ŞİMAL-QƏRB

1. северо-запад, норд-вест; 2. северо-западный;
ŞİMAL
ŞİMAL-ŞƏRQ
OBASTAN VİKİ
Şimal-qərb
Şimal-qərb - Şimal tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Şimal-Qərb Universiteti
Şimal-Qərb Universiteti (ing. Northwestern Universitety) — ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərindən şimalda Evanston adlanan şəhərətrafı qəsəbədə yerləşir. == Tarixi == Şimal-Qərb Universitetinin tarixi 31 may 1850-ci ildən başlayır. Həmin gün Çikaqo şəhərinin doqquz biznesmeni Vest-Leyk küçəsində yerləşən vəkillik kontorunda toplaşaraq yeni ali təhsil müəssisəsi yaradılmasını müzakirə edir. Həmin dövrdə Çikaqo natamam post idi və burada kampus salmaq əlverişsiz görünürdü. Universitetin yaradılmasında Çikaqo ticarət birjasının yaradıcısı Orrinqton Lant və dəmiryol maqnatı Con Evansın da müstəsna xidmətləri olub. C.Evans ilk olaraq Çikaqonun şimalında bataqlıq ərazini qurudaraq özünə ev tikdirir. Həmin əraziyə onun şərəfinə Evanston adı verilir. 28 yanvar 1851-ci ildə C.Evans və O. Lantın birgə səyi nəticəsində İllinoys ştatının Baş Assambleyası Şimal-Qərb Universitetinin yaradılması haqqında qanun qəbul edir və Şimal-Qərb Universiteti İllinoys ştatında təsdiq edilən ilk ali təhsil müəssisəsi olur. 1853-cü ildə C.Evans universitet üçün Miçiqan gölünün yaxınlığında 25000 dollara geniş ərazi alır.
Şimal-Qərb keçidi
Şimal-Qərb yolu (ing. Northwest Passage) — Şimal Buzlu okeandan Kanada Arktik arxipelaqı ərazisindən keçməklə Şimali Amerikanın qərb sahillirəri istiqamətinə yönələn dəniz yol. Atlantik okean və Sakit okeanı Şimal Buzlu okeanı keçməklə birləşdirir. Keçid Kanada Arktik arxipelaqına daxil adaların arasından keçməklə, keçid daxili alternativ yollar əmələ gətirir. Bunlar hamısı birlikdə Şimal-Qərb keçidini əmələ gətirir. Şimal-Qərb dəniz yolunu tapmaq məqsədi ilə Flanklinin ekspedisiyası (1845-1847) uğursuzluğa uğramış və heyət üzvləri həlak olmuşlar. Ekspedisiyanın aşkarlanması və yoluntapılması məqsədi ilə bir çox dənizçilər və araşdırmaçılar, xüsusi ilə Eduard İnqfild, Con Pey, Frensis Mak-Klintok kimi səyyahlar fərqlənmişlər. Keçidi ilk dəfə sudan sonuna qədər keçən ekspedisiya Roald Amundsenin başçılıq etdiyi ekspedisiya 1903—1906 ci illərdə olmuşdur. Sentyabr 2007-ci ildə Avropa Kosmik Agentliyi son 30 ildə yol üzərində yerləşən buzlaqların minimum həddə qədər əridiyini bildirmişdir. Bu isə Şimal-Qərb yolunun gəmiçilik üçün tam yararlı olduğunu bildirir.
Şimal-Qərb Əraziləri
Şimal-Qərb Əraziləri — Kanadada ərazi. Mərkəzi Yellounayf şəhəridir.
Haitinin Şimal-Qərb departamenti
Haitinin Şimal-Qərb departamenti (fr. Le Département du Nord-Ouest) — Haiti Respublikasının 10 departamentindən biri. Ölkənin şimalında yerləşən və Tortuqa adası ilə Haitinin ən şimal hissəsidir. Sahəsi — 2176 km², əhalisi — 662 777 nəfər (2009-ci ildə). İnzibati mərkəzi — Por-de-Pe.
Şimal-Qərb Federal Dairəsi
Şimal-Qərb Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının Avropa hissəsinin şimal-qərbini əhatə edir. Tərkibinə Sankt-Peterburq şəhəri, Leninqrad, Novqorod və Pskov vilayətləri daxildir. Bəzən Şimal-Qərb iqtisadi rayonuna Kalininqrad vilayətini də aid edirlər. Sahəsi 211,6 min km.-dir. == İqtisadiyyatı == Yanar şist, kəhrəba, meşə ehtiyatları ilə zəngindir. Maşınqayırma (xüsusilə gəmiqayırma, elektrotexnika, cihazqayırma), sellüloz-kağız, yüngül, yeyinti sənayesi inkişaf etmişdir. Kənd təsərrüfatında südlük və südlük-ətlik heyvandarlıq, tərəvəzçilik, kartofçuluq, kətançılıq əsas yer tutur. İnkişaf etmiş nəqliyyat şəbəkəsi yaradılmışdır.
