Bu məqaləni vikiləşdirmək lazımdır. |
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır
Fəlsəfə → XX əsr Qərb fəlsəfəsi
Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan "neopozitivizm", "praqmatizm", "ekzistensializm", "personalizm" və "neotolizm" və başqaları əsas yer tutur.
"Neopozitivizm" cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri R. Carnap, A. Ayer, B. Rassel, L. Vitgenşteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm "hadisələri və faktları", daha doğrusu subyektin şüurundakı "hissi məlumatları" hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir. Bu cərəyanın digər prinsinol xüsusiyyəti "obyektiv fakt" və "elmi fakt" anlayışlarını eyniləşdirməsindədir.
Neopozitivizmin söz və ifadələrin müxtəlif "dil oyunları" kimi işlədilməsi üsullarının təsvirinə gəlib şıxması idrakın statusuna yenidən baxılması ilə nəticələndi. Neopozitivizmdə fəlsəfi və elmi sistemlər oyun xarakteri daşıyan dil törəmələrindən başqa bir şey deyildir. Praqmatizm başlıca nümayəndələri Pirs, U. Cemis, C. Dyundir. ABŞ-də çox yayılmışdır. O, obyektiv aləmin dəyişkənliyi, faktını qeyd edir, lakin onu əsassız olaraq mütləqləşdirir. Dyuiyə görə idrakın funksiyaları gerçək aləmin obyektlərinin surətini çıxartmaq deyil, gələcəkdə bu obyektlərlə daha səmərəli və faydalı münasibətlərin yaradılması yollarını müəyyən etməkdən ibarətdir. İnsanın vəzifəsi dünyada ən yaxşı yola düşməkdən ibarətdir, praqmatizmin vəzifəsi isə ona bu işdə kömək göstərməkdir.
Qərbdə çox dəbdə olan fəlsəfə cərəyanlarından biri "Ekzistensializm"-dir. Onun ən görkəmli nümayəndələri Almaniyada M. Haydeqqer, Fransada Q. Marsel, ABŞ-də Y. Barrerdir. Ekzistensializmə görə fəlsəfənin vəzifəsi elmin problemləri ilə deyil, sırf insan varlığının məsələləri ilə məşqul olmaqdan ibarətdir. İnsan öz iradəsindən asılı olmayaraq bu dünyada, öz taleyinə atılmışdır və o, ona yad olan aləmdə yaşayır, onun varlığı hər tərəfdən sirrli işarələrlə, simvollarla əhatə olunmuşdur. Qorxu ekzistensializ fəlsəfəsinin ən mühüm anlayışıdır. Dünya mənasız və anlaşılmaz olduğu üçün daha da qorxuludur. İnsanlar "bir-biri" üçün pərdəsi altında bir-birinə qarşı hərəkət edirlər. Böhrandan çıxış yolunu ekzistensialistlər istimai münasibətlərin dəyişdirilməsində deyil, fərdi həyatda ünsiyyət "mənəvi aristokratiyanın" dair mühiti ilə məhdudlaşdırılmasında axtarırlar. Ekzistensializmin dini qanadı fərdi mövcudluğun faciəviliyini aradan qaldırmağın yolunu Allaha mistik ünsiyyətdə görürlər.
Burjua fəlsəfəsində dini-idealist cərəyan olan "personolizm" müəyyən nüfuz qazanmışdır. Nümayəndəsi N. Berdyayev.
