Fatma Vidadi qızı Yıldırım (12 yanvar 1973, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən).
Fatma Yıldırım | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | VI çağırış — 93 saylı Bərdə şəhər VII çağırış — 99 saylı Bərdə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1973 (51 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Fatma Yıldırım 1974-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetində (BDU) fizika üzrə ali təhsil alıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.[1]
Fatma Yıldırım 2012–2016-cı illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində insan resursları şöbənin müdir müavini, 2016–2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən o, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Fatma Yıldırım ailəlidir, 2 övladı var. Professor Vidadi Yusif oğlu Əliyevin qızıdır.
2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib.
Fatma Yıldırım Belçika Krallığında 2003-cü ildə yaradılmış "Avropa Azərbaycanlıları Mərkəzi"nin təsisçisi və rəhbəri olub.[1]
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 93 saylı Bərdə şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Fatma Yıldırım, 65,70% səslə VI çağırış Milli Məclisin deputatı seçildi.[2] Milli Məclisin Elm və təhsil komitəsinin, habelə Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvüdür.[3]
Belçika, Çexiya, İsrail, İtaliya, Qazaxıstan, Latviya, Niderland, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.[3]
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.[3]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]