Gündüz Abdullayev (kapitan)

Abdullayev Gündüz Məhərrəm oğlu (22 iyun 1965, Sumqayıt9 yanvar 1999, Bakı) — Kapitan, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Qarabağ müharibəsi döyüşçüsü (ölümündən sonra).[1]

Gündüz Abdullayev
Abdullayev Gündüz Məhərrəm oğlu
Doğum tarixi
Doğum yeri Sumqayıt
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Bakı şəhəri
Vəfat səbəbi Dövlətimizin bütövlüyü uğrunda Qəhrəmancasına həlak olmuşdur
Mükafatları "Azərbaycan Bayrağı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Gündüz Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Gündüzün hələ uşaq yaşlarından hərb sənətinə böyük marağı olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gündüz 1981-ci ildə Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olur. Lakin orta təhsilini yarımçıq qoymur. Orta təhsili çox yaxşı qiymətlərlə başa vurur.

1981-ci ildə SSRİ silahlı qüvvələrində hərbi xidmətə çağırılan Gündüz, Almaniyada qulluq edir. Elə burada qulluq edərkən gələcək həyat yolunu müəyyənləşdirir. Almaniyada 1985-ci ildə praporşiklər (gizirlər) məktəbini bitirir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, iki az yaşlı övladı vardı.1 oğlu ,1 qızı vardı.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Qarabağ muharibəsi dövrü[redaktə | mənbəni redaktə et]

1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Gündüz Abdullayev 1992-ci ildən Azərbaycan Respublikası Daxili Qoşunlarının N sayılı Hərbi hissəsində taqım komandiri kimi fəaliyyətinə davam etmişdir. Onun döyüş yolu Azərbaycanın murahibə gedən əksər cəbhə bölgələrindən keçmişdir. Şuşa, Goranboy, Ağdam, Füzuli, Ağdərənin müdafiə olunmasında xüsusi bacarıq və igidlik göstərmişdir.

Silahsız şəkildə, erməni kəşfiyyatçısını tərksilah edib, əsir götürən Gündüz Abdullayev hadisəni belə danışıb: Gecə saatarı idi, qərargah maşınının yanında əllərimi yuyurdum. Birdən eləbil kimsə avtomatın çaxmağını çəkdi. Gecənin qaranlığında o tərəfə baxanda gördüm ki, hərbi geyimdə tanımadığım bir adam dayanıb. Mənə baxıb: Zəngilan taborunun yerini soruşdu. Nəsə şüpələndim, ona əks istiqaməti göstərdim. Onu saxlamaq üçün bir bəhanə fikirləşənə qədər özü siqaret yandırmaq üçün kibrit istədi. Kibriti alışdırıb, ovucumda saxladım. Başını yaxınlaşdıranda alovun zəif işığında üzünə diqqətlə baxdım. Əsl erməni sifəti idi. Bir qullab vurub boynunu dikəldəndə zəif işıqda avtomatının qumdağındakı xaçı gördüm. Ona möhkəm zərbə vurdum. Müqavimətini itirdi, yerə yıxıb sənətlərin götürdüm. Yazılardan dəqiq bildim ki, erməni kəşfiyyatçısıdır. 1993-cü ilin sonlarında Horadiz stansiyasının işğaldan azad edilməsi ilə bitən döyüş əməliyyatlarında bu söhbət məşhurlaşmışdı. Gündüz Abdullayevin isə başına gələn belə hadisələr, macəraları daha çox idi.

Bu kimi onlarla sərişdələrinə görə, döyüş bacarığı nəzərə alınaraq 1993-cü ilin fevralında ona Leytenant rütbəsi verilmişdir.

Daxili Qoşunlarda[redaktə | mənbəni redaktə et]

1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasına qəbul olmuşdur. Kapitan Abdullayevin təşkilatçılığı, iş qabiliyyətinə görə ona "Şahin" xüsusi təyinatlı dəstənin bölük komandiri kimin məsuliyyətli bir iş həvalə olundu. Nümunəvi xidmətini dövlət çevirilişinə cəht göstərən təhlükəli cinayətkarların tutulması üzrə xüsusi əməliyyat keçirilməsində qarşıya qoyulmuş tapşırıqlara məsuliyyətlə yanaşması, əməliyyatlar zamanı qorxmazlıq və cəsarət göstərməsi şəxsi heyətlə işləmək bacarığı, nizam-intizamı yüksək qiymətləndirildi. Gündüz Abdullayev etimat göstərilərək 1998-ci ilin iyul ayında hərbi hissənin Qərargah rəisinin köməkçisi vəzifəsinə təyin olundu. Həmin ilin Avqust ayında isə ona Kapitan hərbi rütbəsi verildi.[2][3]

Ölümü[redaktə | mənbəni redaktə et]

Qobustan qiyamı (1999) 8 yanvar 1999-cu il Qobustan həbsxanasıda xüsusi təhlükəli Dövləti cinayətlərə görə məhkum olunmuş Vahid MusayevFaiq Baxşəliyev rəhbərliyi ilə bir qrup məhbus itaətsizlik göstərmiş, həbsxanadan qaçmaq üçün nəzarət-buraxılış məntəqəsinə hücum edərək, xeyli sayda silah ələ keçirərək, Qulluqçu və Nəzarətçiləri girov götürmüşldülər. Onları xilas etmək üçün aparılan mübarizədə Kapitan Gündüz Abdullayev qəhrəmanlıq nümunəsi göstərir. Bu döyüşdə Kapitan Abdullayev öz vəzifə borcunu ləyaqətlə yerinə yetirərək, Qəhrəmancasına həlak oldu. Həmin gün Daxili Qoşunların igidlik səlnaməsinə daha bir qəhrəmanlıq səhifəsidə yazıldı. Gündüz öz ölümü ilə ölməzlik nümunəsi qazandı. Bütövlükdə ömrü isə qəhrəmanlıq, mərdlik, ərənlik nümunəsinə çevirildi.

Ölümündən sonra[redaktə | mənbəni redaktə et]

Bütün xidmət müddətində ona təqdim olunan qiymətli hədiyyələrin, fəxri fəmanların, təşəkkürlərin sayı-hesabı yoxdur. Vətən öz şəhid oğullarını unutmur, unutmayacaq da. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 12 yanvar 1999-cu il, № 73 Fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan Gündüz Abdullayevin əziz xatirəsi bu gün də qədir bilən xalqımızın qəlbində yaşayır. DİN-nin Biləcəridə yerləşən N sayılı Daxili Qoşunlar Hərbi hissəsində Gündüz Abdullayev adına maneələr zonası və Daxili Qoşunlar Qala Tədris Mərkəzinin atəş mərkəzi bu gün Gündüzün adını daşıyır. Burada gənc döyüşçülər onun kimi sərrat atəş açmağı, Vətənə sədaqətli, düşmənə amansız olmağı öyrənirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə alayının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli, 73 saylı Fərmanı" (az.). e-qanun.az. 12 yanvar 1999-cu il. 2019-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
  2. "Aktual" qəzeti, 23 fevral 1999-cu il.
  3. "Əsgər" qəzeti, 31 yanvar 2005-ci il.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]