ÇARPAZLAŞMAQ

f.
1. Bir-birini kəsmək, bir-birinin üstündən xaçvari keçmək; kəsişmək.
Dəmiryol xətlərinin çarpazlaşdığı yerdə qaranlığın içərisindən bir səs eşitdilər. Ə.Sadıq.

2. biol. Cütləşmə və ya tozlanma nəticəsində bir-birilə birləşmək (müxtəlif növdən, cinsdən olan heyvanlar və ya bitkilər haqqında). Hind-Çin və Afrika pambıq bitkiləri bir-birilə asanlıqla çarpazlaşır.
3. dilç. Birləşmə prosesində bir-birinə qarşılıqlı təsir göstərmək (bu proses nəticəsində iki və ya bir neçə dilin, dialektin biri, bir qayda olaraq, aradan çıxır).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇARPAZLAŞMAQ kəsişmək
ÇARPAZLAŞMA
ÇARPILMA

Digər lüğətlərdə