Devid Yum

Devid Yum (ing. David Hume; 26 aprel (7 may) 1711[1][2][…], 7 may 1711[3], 26 aprel 1711[4] və ya 1711[5], Edinburq[1][2][…]25 avqust 1776[1][2][…], Edinburq[1][6]) — məşhur şotland filosofu, empirizm və aqnostisizmin nümayəndəsi, ingilis maarifçiliyinin ən məşhur xadimlərindən biridir..[7]

Devid Yum
ing. David Hume
Doğum tarixi
Doğum yeri Edinburq
Vəfat tarixi
Vəfat yeri Edinburq
Vətəndaşlığı
Milliyyəti Şotland
Təhsili
Fəaliyyəti filosof, iqtisadçı, kitabxanaçı, tarixçi, esseist, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Yum 1711-ci ildə Şotlandiyanın Edinburq şəhərində bir hüquqşünas ailəsində anadan olmuşdur.[8][9] O, Edinburq Universitetində mükəmməl təhsil almış, İngiltərənin Avropadakı diplomatik missiyalarında işləmişdir. Fəlsəfi fəaliyyətə Yum "İnsan təbiəti haqqında traktat"-ın ilk iki hissəsini nəşr etməklə 1739-cu ildə başlamışdır.[10] Bir ildən sonra traktatın ikinci hissəsi işıq üzü görmüşdür. Sonralar Yum bu ideyaların üzərində işləmiş və "İnsan idrakı haqqında" adı altında ayrıca bir kitab da nəşr etmişdir.[11] Bir çox əsərin, o cümlədən, 8 cildlik "İngiltərə tarixi"nin müəllifidir. D.Yumun həyatında ən parlaq və məhsuldar dövr onun Şotlandiyanın Milli Kitabxanasında çalışdığı dövrdür. Belə ki, az maaş almasına baxmayaraq kitabların içərisində olmaq ona bir sıra gələcək əsərləri üçün material toplamaq imkanı vermişdi.

Fəlsəfəsi[redaktə | mənbəni redaktə et]

Devid Yum empirizmin nümayəndəsidir və skeptik mövqeyi ilə seçilir.[12] Onun məşhur fikirlərindən biri budur ki, insan heç bir halda səbəblə nəticə arasında zəruri əlaqənin olduğunu sübut edə bilməz, bizdə hansısa səbəbin hansı nəticə doğuracağı və ya hansısa nəticənin səbəbinin nə olacağı barədə düşüncə vərdiş və assosiasiyanın nəticəsində yaranır.

"Yum aqnostisizmi" dedikdə, duyğuların əsasında nəyin dayanması məsələsinin atılması və ya idrak üçün əlçatmaz olması başa düşülür.

Azərbaycan fəlsəfi düşüncəsindəki yeri[redaktə | mənbəni redaktə et]

D.Yum Azərbaycan oxucusuna M.F.Axundovun təqdimatında səbəbiyyət təliminin və marksizm fəlsəfəsinin təqdimatında aqnostisizmin görkəmli nümayəndəsi kimi bəllidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 group of authors Hume, David (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
  2. 1 2 3 Stephen L. Hume, David (1711-1776) (DNB00) (ing.). // Dictionary of National Biography / L. Stephen, S. Lee London: Smith, Elder & Co., 1885.
  3. BeWeB.
  4. The Fine Art Archive. 2003.
  5. Library of the World's Best Literature. / red. C. D. Warner 1897.
  6. Юм, Давид (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLI. С. 374–380.
  7. William Edward Morris, "David Hume" Arxivləşdirilib 1998-05-03 at the Wayback Machine, The Stanford Encyclopedia of Philosophy (21 May 2014), Edward N. Zalta (ed.)
  8. "David Hume, "My Own Life"". andromeda.rutgers.edu. 16 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2015.
  9. "David Hume Biography". humesociety.org. 1 April 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2015.
  10. "Texts - My Own Life (1777)". davidhume.org. 13 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 August 2015.
  11. "Texts - My Own Life (1777)". davidhume.org. 13 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 August 2015.
  12. Mullen, Shirley. "David Hume and a Christian Perspective on History". Fides et Historia. XXXV. 2003: 49–60.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]