Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkəçi
Təkəçi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Təkəçi (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tənəkə
Tənəkə — soyuq yayılmış polad (başlıca olaraq az karbonlu polad). Qalınlığı 0,08–0,5 mm olan nazik lent və ya vərəq şəklində hazırlanır. Qida mühitinin təsirindən və atmosfer korroziyasından qorumaq üçün üzərinə qalay, xrom, xüsusi laklar, plastik kütlə və s. qoruyucu örtüklər çəkilir. Tənəkədən başlıca olaraq konserv qabları və bu kimi metal qutular hazırlamaq üçün istifadə olunur.
Təzəkçi (Duzluca)
Təzəkçi — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı XV əsrə aiddir. Əsrin əvvəllərində regionda əmir olmuş Tizək bəyin adından gəlir. 1928-ci il qeydlərində Təzəkçi kimi qeyd olunan kənd, 1968-ci il qeydlərində Özlü kimi qeyd olunur. Kənd 2014-cü ildə yenidən "Təzəkçi" adlandırılmışdır.
Təkəçi (Germi)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Təkəçi (Pərsabad)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 962 nəfər yaşayır (186 ailə).
Tənəkə təbili
Tənəkə təbili — Günter Qrass tərəfindən yazılmış romandır. Bu roman 1959-cu ildə "Dantsiq triologiyası"nın bir hissəsi kimi nəşr olunur. O, Almaniyada müharibədən sonra çap olunmuş ən vacib romanlardan biri sayılır. == Mövzusu == Romanda öz həyatını danışan Oskar Matserat 1924-cü ildə Dantsiqdə dünayaya gəlir. Anadan olan zaman o tam yetişmiş bir təfəkkürə malik olur. O üç yaşından sonra daha böyümədiyi üçün həmişəlik uşaq olaraq böyüklərin həyatı haqqında aşağıdan yuxarıya baxaraq xəbər verir. O malik oduğu tənəkə təbilinin köməyi ilə hətta keçmişə boylana bilir, məsələn anasının necə anadan olması haqqında da məlumatlara malikdir. Oskar romanda özü haqqında üçüncü şəxsdə məlumat verir. Oskar özü haqqında deyir ki, o "ağılı başa malik körpələrə" aiddir və "onun təfəkkürü artıq anadan olanda sona çatmışdır, bundan sonra o malik oduğu bu təfəkkürü təsdiq etməlidir". O Böyüklərin dünyasını inkar edir və 3 yaşından sonar daha böyümək istəmir.
Təkəçi mərasimi
Təkəçi mərasimi - Novruzda keçirilən mərasim tamaşalarından biri. Daha çox Cənubi Azərbaycan ərazisində yayılmışdır. Novruza on gün qalmışdan ağacdan təkə müqəvvası düzəldib, onu par-parça ilə bəzəyərək boynundan da zınqırov asardılar. Yeniyetmə uşaqlar həmin təkə müqəvvasını başları üstündə oynada-oynada dəstə ilə Təbrizin baş meydanına gələrdilər. Burada bir xeyli çal-çağır eləyib şəhərin məhəllələrinə baş vurardılar. Hər qapıda dayanıb əllərindəki təkə müqəvvasını oynada-oynada mahnı oxuyar, təkəyə pay istəyərdilər. Kimin nəyə imkanı çatırdısa noğul- nabatdan tutmuş boyanmış yumurtaya qədər ən müxtəlif bayram nemətlərindən təkəçiyə pay verərdilər. Təkəçilərin oxuduqları sözlərdən: Təkəm getdi Meşkinə, Gəlmədi on beş günə, Təkəmi bəzədilər, Qoydular xan köşkünə. Təkəmin bəndi var, Yetmiş yeddi kəndi var, Hansı qapıdan girsə, Noğulu var, qəndi var. Təkəm gəlir sanıynan, Dırnaqları qanıynan, Təkəmə müjdə verin, Bayramlaşsın hamıynan.
Tənəkə təbili (roman)