Zahid Şöyübov

Zahid Hamil oğlu Şöyübov (22 oktyabr, 1924, Yevlax rayonu, Ərəbbəsrə kəndi — 2006, Yevlax rayonu, Xaldan kəndi) ― Prezident təqaüdçüsü, Azərbaycan SSR Əməkdar müəllimi (1960), SSRİ Xalq müəllimi (1981), "Qırmızı əmək bayrağı", "Şöhrət" (1999) ordeni laureatı.[1][2][3]

Zahid Şöyübov
Doğum tarixi 1924 və ya 22 oktyabr 1924(1924-10-22)
Doğum yeri
Vəfat tarixi 6 may 2006(2006-05-06) və ya 2006
Vəfat yeri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şöhrət" ordeni
Azərbaycan SSR əməkdar müəllimi SSRİ xalq müəllimi

Zahid Şöyübov 22 oktyabr 1924-cü ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub.[1]

Hərbi xidmətdə

[redaktə | mənbəni redaktə et]

Zahid Şöyübov 1942-ci ildə sovet ordusunda hərbi xidmətdə olub. Belə ki, o, 416-cı Azərbaycan diviziyasının 1368-ci polkunun tərkibində Şimali Qafqazda hitlerçilərlə aparılan döyüşlərin iştirakçısı olub. Taqanroq və Ukrayna torpaqlarındakı Mariopol şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmçinin, Almaniya uğrunda gedən döyüşlərdə də cəsur döyüşçü kimi fərqlənərək bir sıra orden və medallarla təltif olunub. O, 1946-cı ildə ordudan tərxis olunub.[1]

Zahid Şöyübov ordudan tərxis olunduqdan sonra yaşadığı kəndə qayıdıb. O, 1949-cu ildə Şəki pedaqoji məktəbini bitirib. Şəki pedaqoji məktəbini bitirən vaxtdan Xaldan kənd orta məktəbinə təyinat alıb. Zahid Şöyübov burada müəllim işləyərkən 1949–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsində qiyabi təhsil alıb.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zahid Şöyübov 1949–1955-ci illərdə Xaldan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, dərs hissə müdiri, direktor vəzifələrində çalışıb. 1955–1962-ci illərdə Xaldan rayon, Mingəçevir şəhər maarif şöbələrində müdir vəzifəsində çalışıb. Zahid Şöyübov 1962-ci ildə Xaldana qayıdıb. Burada əvvəlcə müəllim, 3 il sonra isə həmin məktəbə direktor təyin olunub və ömrünün sonuna kimi bu məktəbdə çalışıb.[1]

Zahid Şöyübovun rəhbərlik etdiyi məktəb ölkədən kənarda tanınıb. Belə ki, o zaman İttifaq miqyasında Ukraynanın Boqdanovka kənd orta məktəbinin qabaqcıl işi barədə tez-tez məqalələr dərc olunurdu. Tezliklə Zahid Şöyübovun rəhbərlik etdiyi Xaldan kənd kompleks orta məktəbi həmin tədris müəssisəsi ilə yaxın dostluq əlaqələri yaradıb. Zahid Şöyübovun yaratdığı bu məktəb barədə həm Azərbaycan, həm də Belçika, Çexoslovakiya, Moskva, Kiyev, Alma-Atanın kino və telestudiyalarının əməkdaşları sənədli fimlər çəkib, bu məktəbi daha geniş şəkildə tanıdıblar. 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilib.[1]

  1. 1 2 3 4 5 6 "Zahid Şöyübov" (PDF). adpu.edu.az. 19.11.2021. 2024-03-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18.03.2021.
  2. "Z. H. Şöyübovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". frameworks.e-qanun.az. 22.10.1999. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.04.2024.
  3. "Böyük və dahi insanın xatirəsi qarşısında baş əyirik". azertag.az. 14.12.2003. İstifadə tarixi: 06.04.2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]