Şimal-Qərb vilayəti (CAR)
Şimal-Qərb (ing. North West; tsv. Bokone Bophirima; afrik. Noordwes) — Cənubi Afrikada vilayət. == İnzibati bölgü == Qərbi Burun vilayəti 19 yerli bələdiyyəsinə bölünən 4 rayon bələdiyyəsindən ibarətdir: Bocanala Platinum Rayonu: Moretele, Madibenq, Rustenburq, Kqetlenqriver, Mozes Kotane Dr. Rut Segomotsi Mompati Rayonu: Naledi, Mamusa, Qreyter Taunq, Kaqisano-Molopo, Lekua-Teemane Nqaka Modiri Molema Rayonu: Ratlou, Tsuainq, Mahikenq, Ditsobotla, Ramotşere Dr.
Qərb
== Coğrafi izahı == Qərb və ya Batı Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir. == Siyasi mənası == 1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir. == Xristianlıqda istifadə == Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Kirind Qərb
Kirind Qərb — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,894 nəfər və 2,041 ailədən ibarət idi.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Quru, daşlı torpaq şəraitində bitir. == Ekologiyası == Quru, daşlı torpaq şəraitində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. == İstifadəsi == Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
Qərb divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. == Tərifləri == Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. == Tarixçə == Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. == Din == Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Qərb fəlsəfəsi
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır Fəlsəfə → XX əsr Qərb fəlsəfəsi Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur. «Neopozitivizm» cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri P.Karnap, A.Ayer, B.Rassel, L.Vitgensiteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm «hadisələri və faktları», daha doğrusu subyektin şüurundakı «hissi məlumatları» hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir.
Qərb gölü
Qərb gölü (çincə. 西湖) — Çinin Hanqzhou şəhərində göl. Göl üç cığır yolu ilə beş bölməyə ayrılmışdır. Göldə çox sayda məbəd, paqoda, bağça və süni adalar var. Qərb gölü təbii gözəlliyi və tarixi əsərləri ilə Çin tarixi boyunca şair və rəssamları təsirləndirmiş və Çin bağça dizaynerləri üçün ən vacib ilham qaynağı olmuşdur. 2011-ci ildə UNESCO dünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Gölün köhnə adı Ulinshui olub. Daha sonra, göl tarixdə müxtəlif adlarla bilinirdi, ancaq ən çox bu adlardan istifadə olunurdu: Qiantanq (əvvəllər Hanqzhou şəhərinə "Qiantanq" deyilirdi) və Xihu (yəni "Qərb gölü". Hanqzhounun qərbində göl). "Xihu" adı ilk dəfə Bo Juyinin iki şeirində ortaya çıxdı.
Qərb kilsəsi
Qərb xristianlığı — Qərbi Roma imperiyasının Latın kilsəsindən meydana gələn kilsələrə verilən addır. Bu anlayış ümumiyyətlə Şərq Provaslav Kilsəsi xaricindəki kilsələri tanıtmaq üçün istifadə edilir. Qərb kilsələri bunlardır: Roma Katolik Kilsəsi Anqlikan kilsəsi Protestant Lüter Kilsəsi və Reformist Kilsələr == Mənbə == "Western Church." Oxford Dictionary of English 2e, Oxford University Press, 2003.
Qərb küləkləri
Qərb küləkləri - 30 və 65 dərəcə şimal və cənub enləri arasında və Şimal yarımkürəsinin cənub-qərbi və Cənub yarımkürəsinin şimal-qərbi arasında şimal küləkləri hökmranlıq edir. Bu küləklər qışda ən güclü, yayda ən zəif küləklər olur. Qərb küləkləri təyyarələrə okenları keçməyə kömək edirlər. Həmçinin güclü dəniz axınlarının yaranmasına da yardımçı olurlar. Qərb küləkləri Cənub yarımkürəsində daha güclü olurlar. Bu küləklər yerin hərəkətinə müvafiq olaraq şərqə doğru meyl edir.
Qərb mirvarisi
Qərb mirvarisi və ya Siçuan teleqülləsi (çin. 四川广播电视塔) — Çendu şəhərinin Çenqhua ərazisində ( Siçuan əyaləti) yerləşən yüksək mərtəbəli tikilidir. 339 metr hündürlüyə malikdir. Dünyanın ən hündür televiziya qüllələri siyahısında 18-ci yer tutur. == Təsvir == Sözügedən tikilidə 218 metr yüksəklikdə. gözləmə mərtəbəsi, 204 metr hündürlükdə - baxış platforması. yerləşir ki, qüllə dəmir-betondan konstruksiyadan tikilmişdir. Əvvəlcə qüllə telekommunikasiya məqsədi ilə inşa edilmişdir, lakin sonra bu televiziya və radio qovşağı ilə yanaşı , həm də müşahidə göyərtəsi , Fırlanan restoran , və əyləncə vasitələri, kino, ofis. təyinatlı məntəqələr də yerləşdirildi. === Əsas xüsusiyyətlər === Tikinti: 1992-ci ildən (1998) 2004-cü ilə qədər Yüksəklik: 339 m (düzənlik), 257 m (dam), 230 m (yuxarı mərtəbədə) Mərtəbələr: 17 Liftlər: 7 (0-dən 208 metrədək 40 saniyə dartılır) == Tarixi == Qüllənin tikintisi 1983-cü ildə planlaşdırıldı, lakin tikinti işləri yalnız 1992-ci ildə başlamışdır, lakin eyni il ərzində maliyyə çətinliyi ilə əlaqədar 1998-ci ilə qədər dondurulmuşdur.