Persionializm şəxsiyyəti ali mənəvi sərvət, bütün dünyanı isə "ali şəxsiyyətin"-Allahın fəallığının təzahürü hesab edir. Persionializm insanın dünyada orientasiyası vəzifəsini bütün mövcudatın və insan öradəsinin alı başlanğıcı olan Allah ilə əlaqələndirir. Bir halda ki, şəxsiyyət gerçəkliklə düşmən münasibətdədir, həyat ondan başlanır ki, o, mühit ilə əlaqəni pozur: Şəxsiyyət özünə qapılmalıdır, "fikrini cəmləşdirməlidir". Müasir dini fəlsəfənin mühüm cərəyanlarından biri, öz adını orta əsr ilahiyyatçısı Foma Akvinskinin adından götürmüş (J. Mariten, E. Jilson) və kapolisizmin hökmran olduğu ölkələrdə geniş yayılmış "neotomizmdir". Bu bir-birinə tamamilə əks olunan inam və zəkanı, dini və elmi bütöv harmonik bir sistemdə birləşdirmək cəhdi ilə səciyyələnən obyektiv – idealist doktrinadır. Onların fikrincə dünya fövqəltəbii qüvvələrə tabedir. Elm yalnız təbii dünyanı, din isə ali, fövqəltəbii dünyanı dərk edir. Onlar fəlsəfənin bütün tarixini yanılmalar silsiləsi hesab edərək dünyanın bütöv və nikbin konsepsiyasını yaratmaq iddiasındadır.
Qərb dünyansının fəlsəfəsinə nəzər saldıqda gördük ki, bəşər həyatında gah din, gah ağıl, gah da elm əsas götürülmüşdür. İnsanlar bir zaman göydən bir şey gözləyirdilər, sonra yerdən gözlədilər. Birini əsas tutanda o birisini atdılar. Gözə üstünlük veriləndə ağılı kənara qoydular, ağılla bir şeyi isbat etmək istəyəndə gözü kənarlaşdırdılar. Bunların hər birinin ayrlıqda olması bəşərə nicat verə bilməmişdir. Onlar dini götürəndə elmi, ya da ağlı atır, ağılı götürəndə dini kənara qoyurdular. Elmi kəşflərə görə dahi alimlər yanıdırılır, onlara işkəncələr verilirdi. Elmin qarşısı nəyin bahasına olur-olsun alınırdı. Qərbin fəlsəfə tarixinə əsasən demək olar ki, onlar uzununa qaçmışlar, biz isə eninə yavaş-yavaş getmişik. Bunların ikisi də pisdir. Elmi nailiyyətlər o həddə kimi inkişaf etdi ki, iki dünya müharibəsini yaratdı.
İnsan bunların hamısını yaşadığı üçün hərəsindən bir şəkildə zərbə almışdır. Dediyimiz kimi, din olanda elm xadimləri təqib edildi, elm olanda din kənara atıldı. Beləliklə, mənəviyyat, insanlıq aradan getdi. İnsan maşına çevrildi. Onların dini kənara qoymalarının da öz fikirlərində əsası vardı. Çünki qaranlıq əsrlərdə din onlara nicat əvəzinə bəlalar vermişdi. Bir şeyi də qeyd etmək lazımdır ki, din İslam dini deyildi. Yəni Qərbin dinində Allah zülmkar, diktator, insanı iradəsiz edən bir varlıq idi. Bu varlıq insana heç bir nicat vermir, onu daha da bədbəxt edirdi. İnsana qanad kimi təqdim olunmuş şeylər son anda zəncirə çerildi. Bir zənciri Allahdan kəsib ağıla, ağıldan kəsib elmə verdilər. Nəticədə insan hər şeydən bezdi. İslam dinində isə insan bəndə olmaqla yanaşı azaddır. Allah insanların hər şeyi bəsirətlə dərk etməsini istəyir. Məsələləri insanın ağlı, qəlbi qəbul etməlidir. İnsan dindən, ağıldan, elmdən qorxandan sonra özünə dəyər verdi. Belə ki, insan yalnız özünə inanmağa başladı. Bu da eksistianalist fəlsəfəni yaratdı. Bu fəlsəfi baxışa görə insan özü əsasdır. Dayaq, söykənəcək bir varlığı yoxdur. Deyilənlər onu göstərdi ki, insanın heç bir məqsədi yoxdur, bu dünyaya bir varlıq kimi atılmışdır. Onlar elə düşünürdülər ki, insanı böyütdülər, amma əslində insanın bütün dəyərlərini əlindən aldılar.
