ŞEYXƏDDİN
ŞEYXİ
OBASTAN VİKİ
Şeyxəli
Şeyxəli (Bukan)
Şeyxəli (Bukan)
Şeyxəli (fars. شيخ علي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (42 ailə).
Şeyxəli xan
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. == Mənşəyi == 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Şeyxəli Xan Kəngərli
Şeyxəli Xan Kəngərli-Kəlbəlixanov (Naxçıvan – 1880, Ordubad, Naxçıvan qəzası) — Kəngərlilərin nümayəndəsi, hərbçi, Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, Ordubad qəzasının naibi. == Tarix == İkinci Rusiya-İran müharibəsi dövründə (1826–1828-ci illər) Naxçıvan ərazisində qızğın döyüşlər olub. "İranda A. P. Yermolovun elçiliyi" adlı kitabda Berje göstərir ki, Naxçıvan xanları ilə İran şahlığı arasındakı ziddiyyət baş verir. Ehsan Xan və qardaşı Şeyxəli xan rus təbəəliyini qəbul edib hərbi xidmətə girir. Qraf Paskeviç Ehsan xanı Naxçıvana, qardaşı Şeyxəli xanı isə Ordubada naib (canişin) təyin edir. Həmin vaxt – 1827-ci ilin iyul ayında İran ordusunun hərbi rəislərindən olan Kərim xan qraf Paskeviçdən özünün Naxçıvana vali təyin edilməsini xahiş edir. Lakin Paskeviç onun bu təklifini rədd edir. Odur ki, Ehsan xanın və onun qardaşı Şeyxəli xanın Naxçıvan və Ordubad valisi təyin olunmasından qəzəblənən Kərim xan rus ordusundan və Qraf Paskeviçdən intiqam almaq məqsədilə üç min nəfərlik qoşunla Ordubad qalasına – Şeyxəli xanın üzərinə hücum edir. O, rus ordusu qərargahının rəisi general Muravyovu Ehsan xanla birlikdə Ordubad qalasında mühasirəyə alır. Lakin Ehsan xan qardaşı Şeyxəli xanla birləşərək general Muravyovun başçılıq etdiyi rus qoşununu mühasirədən çıxarıb, Vənənd – Çənnəb yolu ilə Əlincə qalasına gətirir.
Şeyxəli xan Qubalı
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. == Mənşəyi == 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Şeyxəli xan Zəngənə
Şeyxəli xan Əlibala bəy oğlu Zəngənə (1609-1691) — Səfəvilər dövlətinin baş vəziri. == Həyatı == Şeyxəli xan Əlibala bəy oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1653-cü ildə Kirmanşahın hakimi təyin edildi. Şeyxəli xan Zəngənə 1669-cu ildən 1691-ci ilədək II Şah Səfinin (Şah Süleyman Səfəvi) baş vəzi, etimadüddövləsi olmuşdu. Şeyxəli xan Zəngənə 1691-ci ildə vəfat edib. == Ailəsi == Şeyxəli xan Zəngənənin Şahqulu xan, Hüseynəli xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şeyxəli mirzə Qovanlı-Qacar
Şeyxəli mirzə Qovanlı-Qacar (1795-?) — İran şahzadəsi, vali. == Həyatı == Şeyxəli mirzə Fətəli şah oğlu (anası Məryəm bəyim Şeyxəli xan qızı Zənd) 1795-ci ildə anadan olub. Saray təhsili almışdı. Şeyxəlmülk ləqəbi ilə təltif edilmişdi. Atasının şahlığı dönəmində Borucird, Məlair və Tusurqanın hakimi olmuşdu. Məhəmməd şahın hakimiyyəti dönəmində tutulub Təbrizə göndərilmişdi. == Yaradıcılığı == Şeyxəli mirzə şair idi. Şapur təxəllüsü ilə dillər əzbəri şeirlər yazmışdı. Şeirlərinin əksəriyyəti fars dilindədir. == Ailəsi == Şeyxəli mirzə Şahrux şah Qırxlı-Avşarın qızıyla, Mirzə Məhəmmədhətim xan Türkmənin bacısıyla, Hadi xan Türkmənin bacısıyla, Əmir Mirzə Məhəmməd xan Dəvəli-Qacarın qızıyla, Əbdüllətif Məlairinin qızıyla və gürcü qızıyla dünya evinə girmişdi.Nəsirəli mirzə, Əhməd mirzə, Alparslan mirzə, Qızıl Arslan mirzə, Sultan Səncər mirzə, Məhəmmədrəhim mirzə, Sultan Yusif mirzə, Ishaq mirzə, Toğrultəkin mirzə, Felullah mirzə, Məhəmmədzaman mirzə, Məhəmmədcəfər mirzə, Şahmurad mirzə, Məhəmmədkərim mirzə, Imamqulu mirzə, Məhəmmədhadi mirzə, Məhəmmədtahir mirzə, Sultan Yaqub mirzə, Vəliməhəmməd mirzə, Cəlaləddin mirzə, Əliqulu mirzə, Əbdüllətif mirzə, Əbdürrəşid mirzə, Məhəmmədsəfi mirzə, Iskəndər mirzə adlı oğulları vardı.
