ŞÖY

I
(Çənbərək, Daşkəsən, Gədəbəy, Qazax)
ağacın dibindən çıxan cavan pöhrə, zoğ. – Şöy ağacın divinnən çıxer (Qazax); – Ağacın divinən çıxan şöylərə dəymən ha! (Gədəbəy)
II
(Qazax)
düz, dik. – Bu ağac şöy qalxer
ŞÖV
ŞU
OBASTAN VİKİ
Yeni Şöyöş (Askın)
Yeni Söyöş (başq. Яңы Сөйөш, rus. Новый Суюш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 42 km, kənd sovetliyindən (Kaşka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 138 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir.
Zahid Şöyübov
Zahid Hamil oğlu Şöyübov (22 oktyabr, 1924, Yevlax rayonu, Ərəbbəsrə kəndi — 2006, Yevlax rayonu, Xaldan kəndi) ― Prezident təqaüdçüsü, Azərbaycan SSR Əməkdar müəllimi (1960), SSRİ Xalq müəllimi (1981), "Qırmızı əmək bayrağı", "Şöhrət" (1999) ordeni laureatı. == Haqqında == Zahid Şöyübov 22 oktyabr 1924-cü ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub. === Hərbi xidmətdə === Zahid Şöyübov 1942-ci ildə sovet ordusunda hərbi xidmətdə olub. Belə ki, o, 416-cı Azərbaycan diviziyasının 1368-ci polkunun tərkibində Şimali Qafqazda hitlerçilərlə aparılan döyüşlərin iştirakçısı olub. Taqanroq və Ukrayna torpaqlarındakı Mariopol şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmçinin, Almaniya uğrunda gedən döyüşlərdə də cəsur döyüşçü kimi fərqlənərək bir sıra orden və medallarla təltif olunub. O, 1946-cı ildə ordudan tərxis olunub. === Təhsili === Zahid Şöyübov ordudan tərxis olunduqdan sonra yaşadığı kəndə qayıdıb. O, 1949-cu ildə Şəki pedaqoji məktəbini bitirib. Şəki pedaqoji məktəbini bitirən vaxtdan Xaldan kənd orta məktəbinə təyinat alıb.