İnsan kompüter deyil, onun yaradıcısıdır. İnsan öz məhsulundan aşağı düşməməli, ondan yüksəkdə dayanmalıdır. Bu fəlsəfi baxışla insanın mənəviyyatı aradan gedir, hərə özü üçün yaşayır. İnsan cəmiyyətdə yaşasa da, fərdiləşir. Bir yerdə yaşasalar da, bir-birini tanımırlar, bir-birinə kömək etmək də maddi maraqlara əsaslanır.
Texnologiyanın tərəqqisi artdıqca insanın mənəviyyatı azalır. İnsan bir növ bu həyatda yaşamağa məcbur olan varlığa çevrilir. Eksistializmdə insan azad, sərbəst buraxılır. İnsan zahirdə azad olsa da, əslində onun ruhu iztirabdadır. Heç kəsə inanmır, üsyan qaldırır, cinayət törədir və s. Çünki insanın inandıqları hamısı onu aldatmışdı. Bunlara qarşı düşmənçilik özünü iki formada büruzə verir. Biri xarici amillərlə, digəri daxili amillərlə. Xarici amillər onun xarici görünüşü, rəftarı, danışığında müşahidə olunur. Bir insanın saçını on rəngdə boyaması azadlıq kimi başa düşülür. Amma bu əslində ruhunun iztirabından xəbər verir. Daxili ruhi iztirablar isə insanın intiharı, özünə qəsdi ilə baş verir.
Deyilənlərə belə aydınlıq gətirmək olar ki, nə din, nə ağıl, nə də elm pis deyil. Onları pis formada təqdim etmişdilər, nəticələri də pis alınmışdı. Onlar insanlara din, ağıl və elm adlı nicat qapılarını göstərmək istəyirdilər. Amma sonda məlum oldu ki, bu qapılar həqiqi yox, süni qapılar imiş.
Yaranmış fəlsəfi baxış özünü iki şəkildə büruzə verdi. Birincidə dini məqamlar da var idi. Deyirdilər ki, insan özünə inansa, Allaha tərəf gedər. Digərində isə yalnız insan götürülürdü. Qərbin fəlsəfəsi haqqında bunu da demək lazımdır ki, onlar öz həyatlarını fəlsəfələşdiriblər, yaşayışlarına fəlsəfi don geyindiriblər.
Dediymiz bu fəlsəfi fikirlərin hamısı həqiqət axtarışındadır. Həqiqətə sonrakı məktəblərdə necə tərif verilməsi də çox maraqlıdır. Müasir fəlsəfədə nəyin əməldə faydası varsa, o həqiqətdir. Onlar deyirlər ki, indi də insan praktikaya inanır. Bunun da kökləri düzgün deyil. Əməldə fayda verənin təsadüfi olsa da həqiqət sayılması düzgün deyil. Bununla da insanda olan heyvani hissləri doyuzdurmağa başladılar. Bir zaman insan bu hisslərdən qaçırdı ki, həqiqətə çatsın, indi isə bu hisslər əməldə nəticə verdiyindən həqiqət sayılırdı.
Qərb alimləri təkcə bunları deyil dini də həqiqət sayırdılar. Din ona görə həqiqətdir ki, insanı sakitləşdirir, ona səbir verir və başqa ruhi qüdrətlərə çatdırır. Dinin faydası olduğuna görə həqiqət sayılırdı. Amma bu fəlsəfənin puçluğu ondadır ki, əgər din fayda verməzsə, sabah ona həqiqət deyilməyəcək. Bir sözlə faydası olmayan əməl batil, olan isə həqiqətdir. Qərbin fəlsəfəsi buna əsaslanır. Fayda, gəlir, xeyir məfhumlarına görə fəlsəfə ticarətə dönüb və tacirlər də filosof olublar. Onlar ticarət etməklə yanaşı öz işlərinə fəlsəfə də qoşublar. Yaşadığımız dünya da ticarət dünyası olduğundan tacirlərin fəlsəfəyə əl atması mümkün olub.