Qərb palıdı
== Təbii yayılması == İlk dəfə Portuqaliyada təsvir edilmişdir.Yabanı halda Aralıq dənizinin qərbində bitir. == Botaniki təsviri == Bu növ mantar palıdına çox oxşardır. Hündürlüyü 7–8 m, gövdəsinin diametri 17–20 sm-ə çatan ağac bitkisidir. Gövdə və köhnə yarpaqların üzəri 3–5 mm qalınlıqda mantar qatı ilə örtülmüşdür. Yarpaqları nazik, ayanın alt səthi tüklü, növbəti ilin yazında yarpaqları tökülür. Mantar təbii polimer olub, xırda hüceyrələrdən ibarət, bərk məsaməli quruluşa malikdir. Bu hüceyrələr arı şanına bənzəyir. Hər hüceyrə maksimum miqdarda bərk birləşdirici və minumum miqdarda qaz halında olan maddədən ibarətdir. Beləliklə mantar sukeçirməyən, içi hava ilə dolu şam kapsulasından ibarətdir. Bu da mantar qatına ona qarşı edilən təsirdən sonra özünün ilkin formasını bərpa etməyə imkan verir.
Qərb qorillası
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. == Təsnifat == Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. == Xarici görünüş == Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Qərb sahili
İordaniyanın qərb sahili hazırda Fələstinin azad edilməsi təşkilatı ilə əlaqəli bir təşkilatın HƏMAS rəhbərliyinin nəzarəti altında olan bir inzibati dövlətdir, İsrail ərazisi Fələstin dövlətinə tabedir. Qərbi Fələstin Muxtariyyətində HƏMAS hökuməti üstünlük təşkil edir.Bir çox hallarda onun İsrail tərəfindən işğal edildiyi deyilir, lakin yəhudi dövlətinin arqumentləri bizi problemin tarixini araşdırmağa vadar edir. Ərazi 1948-1967-ci illərdə İordaniya tərəfindən işğal olunub. 1967-ci ildə baş verən Altı Günlük Müharibə bölgənin həyatında əsaslı dəyişikliklərə səbəb oldu. 6 günlük müharibədən sonra bu ərazi Yəhudeya və Samariya əyalətləri ilə birlikdə Fələstinin nəzarətinə keçib, əksər hallarda İsrail işğalçı adlandırılsa da, keçmişdə yəhudilərin bu torpaqlarda yaşadığı danılmaz bir həqiqətdir. Ərazinin inzibati mərkəzi fələstinlilərin gələcək müstəqil Fələstin dövlətinin paytaxtları kimi seçdiyi Şərqi Qüdsdür. Rayonun ərazisi təqribən 5655 km², əhalisi isə 2862485 nəfərdir. İqtisadi vəziyyəti qeyri stabil olan bölgənin Ümumi Daxili Məhsulunun həcmi 6.641 milyard ABŞ dolları (2008) təşkil edir. Dövriyyədə isə əsasən 3 ölkənin pul vahidi liderlik edir. İsrail şekeli, Misir fundu və İordan dinarı aparıcı valyutalardır.
Qərb tuyası
Qərb tuyası (lat. Thuja occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın şərq hissəsidir. Təbii şəraitdə çökəkliklərdə, bataqlıqlaşmış sahələrdə bitir. Cavan yaşlarında piramida formalı, sonralar isə yumurtavarı çətir əmələ gətirir. əlverişli şəraitdə hündürlüyü 15–20 m-ə çatır, gövdəsinin diametri isə 90 sm-dən artıq olur. Gövdəsinin qabığı qırmızımtıl, bozumtul və ya bozumtul-qəhvəyidir. Budaqlarının qabığı hamar və qonurdur, çoxillik budaqları isə bozumtul-qəhvəyidir, üzləri çat-çatdır və xırda-xırda qopub tökülür. İynəyarpaqları 4 mm uzunluqda, pulcuqvarı, budağa möhkəm yapışmış, yay ayında tünd-yaşıl, payız-qış aylarında qonur-yaşıl rəngdə olur, ağac üzərində 2–3 il qalır. Qozaları 0,8–1,0 sm uzunluqda olub, payızda yetişir.

Значение слова в других словарях

дота́скивать инвекти́вный ква́рки ледоиссле́дователь окули́ровать передокла́дывание фабри́чница фотографи́чески ящерёнок в основно́м изоля́ция орна́ментный пе́рхать жуга коснуться подпега пуденица рибайдать blend-word chamfrain elderling promoted tournure пешком шахматы