Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili.
Böyük Zirə mayakı | |
---|---|
| |
Ölkə | |
Su hövzəsi | Xəzər dənizi |
Yerləşir | Böyük Zirə, Azərbaycan |
Koordinatlar | 40°17′45″ şm. e. 49°55′22″ ş. u.HGYO |
Yandırılma ili | 1858 |
Tikilmə tarixi | 1958 |
Tikinti materialı | daş |
Forması | İki kvadrat prizma |
Əlamət | Rənglənməmiş, aşağı mərtəbəsində şəhər üçün silah saxlanılır; fənəri qırmızı-ağ |
Hündürlüyü | 18 m |
Diapazon | əsas: 10-11 km |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.[1]
Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb.[1] 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir.[1]
Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.[1]
Hündürlüyü 18 metrdir.[1] Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib.[1] Mayak günəş batareyaları ilə təmin edilir.[1]
2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur[2].