ŞAYO

(Oğuz)
yabanı bitki adı. – Şayonu heyvan kişmiş kimi yi:r
ŞAYAN
ŞAYRIX
OBASTAN VİKİ
Şayo
Şayo (fr. Chaillot Fransızca tələffüz: [ʃajo]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Marsel Prust Şayoda dünyasını dəyişib. Zəfər tağı Şayoda yerləşir. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.
Sen-Mişel-de-Şayol
Sen-Mişel-de-Şayol (fr. Saint-Michel-de-Chaillol, oks. Sant Michèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı və heyvandarlıq kimi qış turizmi təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 162 nəfəri iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 70.5%).
Şayon Harrison
Şayon Adam Harrison (13.7.1997) — Tottenhem Hotspur klubundan icarə əsasında Sautend Yunayted klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == Harrison öz peşəkar karyerasında debütünü Tottenhem klubu ilə 25 oktyabr 2016-cı ildə etmişdir. O, 83-cü dəqiqədə Liverpul klubu ilə qarşılaşmada Corcs-Kevin N'Kudunu əvəz etmişdir. Həmin görüşdə Tottenhem EFL Kubokunda Liverpula 2-1 hesabı ilə məğlub olmuşdur. 20 yanvar 2017-ci ildə Harrison icarə əsasında Liqa 2 təmsilçilərindən Yeovil Taun klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, Yeovil klubu ilə debütünü 21 yanvar 2017-ci ildə Blekpul klubu ilə oyunda etmişdir. Həmin görüşdə Yeovil Blekpul ilə 2-2 bərabərə qalmışdır.