ƏLƏSGƏR
ƏLFAĞA
OBASTAN VİKİ
Ələşrəf Məmmədov
Ələşrəf Veysəl oğlu Məmmədov — geologiya-mineralogiya elmləri doktoru (1978), professor (1988), AMEA-nın həqiqi üzvü (2001). == Həyatı == Ələşrəf Məmmədov 1 noyabr 1931-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Ali təhsilini 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Geologiya şöbəsində almış, universiteti Geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Ələşrəf Məmmədov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda kiçik elmi işçi olaraq başlamışdır. 1956-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspediyasında işçi qrupuna rəhbərlik etmiş, 1958-1970-ci illərdə Geologiya İnstitutunun tektonika laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1971-2003-cü illərdə, fasiləsiz olaraq 30 ildən artıq bir müddət ərzində AMEA Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsində müdir vəzifəsini icra etmişdir. O, Azərbaycanda paleocoğrafiya məktəbinin yaradıcısı hesab olunur. === Üzv olduğu şuralar === SSRİ EA-nın və Rusiyanın İdarələr­arası Stra­ti­qra­fiya Komitəsinin Neogen və Dördüncü Dövr Sistemləri üzrə komissiyaları­nın üz­vü; Azərbaycanda neft və qaz geoloji kəşfiyyat işlərinin səmərəliliyi­nin artırılması üzrə mütəxəssislər şurasının üzvü; Azərbaycan Prezidenti yanında Ali Atesstasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvü; AMEA Geologiya İnstitutu­nun Müdafiə üzrə İxtisaslaşdırıl­mış şura­sının həmsədri; Aka­demik H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun Müdafiə üzrə İxtisas­laşdırılmış şurasının üzvü;Ələşrəf Məmmədov AMEA Geologiya İnstitutu­nun müdafiə üzrə İxtisaslaşdırıl­mış şura­sının həmsədri, AMEA Yer Elmləri Bölmə­si­nin akademik-katibinin müavi­ni vəzifələrini icra etmişdir. Həmçinin AMEA-nın "Xəbər­lər" (Yer elmləri seriyası) jur­na­lı­nın baş redaktorunun müavini, Azərbaycan geoloqları Milli Komitəsinin bü­ro üz­vü və Azərbaycan İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen Komissiyasının sədri olmuşdur. == Elmi fəaliyyəti == Ələşrəf Məmmədov 1956-cı ildə "Geoloji şəraitlərlə əlaqədar olaraq Kür və Qabırrıçay çaylararasının təbii neft-qaz təzahürlərinin tədqiqatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üz­rə fəlsəfə doktoru, 1978-ci ildə "Neft-qazlılıqla əlaqədar Orta Kür çökəyinin geologi quruluşu və inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərə­cə­lərini almışdır.
Ələşrəf Əlizadə
Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə (24 aprel 1911, Şamaxı – 22 mart 1985, Bakı) — Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971). Azərbaycan KP MK-nın ikinci katibi == Həyatı == Ələşrəf Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji - kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-1946 və 1954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir. 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır.
Ələşrəf xan Bayandur
Ələşrəf xan Lütfəli xan oğlu Bayandur (?-?)—Qacarlar dövründə bir neçə şəhərin hakimi. == Həyatı == Ələşrəf xan Lütfəli xan oğlu Cənubi Azərbaycanın Gərrus şəhərində anadan olmuşdu. Bayandur boyuna mənsubdur. Hələ Ağqoyunlular dövründən bəri Gərrusda məskunlaşmışdılar. Ulu babaları da bu bölgəni idarə edirdilər. O, mükəmməl mədrəsə təhsili almış, dövrünün savadlı şəxslərindən sayılırdı. Qacar şahlarına xidmət etmişdi. Əmir Müəzzi Gərrusi kimi tanınırdı. Ələşrəf xan Bayandur İsfahan, Kaşan, Kürdüstan əyalətlərinin, Ərdəbil vilayətinin və Gərrus bölgəsinin hakimi olmuşdu. Ələşrəf xan Bayandur Məhəmmədəli şah Qacarın hakimiyyəti dönəmində Ərdəbilin hakimi idi.
Ləman Ələşrəfqızı
Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015). == Həyatı == Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. === Ailəsi === Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər. == Fəaliyyəti == Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur. Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996). Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.2012-ci ilin mart ayından 2016-cı il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təsisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.
бээмдэ́шный зауря́д изма́ранный кла́ссовость метоними́чность опу́хнуть прокуро́рский пуши́сто сплав бродя́жить затво́рничество предназначе́нье барте balladist batch bifront cipherer hatha yoga house-treined Kirkuk Social Register stop out supersession tumor полоскание