Şeyxəli mirzə Qovanlı-Qacar (1795-?) — İran şahzadəsi, vali.
Şeyxəli mirzə Qovanlı-Qacar | |
---|---|
Şeyxəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar | |
| |
Digər adı | Şeyxəli mirzə Şeyxülmülk |
Doğum tarixi | |
Doğum yeri | Şiraz |
Vəfat yeri | Tehran |
Şeyxəli mirzə Fətəli şah oğlu (anası Məryəm bəyim Şeyxəli xan qızı Zənd) 1795-ci ildə anadan olub. Saray təhsili almışdı. Şeyxəlmülk ləqəbi ilə təltif edilmişdi. Atasının şahlığı dönəmində Borucird, Məlair və Tusurqanın hakimi olmuşdu. Məhəmməd şahın hakimiyyəti dönəmində tutulub Təbrizə göndərilmişdi.
Şeyxəli mirzə şair idi. Şapur təxəllüsü ilə dillər əzbəri şeirlər yazmışdı. Şeirlərinin əksəriyyəti fars dilindədir.
Şeyxəli mirzə Şahrux şah Qırxlı-Avşarın qızıyla, Mirzə Məhəmmədhətim xan Türkmənin bacısıyla, Hadi xan Türkmənin bacısıyla, Əmir Mirzə Məhəmməd xan Dəvəli-Qacarın qızıyla, Əbdüllətif Məlairinin qızıyla və gürcü qızıyla dünya evinə girmişdi.Nəsirəli mirzə, Əhməd mirzə, Alparslan mirzə, Qızıl Arslan mirzə, Sultan Səncər mirzə, Məhəmmədrəhim mirzə, Sultan Yusif mirzə, Ishaq mirzə, Toğrultəkin mirzə, Felullah mirzə, Məhəmmədzaman mirzə, Məhəmmədcəfər mirzə, Şahmurad mirzə, Məhəmmədkərim mirzə, Imamqulu mirzə, Məhəmmədhadi mirzə, Məhəmmədtahir mirzə, Sultan Yaqub mirzə, Vəliməhəmməd mirzə, Cəlaləddin mirzə, Əliqulu mirzə, Əbdüllətif mirzə, Əbdürrəşid mirzə, Məhəmmədsəfi mirzə, Iskəndər mirzə adlı oğulları vardı.