Gündüz Abdullayev (kapitan)
Abdullayev Gündüz Məhərrəm oğlu (22 iyun 1965, Sumqayıt – 9 yanvar 1999, Bakı) — Kapitan, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Qarabağ müharibəsi döyüşçüsü (ölümündən sonra).
== Həyatı ==
Gündüz Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Gündüzün hələ uşaq yaşlarından hərb sənətinə böyük marağı olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gündüz 1981-ci ildə Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olur. Lakin orta təhsilini yarımçıq qoymur. Orta təhsili çox yaxşı qiymətlərlə başa vurur.
1981-ci ildə SSRİ silahlı qüvvələrində hərbi xidmətə çağırılan Gündüz, Almaniyada qulluq edir. Elə burada qulluq edərkən gələcək həyat yolunu müəyyənləşdirir. Almaniyada 1985-ci ildə praporşiklər (gizirlər) məktəbini bitirir.
== Ailəsi ==
Ailəli idi, iki az yaşlı övladı vardı.1 oğlu ,1 qızı vardı.