Faberje yumurtaları

Qızılgüllü və qəfəsli yumurta. 1907

Faberje yumurtasıFaberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır.[1]

"Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir.

Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir.

Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. "Toyuq" adlanan bu yumurta klassik yumurta şəklində hazırlanmışdır. Onun içərisindəki sarısı gözləri yaqut qaşı ilə işlənilmiş toyuq formasında olub, qızıl külçəsindən hazırlanmış, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir.

İlləri Təsvirlərı Adları Xüsusiyyətləri İlk sahibi Sahibi
1 1885 "Toyuq" Adi klassik ağ rəngli yumurta şəklində hazırlanmışdır. Onun içərisindəki sarıısı gözləri yaqut qaşı ilə işlənilmiş toyuq formasında olub, qızıldan hazırlanmış, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir. Mariya Fyodorovna  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
2 1886 "Sapfir kolyeli Toyuq" Naməlum
3 1887 "Üçüncü İmperial" Naməlum
4 1888 "Mələk və araba" Naməlum
5 1889 "Nesesser" Naməlum
6 1890 "Danimarka sarayı"  ABŞ, Matilda Heddinqs Qrey fondu, Metropoliten muzeyi
7 1891 "Azova xatirə"  Rusiya, Moskva, Silah palatası
8 1892 "Almaz qəfəsli" Yumurta bavenit süxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir.  Böyük Britaniya, London, Şəxsi kolleksiya
9 1893 "Qafqaz" XV Lüdovik sonrakı dövr stilində hazırlanmışdır. Yumurta dörd oval qapıcıqlara malikdir. Hər bir qapıcığın kənarlarına dövrəmə mirvariləl düzülmüşdür. Hər bir apıcığın bayır səhinə rəqəmli brilliant çələng vurulmuşdur. Hə çələnglərdə hək olunmuş rəqəmlər birlikdə, "1893" onun hazırlanma ilini göstərir.  ABŞ, Matilda Heddinqs Qrey fondu, Metropoliten muzeyi
10 1894 "İntibah" Mücrünü xatırladan məmulat yumurta formasında olub, şəffaf mavi-ağ çalarlı aqat üzlüyə malikdir. Yimirta üfuqi vəziyyətdə oval formalı, qızıldan hazırlanmış əsas üzərində durur. Yumurta boylama kəsik üzrə üst və alt hissəyə bölünür. Üst yarısının səhi rombşəkilli qəfəslə əhatələnmişdir. Qəfəsin romblarının bir-biri ilə birləşən nöqtələri güllər ilə bəzədilmişdir. Üst yarısının mərkəz hissəsində "1884" tarixi almazlarla işlənilmişdir. Ust ə alt hissələr bir birinə şarnirlər (bəndlər) vasitəsilə bərkidilmişdir. Yunurtanın hər iki qütbündə ağzında halqa tutmuş şir başı fiqurlu dəstəklər vardır.  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu

II Nikolayın çarlığı (XIX əsr)

[redaktə | mənbəni redaktə et]
İlləri Təsvirlərı Adları Xüsusiyyətləri İlk sahibi Sahibi
11 1895 "İlanlı göy saat" Mariya Fyodorovna  Monako, Albera kolleksiyası
12 1895 "Qızılgül qönçəli" Aleksandra Fyodorovna  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
13 1896 "III Aleksandr" Mariya Fyodorovna  ABŞ, Vaşinqton, Hillvud muzeyi
14 1896 "Büllur" Aleksandra Fyodorovna  ABŞ, Riçmond, Macar incəsənət muzeyi[en]
15 1897 "Çəhrayı-bənövşəyi" Mariya Fyodorovna Naməlum
16 1897 "Tacqoyma" Aleksandra Fyodorovna  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
17 1898 "Qutan" Mariya Fyodorovna  ABŞ, Riçmond, Macar incəsənət muzeyi[en]
18 1898 "İnciçiçəyi" Aleksandra Fyodorovna  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
19 1899 "Üçrəng bənövşə" Mariya Fyodorovna  ABŞ Şəxsi kolleksiya, Nyu-Orlean
20 1899 "Zanbaq dəstəsi" Aleksandra Fyodorovna  Rusiya, Moskva, Silah palatası
21 1900 "Xoruz" Mariya Fyodorovna  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
22 1900 "Transsibir magistralı" Aleksandra Fyodorovna Silah palatası
23 1901 "Qatçina sarayı" Mariya Fyodorovna  ABŞ Uoltserin bədii qalereyası, Baltimor, Merilend
24 1901 "Gül səbəti" Aleksandra Fyodorovna  Böyük BritaniyaII Yelizavetanın kolleksiyası
  1. "Imperial Eggs are those Eggs presented by Tsar Alexander III and Tsar Nicholas II to the Tsarinas Alexandra Fyodorovna and Maria Fyodorovna". 2016-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.