Biz də kimi məşhur görürüksə, onu həqiqət adlandırırıq. Gördüyümüzün həqiqiliyini araşdırmırıq.
Biz əvvəl haqqı tapmalı, sonra ona doğru getməliyik. Quranda haqq və batil haqqında çoxlu aylərə vardır. Qeyd olunur ki, haqq qalan, batil gedən, haqqı su, batil isə köpükdür. Malı çox olan güman edir ki, sərvəti onu saxlayаcaq. Çünki onun faydası malından gəlir. Bəşər gördüklərini haqq sayır. Elə bükülü həqiqətlər vardır ki, insanın onlardan xəbəri yoxdur.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlib deyir ki, mənə qısa bir dua öyrət. Peyğəmbər (s) də ona "Ey Allah, işimizin aqibətini xeyir elə!" duasını öyrədir. Bizim ağlımız o həddə çatmayıb ki, bu kimi dərin mənalı duaları dərk edək.
İslam dinində ağıla üstünlük verilir. Məsələlərin zahiri onların həqiqi olmasını bildirmir. Adətən cavanlar zahirə daha çox baxırlar. Dəb, deyilən sözlər, edilən hərəkətlər onların diqqətini cəlb edir. Amma belə məsələlərdə ağılı kənarlaşdırmaq olmaz.
Müasir insanın düşüncəsi müasir fəlsəfi baxışa əsaslanaraq gündəlik ticarət edir. Ticarətində də məqsədi çoxlu fayda əldə etməkdir. Əgər fəlsəfə də ticarət oldusa, onda həqiqət qala da bilər, silinə də bilər. Çünki əsl tacir odur ki, bazara baxsın, hansı malın yaxşı getdiyini, hansının ucuz getdiyini görsün. Tacir dünən satdığı malı bu gün tullaya bilər Filosof isə həqiqəti ata bilməz. Əgər atdısa, deməli bu həqiqət bir günlük həqiqətdir. İslamın baxışında isə həqiqət davamlı olmalıdır.
İslam dini faydanın ziddinə çıxmır. Bizim nəzərimizdə həqiqət bu gün də, sabah da mövcuddur. Bunun üçün həqiqət mərifətlə əldə edilir. Biz elə bir həqiqətdən bəhs edirik ki, daimi olsun.
Müasir dövrdə Amerikada praqmatizm fəlsəfəsi yarandı ki, həqiqət fayda verən şeylər sayıldı. Fəlsəfi məktəbin banisi Vilyam Ceymsdih. O həm filosof, həm də psixoloq idi. Bu fəlsəfi fikir təzə olsa da onun köklərinə Hyumun fəlsəfəsində rast gəlmək olar. O deyirdi ki, ağıl insanın meyllərirnə xidmət etməlidir.
Praqmatizm cərəyanını yaradan Ceyms deyirdi ki, insan həm bayırı, həm də özünü təcrübə edə bilər. Onun fikrincə, Allahda fayda olduğu üçün onu həqiqət saymaq lazımdır. O, Allahı da həmişə kamilləşən bir varlıq sayırdı. Bu da ona əsasən deyilirdi ki, onların baxışında kamilləşməyən sakitə bərabərdir. Onların bu sözləri Hegelin fəlsəfəsində də var idi.
Bu fəlsəfi baxışın azad iradə məsələsi yuxarıda bəhs etdiymiz cərəyanla oxşardır. Onların baxışında azad iradə son məqsəddir. Amma İslamın baxışında azad iradə başlanğıcdır. İnkişaf üçün başlanğıcdır.