Şəmil Əsgərov

Şəmil Mehbalı oğlu Əsgərov (d. 2 avqust 1973, Gədəbəy rayonu — ö. 7 yanvar 1994, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid.

Şəmil Əsgərov
Şəmil Mehbalı oğlu Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu, Qaraməmmədli kəndi
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Gədəbəy rayonu, Mutudərə kəndi
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gədəbəy rayonu, Qaraməmmədli kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992-1994
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsgərov Şəmil Mehbalı oğlu 1973-cü ildə avqustun 2-də Gədəbəy rayonu Qaraməmmədli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1990-cı il-də Qaraməmmədli kənd orta məktəbini bitirib. Bakıda SPTU-nun 101 nömrəli məktəbinə daxil olub. 1991-ci ildə həmin məktəbi bitirib. İxtisası sürücü, çilingərdir. 1992-ci ildə aprelin 1-də Gədəbəy rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. İvanovkada yerləşən hərbi hissədə xidmətə başlamışdır. Başkəndin alınmasında, Mutudərə və Pereval döyüşlərində iştirak etmişdir. 1994-ci ilin yanvar ayının 7-də Pereval döyüşündə həlak olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).