Qara zirə yağı
Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
== Qara zirə yağının effektləri ==
Xolesterin mübadiləsini yaxşılaşdırır, bununla da ateroskleroz və ürək-damar xəstəliklərinin qarşısını alır. Güclü antifunqal, antibakterial, virus əleyhinə, antihelmint, yəni qurd əleyhinə təsirlərə malikdir, qaşınmanı aradan qaldırır, dərini iltihablaşmış sahələrini regenerasiya edir
Sidikqovucu, ödqovucu, yumşaq işlədici təsir göstərir
Böyrək və sidik kisəsində daşları əridir
Ana südünü artırır
Dəriyə çəkildikdə ziyillərin əriməsini təmin edir
Alkoqolun antidotudur, alkoqol zəhərlənməsinin əlamətlərini aradan qaldırır
İmmunomodulyatorların (interferonlar, raferonlar, intronlar, betaferonlar) sintezini stimullaşdırır, bununla da yoluxucu aqressiyanı dərhal neytrallaşdırır
Yerli və ümumi səviyyədə iltihabəleyhinə təsir göstərir və soyuqdəymənin əlamətlərini aradan qaldırır (halsızlıq, zəiflik, öskürək, burun tutulması və s.)
Prostaqlandinlər eyni zamanda orqanizmin sekretor funksiyalarını və mikrosirkulyator qan dövranını yaxşılaşdırır, neyromediator balansı bərpa edir və MSS-də tormozlanma-oyanma proseslərini normallaşdırır.
Qara zirənin tərkibindəki siklooksigenaza aşağıda qeyd olunan effektlərə malikdir:
iltihabi proseslərin qarşısını alır və qanın laxtalanmasını tənzimləyir;
trombositlərin aqreqasiyasının və adgeziyasının, bununla da trombların yaranmasının qarşısını alır;
ahtisklerotik və damargenəldici təsirlərə də malikdir;
hemostatik balansı formalaşdırır;
bağırsaq florasının təbii simbiozunu bərpa edir, bunulada disbakteriozu aradan qaldırır
== Xarici keçidlər ==
Qara zirə – Black seed
Qara zirə yağı haqqında Arxivləşdirilib 2011-01-14 at the Wayback Machine
== Həmçinin bax ==
Qara zirə
Qara zirə yağının hemoqlobinin qatılığına təsiri Qara zirə yağının orqanizmə faydaları insanlara qədimdən məlumdur. Aparılan təcrübələrdə heyvanların yem paylarına qara zirə yağının müxtəlif dozalarda əlavə edilməsinin qanda eritrositlərin sayına və hemoqlobinin qatılığına təsiri olub. Orqanizmdə maddələr mübadiləsini gücləndirir, eritrositlərin sayını artırır və onların daşıdıqları hemoqlobinin qatılığı artmış olur. Qara zirə yağı qan yaradıcı orqanların fəaliyyətini gücləndirir. Qan catişmamazlığı olan xəstələrə verilməsi məsləhətdir.