Şeyxəliyev Əli Dövlət oğlu (8 oktyabr 1845, Endirey, Zasulak Qumuq — 1917-ci ildən sonra) — Rus ordusunun general-mayoru (1900), Rusiya-Osmanlı müharibəsinin iştirakçısı (1877–1878), ictimai xadim, publisist, naşir, xeyriyyəçi.
Əli Şeyxəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1917 |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Döyüşlər |
Əli Şeyxəliyev 1845-ci ildə Stavropol quberniyası müsəlmanlarının baş pristavı, birinci dərəcəli uzdeni, podpolkovnik Dövlət-mirzə Şeyx-Əlinin ailəsində anadan olub. Dövlət Mirzə 1848-ci ildə "Kavkaz" qəzetində qumuq xalqının tarixi və etnoqrafiyası ilə bağlı yazdığı "Qumuqun qumuqlar haqqında hekayəsi" əsərini çap etdirmişdir. Əli Şeyxəliyev 1862-ci ildə Sankt Peterburq kadet korpusunda ikinci kursu bitirdikdən sonra hərbi xidmətə başlayıb.
1877-ci ildə başlayan Rusiya-Osmanlı müharibəsində podpolkovnik Əli Şeyxəliyev Orenburq kazak alayının komandiri kimi Orloksk yüksəkliklərinin alınmasında, Alacadağ döyüşündə və Qarsın blokadasında eləcə də Qars şəhər qalasına hücumda iştirak etmişdir. 1878–1879-cu illərdə onun alayı Ərzurum şəhərinin mühasirəsində fərqlənir.
General-mayor rütbəsi ilə istefaya çıxdıqdan sonra Peterburq şəhərində yaşayır və ictimai fəaliyyətlə məşğul olur.[1]
1901-ci ildən Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyətində aktiv iştirak etməyə başlayır. Cəmiyyətin nəzdində müsəlman uşaqlar üçün sığınacağın yaradılmasının eləcə də uşaqların öz ana dilləri ilə yanaşı rus dilinin qrammatikasının ibtidai olaraq öyrənəcəkləri məktəblərin yaradılmasının təşəbbüskarı olub. Onun adına XX əsrin əvvəllərində Peterburqda, Kazanda, Orenburqdan çap olunan müsəlman qəzetlərində rast gəlmək olur. 1914-cü ildə müsəlman qəzeti olan Nur onun baş redaktorluğu və naşirliyi ilə fəaliyyət göstərməyə başlayır. İlahiyyat doktoru Məhəmməd Səfa Bəyazidov, tacir Fateh Bayraşov ilə birlikdə o, "Sirat əl-Müstəqim" (Doğru yol) siyasi partiyasının əsasını qoyub.
Şeyxəliyev həm də, Sankt Peterburq Cümə məscidinin tikilməsinin də əsas təşəbbüskarlarından olub. 1917-ci ilə görə o, bu məscidin tikintisi üçün yaradılmış komitənin üzvlərindən biri olub.[2].
General-mayor Əli Şeyxəliyev tanınmış tatar ailələri ilə qohum olub. Həyat yoldaşı Ummu Gülsüm Səid Gireyevna (qızlıq soyadı Tevkeleva), Ufa quberniyasnın sakini olub. Əsgər və Cahangir adlı oğulları olub. Oğlu Əsgər texniki təhsil alıb, mühəndis kimi fəaliyyət göstərib. Birinci Dünya Müharibəsində və Rusiya Vətəndaş müharibəsində iştirak edib. Qızıl Ordu tərəfdarı olub. Repressiyaya məruz qalıb. 1934-cü ildə vaxtından əvvəl azadlığa buraxılıb. Dinarə və Gülnarə adında iki qızı olub.
Əli Şeyxəliyevin əmisi Mahmud Şeyx-Əli də general-mayor rütbəsində olub və Qafqaz, Krım eləcə də Rusiya-Osmanlı müharibələrinin iştirakçısı olub.