YILDIRIM

İldırım, şimşək. (“Kitabi-Dədə Qorqud” leksikası)

YILDIR-YILDIR
YILDIRMAQ
OBASTAN VİKİ
Almas Yıldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Uşaqlıqdan onu babasının adı ilə — Almas çağırırdılar. Şeirlərini Almas imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.
Aziz Yıldırım
Aziz Yıldırım və ya azərbaycanlılaşdırılmış formada Əziz İldırım (tr. Aziz Yıldırım) — Fənərbaxça klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Binəli Yıldırım
Binəli Yıldırım (20 dekabr 1955, Sivas ili) — Türkiyə siyasi alimi. Sabiq nəqliyyat naziri, Türkiyə Respublikasının Sabiq baş naziri, Türkiyə Respublikasının Sabiq TBMM sədri. == Həyatı == 1955-ci ildə Erzincan'ın Refahiye mahalında doğulub. İstanbul Texniki Universiteti Gəmi İnşa və Deniz Elmləri Fakültəsindən məzun oldu və eyni hissədə yüksək lisenziya etdi. Dərhal sonra 1978–1993 illəri arasında Türkiyə Gəmi Sənaye Ümumi Müdirliyi və Camialtı Tersanesi'nde müxtəlif qədəmələrdə idarəçilik etdi. 1990–1991 illəri arasında İsveçdə olan Beynəlxalq Dənizçilik Təşkilatına (IMO) aid Dünya Dənizçilik Universitetində (WMU) Dənizdə Can və mal təhlükəsizliyi Rəhbərliyi mövzusunda ixtisas təhsili aldı. Bu təhsil zamanı ümumi 6 ay Skandinaviya ölkələri və Avropada müxtəlif ölkə limanlarında Dənizçilik İdarəsi Professionallar ilə birlikdə idarələrdə tapıldı. Yıldırım 20 oktyabr 2022-ci ildə Zəngilana səfər edərkən yol qəzasına uğrayıb. == Şəxsi həyatı == Müəllim Semiha Yıldırım ilə evli olan Binəli Yıldırımın üç uşağı var. Yaxşı səviyyədə ingilis və fransız dilləri bilir.
Fatma Yıldırım
Fatma Vidadi qızı Yıldırım (12 yanvar 1973, Bakı) — fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Fatma Yıldırım 1974-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetində (BDU) fizika üzrə ali təhsil alıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir. Fatma Yıldırım 2012–2016-cı illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində insan resursları şöbənin müdir müavini, 2016–2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən o, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı. === Ailəsi === Fatma Yıldırım ailəlidir, 2 övladı var. Professor Vidadi Yusif oğlu Əliyevin qızıdır. == Siyasi fəaliyyəti == 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib. Fatma Yıldırım Belçika Krallığında 2003-cü ildə yaradılmış "Avropa Azərbaycanlıları Mərkəzi"nin təsisçisi və rəhbəri olub.
Yıldırım Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. == Şahzadəlik illəri == 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.
Yaşar Yıldırım
Yaşar Yıldırım (1956, Ankara ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Yaşar Yıldırım 1956-cı ildə Ankara ilinin Kızılcahamam ilçəsində anadan olub. Ankara Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 senytabr 1980-ci il hərbi çevrilişindən sonra MHP üzvü olduğuna görə həbs edilib. 1993-cü ildə Muhsin Yazıcıoğlu ilə birgə BBP qurucularından olub. 1994-cü ildə Kızılcahamam ilçə bələdiyyə sədri seçilib. Geotermal Mənbəli Bələdiyyələr Birliyinin qurucu prezidenti olub. 1998-ci ildə Devlet Bahçelinin MHP sədri seçilməsindən sonra MHP-yə qayıdıb. 1999-2000-ci illərdə MHP sədrinin baş müşaviri, 2000-2022-ci illərdə MHP Ankara il şöbəsinin sədri olub. 2018-ci ildən MHP İdarə Heyətinin üzvü və MHP sədrinin müavinidir.
Almas Yıldırım (film, 2004)
Erzincan Binali Yıldırım Universiteti
Erzincan Binali Yıldırım Universiteti — 2006-ci ildə Türkiyənin Erzincan şəhərində qurulmuş dövlət universiteti. == Fakültələr == Erzincan Binali Yıldırım Universitetində başlıca 12 fakültə vardır. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Ərzincan Binali Yıldırım Universiteti
Erzincan Binali Yıldırım Universiteti — 2006-ci ildə Türkiyənin Erzincan şəhərində qurulmuş dövlət universiteti. == Fakültələr == Erzincan Binali Yıldırım Universitetində başlıca 12 fakültə vardır. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Ankara Yıldırım Beyazıt Universiteti
Ankara Yıldırım Beyazıt Universiteti — Ankaranın beşinci dövlət universiteti. Universitet 2010-cu ildə yaradılmışdır. 2011-2012-ci tədris illərindən tələbə qəbuluna başlamışdır. == Kampusları == Əsas binası Esenboğa kampusudur. Buraya Ankara Şəhər Xəstəxanası, AYBU Yenimahalle Təhsil və Araşdırma və Təpəbaşı Ağız və Diş Sağlamlığı xəstəxanaları daxildir. == Fəaliyyəti == Yarandığı ilk ildən Erasmus proqramına layiq görülən universitet Florida Universiteti, Texas San Antonio Universiteti, Sterlinq Universiteti, Hanyang Universiteti, Çester Universiteti, Maksim Qorki İnstitutu və 100-dən çox beynəlxalq universitetlə əməkdaşlıq protokolu imzalayıb. 2022-ci ilə qədər universitetdə 285 professor, 210 dosent, 264 doktor, 239 müəllim və 382 elmi işçi olmaqla cəmi 1380 akademik heyət çalışır. AYBU Çap mərkəzində bir milyona yaxın çap və elektron nəşr toplanaraq tədqiqatçıların və tələbələrin istifadəsinə verilib. === Kitabxanası === 2020-ci ilə qədər çap resurslarının ümumi sayı 74.499-dır. Kitabxanadan istifadə edən tələbələrin sayı 2020-ci ilə kimi 400.000 nəfərdən artıqdır.

Digər lüğətlərdə