlı yumruq 2" (ing. Bloodfist 2) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Ceyk Rey döyüşlərin bitdiyini zənn edirdi. Amma bir müddətdən sonra ona Uzaq Şərqdə yaşayan dostundan zəng gəlir. Ceyk Rey bura gələn zaman dəlilərin əlinə düşür. Bu zaman Ceyk həyatını qurtarmaq üçün mübarizə aparmaq məcburiyyətindədir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 2 — Internet Movie Database saytında.
Qanlı yumruq 3: Döyüşməyə mübarizə edilən (film, 1992)
Qanlı yumruq 4: Ölümcül cəhd (film, 1992)
"Qanlı yumruq 4: Ölümcül cəhd" (ing. Bloodfist IV: Die Trying) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Denni Hold avtomobil konfiskasiya ilə məşğuldur. Bir gün silah alveri ilə məşğul olan avtomobilin keçmiş sahibləri onun tərəfindən təhqir olunur. Buna görə onlar Denninin qızını qaçırırlar. Denni qızına görə onlarla mübarizə aparmaq məcburiyyətindədir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 4: Ölümcül cəhd — Internet Movie Database saytında.
Qanlı yumruq 5: İnsan hədəfi (film, 1994)
"Qanlı yumruq 5: İnsan hədəfi" (ing. Bloodfist V: Human Target) — Don Vilsonun filmlərindən biridir. Filmin adı" Qanlı yumruq 5: Canlı hədəf" və ya "Qanlı yumruq 5: Ölümcül hədəf" kimi də səslənir. == Məzmun == FTB Agenti Cimmi Stenton banda heyətlərini izləyən zaman onlarla vuruşmağa məcbur olur. Ayılan zaman Cimmi 6 il komada qaldığını öyrənir. Ona kömək edən Elli isə onun həyat yoldaşıdır. Cimminin hal-hazırda yaddaşla bağlı problemi vardır. Bir gün onun üzərinə yenidən hücum edirlər və Cimmi yenə də sağ qalır. Artıq Cimmi bu işlə məşğul olmaq məcburiyyətindədir. Onun öhtəsinə iki əsas vəzifə düşür.
Qanlı yumruq 6: Yerin səviyyəsi (film, 1994)
"Qanlı yumruq 6: Hədəf nöqtəsi" (ing. Bloodfist 6: Ground Zero) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Agent Nik Korrinqan ABŞ hərbi bazasına məlumat paketi gətirmək üzrədir. Ancaq bu müddətdə hərbi baza Fouks adlı banda rəhbəri sayəsində ələ keçirirlir. Nik Fouks üçün böyük təhlükə törədəcəkdir. Bunun üçün Fouks onunla mübarizə aparmaq məcburiyyətindədir. Nik isə öz növbəsində hərbi bazanı azad etməlidir… == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 6: Yerin səviyyəsi — Internet Movie Database saytında.
Qanlı yumruq 7: Axtarış (film, 1995)
"Qanlı yumruq 7: İnsan ovu" (ing. Bloodfist VII: Manhunt) — Don Vilsonun filmlərindən biri. == Məzmun == Cim Turdell etmədiyi qətl üzündən qaçmağa məcburdur. Onu qaçmağa vadar edən isə qatillərə işləyən polislərdir. Cim çoxlu dəlil toplamaq məcburiyyətindədir… == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 7: Axtarış — Internet Movie Database saytında.
Qanlı yumruq 8: Öldürməyə öyrədilən (film, 1996)
"Qanlı yumruq 8: Öldürməyə öyrədilən" (ing. Bloodfist VIII: Trained to Kill) — Don Vilsonun filmlərindən biridir. Digər adı "Qanlı yumruq 8: Çətin çıxış yolu" (ing. Bloodfist VIII: Hard Way Out) kimi səslənir. == Məzmun == Kris atası Rik Koueni bəxtigətirməyən hesab edir. Amma banda onların evinə hücum edən zaman Rik onların öhtəsindən asanlıqla gəlir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 8: Öldürməyə öyrədilən — Internet Movie Database saytında.
Qızılgül qönçəli (Faberje yumurtası)
Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır. == Dizaynı və sürprizi == Neoklassisizmin modern üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir. III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür.
Qızılgüllü və qəfəsli (Faberje yumurtası)
"Qızılgüllü və qəfəsli " (rus. “” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje bu yumurtanı 1907-ci ildə çar II Nikolayın sifarişi ilə pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün hazırlamışdır.
Qəzəbin yumruğu (film, 1972)
Qəzəbin yumruğu (ing. Fist of Fury, kantonca: 精武門 — Jing wu men) — 1972-ci ildə Brüs Linin iştirakı ilə çəkilən döyüş filmidir. == Məzmun == Filmdə baş verən hadisələr XX əsri əvvəllərində baş verir. Çen Zen "Cinqvu" məktəbinin əsasını qoyan müəllimi Ho Yuantszyanın ölüm xəbərini eşidir və Şanxaya geri dönür. Honqkou dojosunun sahibi Suzuki tərcüməçisi Vu En və adamları ilə birlikdə yas mərasiminə plakat göndərir və onun üzərində "Şərqi asiyanın xəstələri" ifadələri dərc olunmuşdur. Bu isə XIX əsrin sonları, XX əsrin əvvəllərində çinlilər üçün təhqir hesab olunurdu. Bu hadisədən sonra Çen Zen Honqkou dojosuna təkbaşına gedir və plakatı onlara geri qaytarır. Bu zaman dojonun müəllimi Yoşida və onun tələbələri ilə mübarizə aparır. Çen Zen onları məğlub edir. Çen Zen parka gedən zaman qadıdakı mühafizəçi onu içəri buraxmır.