Fikrət Məmmədov (kapitan)

Fikrət Akif oğlu Məmmədov (d. 1982; Azərbaycan - ö. 28 may 2014; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2014-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Fikrət Məmmədov
Fikrət Akif oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Azərbaycan
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "İgidliyə görə" medalı "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Fikrət Məmmədov 1982-ci ildə anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Kapitan Fikrət Məmmədov 2014-cü ildə, mayın 27-dən 28-nə ötən gecə, saat 2.55 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Füzuli rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 29-u isə Fikrət Məmmədov Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Fikrət Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]