ŞƏMİL

hər şeyi əhatə edən, tam; təbiət, xasiyyət; ləyaqət.
ŞƏMİ
ŞƏMİLƏ
OBASTAN VİKİ
Şəmil Sadiq
Şəmil Sadiq — Azərbaycanlı alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur. 2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İlin Ən Yaxşı müəllimi" seçilmişdir. 2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində "Hədəf Kursları"nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır. "Ustad" aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən "Senet.az" saytının, həmçinin, "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.“Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "Oxu Günü" layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir. "Qana qan qarışdı" pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmin ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə "Anamın kitabı" ədəbi mükafatını təsis etmişdir.
Şəmil Əsgərov
Şəmil Mehbalı oğlu Əsgərov (d. 2 avqust 1973, Gədəbəy rayonu — ö. 7 yanvar 1994, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Əsgərov Şəmil Mehbalı oğlu 1973-cü ildə avqustun 2-də Gədəbəy rayonu Qaraməmmədli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1990-cı il-də Qaraməmmədli kənd orta məktəbini bitirib. Bakıda SPTU-nun 101 nömrəli məktəbinə daxil olub. 1991-ci ildə həmin məktəbi bitirib. İxtisası sürücü, çilingərdir. 1992-ci ildə aprelin 1-də Gədəbəy rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. İvanovkada yerləşən hərbi hissədə xidmətə başlamışdır.
Azər Şəmilov
Azər Elyas oğlu Şəmilov (13 avqust 1971, Qapanlı, Mirbəşir rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978–1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986–1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == 1988–1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb. Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Nazim Şəmilov
Şəmilov Nazim Telman oğlu (10 sentyabr 1960, İlanlı, Amasiya rayonu) — kimya elmləri namizədi (1995), dosent (2002), kimya üzrə elmlər doktoru (2012), professor (2013). == Həyatı == Şəmilov Nazim Telman oğlu Ermənistan Respublikası Amasiya rayonunun Çaybasar kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Univrsitetinin kimya fakültəsinə daxil olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1988-1999-cu illərdə AMEA Kimya Problemləri (indiki kataliz və Qeyri-üzvi kimya institutu)institutunda kiçik elmi işçi.elmi işçi , böyük elmi işçi vəzifələrində işləyib 1995-ci ildə AMEA-nın Kimya Problemləri(indiki Kataliz və Qeyri-üzvi kimya institutu) institutunda “Tərkibində nadir torpaq elementləri saxlayan oksid sistemlərin metanın oksidləşdirici dehidrodimerləşmə reaksiyasında fiziki kimyəvi və katalitik xüsusiyyətləri”mövzusunda namizədlik, 2012-ci ildə isə“C1-C4 alkanların oksidləşdirici dehidrogenlləşmə reaksiyasında modifikasiya olunmuş oksid katalizatorlarının fiziki kimyəvi və katalitik xassələri”mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-ci ildən Nyu-York Elmlər akademiyasının, 2013-cü ildən Beynəlxalq Ekoenergetika akademiyasının üzvüdür. 1999-cu ildən BDU-da çalışır. 1999-2001-ci illərdə baş müəllim, 2002-ci ildən Fiziki və kolloid kimya kafedrasının dosenti, 2005-2011-ci illərdə kimya fakültəsinin dekan müavini, 2011-ci ildən 2021-ci ilədək ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı olub. 2012-ci ildə doktorluq dissertasiyası müdafiə edib, kimya üzrə elmlər doktorudur. 2013-cü idən Ekoloji kimya kafedrasının professorudur.
долгожи́тель кинорепортёр машта́к обма́нка ограни́чиваться перепуга́ть рыда́юще сыни́шка фокуси́роваться вали́ двухнеде́льник достаивать и́ттриевый край келишник bumbailiff day letter dollar-fish fibrilla praecognitum sub-district насторожить оголить попутный упирать