Azər Elyas oğlu Şəmilov (13 avqust 1971, Qapanlı, Mirbəşir rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.
Azər Şəmilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1971 |
Doğum yeri | |
Vəfat tarixi | 14 oktyabr 2020 (49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2004–2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
Birinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub.[1] 1978–1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986–1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.
1988–1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb.
Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
Azər Şəmilov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Şəmilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Şəmilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Şəmilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azər Şəmilov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[5]