Şeyxəli xan (Quba xanı)
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. == Mənşəyi == 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Məryəm Şeyxəlizadəxangah
Məryəm Şeyxəlizadəxangah (18 iyul 2004, Tehran) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Məryəm Şeyxəlizadəxangah 2015-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edib. Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə medallara sahib olub. Məryəm Şeyxəlizadəxangah Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində çıxış edən Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsinin D qrupunda 1:00.36 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Məryəm Şeyxəlizadəxangah ümumi nəticədə olimpiadanı 30-cu pillədə başa vurdu. Məryəm Şeyxəlizadəxangah 2022-ci ildə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olub.
Şeyxəlican (Maku)
Şeyxəlican (fars. شيخعلي جان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şeyxəlilər
Şeyxəlilər (fars. شيخ علي لر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (8 ailə).
Şeyxəliməhəllə (Astara, İran)
Şeyxəliməhəllə (fars. شيخ علي محله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (23 ailə).
Əli Şeyxəliyev
Şeyxəliyev Əli Dövlət oğlu (8 oktyabr 1845, Endirey, Zasulak Qumuq — 1917-ci ildən sonra) — Rus ordusunun general-mayoru (1900), Rusiya-Osmanlı müharibəsinin iştirakçısı (1877–1878), ictimai xadim, publisist, naşir, xeyriyyəçi. == Həyatı və fəaliyyəti == Əli Şeyxəliyev 1845-ci ildə Stavropol quberniyası müsəlmanlarının baş pristavı, birinci dərəcəli uzdeni, podpolkovnik Dövlət-mirzə Şeyx-Əlinin ailəsində anadan olub. Dövlət Mirzə 1848-ci ildə "Kavkaz" qəzetində qumuq xalqının tarixi və etnoqrafiyası ilə bağlı yazdığı "Qumuqun qumuqlar haqqında hekayəsi" əsərini çap etdirmişdir. Əli Şeyxəliyev 1862-ci ildə Sankt Peterburq kadet korpusunda ikinci kursu bitirdikdən sonra hərbi xidmətə başlayıb. 1877-ci ildə başlayan Rusiya-Osmanlı müharibəsində podpolkovnik Əli Şeyxəliyev Orenburq kazak alayının komandiri kimi Orloksk yüksəkliklərinin alınmasında, Alacadağ döyüşündə və Qarsın blokadasında eləcə də Qars şəhər qalasına hücumda iştirak etmişdir. 1878–1879-cu illərdə onun alayı Ərzurum şəhərinin mühasirəsində fərqlənir. General-mayor rütbəsi ilə istefaya çıxdıqdan sonra Peterburq şəhərində yaşayır və ictimai fəaliyyətlə məşğul olur. 1901-ci ildən Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyətində aktiv iştirak etməyə başlayır. Cəmiyyətin nəzdində müsəlman uşaqlar üçün sığınacağın yaradılmasının eləcə də uşaqların öz ana dilləri ilə yanaşı rus dilinin qrammatikasının ibtidai olaraq öyrənəcəkləri məktəblərin yaradılmasının təşəbbüskarı olub. Onun adına XX əsrin əvvəllərində Peterburqda, Kazanda, Orenburqdan çap olunan müsəlman qəzetlərində rast gəlmək olur.
Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şeyxəli bəy oğlu Şeyxəlibəyov (7 noyabr 1838, Şəki – 6 may 1904, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu) — dövlət xadimi, diplomat, tərcüməçi, dövlət müşaviri. 1877–1900-cü illərdə Türküstan general-qubernatorluğu idarəsində tərcüməçi işləyib. Qazax dilində çıxan ilk qəzet olan "Türküstan yerli qəzeti"nin ədəbi redaksiyasında fəal iştirak etmişdir. 1870-ci illərdə Zaman bəy Şıxəlibəyov Yeddişəhər xanlığında böyük gücə malik idi və Məhəmməd Yaqub bəy Bədaulet xana yaxın idi. Rus səyyahı Nikolay Prjevalski öz gündəliyində dəfələrlə Zaman bəyin adını çəkərək vurğulayırdı ki, Zaman bəy olmasaydı, onun səyahəti baş tutmaz və yəqin ki, sağ qala bilməzdi. == Həyatı == 1838-ci il oktyabrın 26-da (7 noyabr) Nuxa (indiki Şəki) şəhərində anadan olub.. 1860-1867-ci illərdə Nuxa qəza məhkəməsinin katibi, 1868-1872-ci illərdə Yelizavetpol dairə məhkəməsinin Nuxa magistratura şöbəsinin pristavı vəzifəsində çalışıb. Daha sonra bir çox qafqazlı ilə birlikdə Türkiyəyə mühacirət etdi. O, rus hakimiyyətinin repressiyasından qorxduğu üçün qardaşları ilə birlikdə İstanbulda qaldı. 1870-ci illərdə Kokand xanlığının şərqində yeni dövlət - Yeddişəhər yarandı və burada Yaqub bəy öz hakimiyyətini elan etdi.