ƏLƏS
ƏLƏŞRƏF
OBASTAN VİKİ
Arif Ələsgər
Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır. Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir.
Aşıq Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…] və ya 1926, Ağkilsə, Yeni Bəyazid qəzası) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…] və ya 1926, Ağkilsə, Yeni Bəyazid qəzası) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Ələsgər
Ələsgər — Azərbaycanda ən çox istifadə edilən kişi adı. Aşıq Ələsgər — Azərbaycan aşığı.Ələsgər ƏləkbərovƏləsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərov (arxeoloq) — arxeoloq, etnoqraf, ölkəşünasƏləsgər MəmmədovƏləsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas.Ələsgər Əliyev — Azərbaycan jurnalisti. Ələsgər İbrahimov — azərbaycanlı aktyor. Ələsgər Məmmədoğlu — Azərbaycan teatr və kino aktyoru Ələsgər Muradxanlı — aktyor. Ələsgər Novruzov — Azərbaycanın Milli QəhrəmanıYaşayış məntəqələriƏləsgər (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. == Həyatı == Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. == Xeyriyyə işləri == O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Çopur Ələsgər
Çopur Ələsgər (tam adı:Ələsgər Mikayıl oğlu Tağıyev; d. 1930, Bozalqanlı, Tovuz rayonu – ö. 23 oktyabr 2014) — Azərbaycan aşığı və şairi. == Həyatı == "Çopur Ələsgər" ləqəbi ilə tanınan Aşıq Ələsgər 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünü aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyn Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illər sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətmmişdir. 23 oktyabr 2014-cü ildə vəfat etmişdir. == Tədbirlər == 20 aprel 2013-cü ildə "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" İctimai Birliyin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli idi.
İslam Ələsgər
İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu; 22 iyun 1925, Ağkilsə, Yeni Bəyazid qəzası – 6 oktyabr 2014, Göygöl rayonu) — filologiya elmləri namizədi, Ələsgərşünas alim. == Həyatı == İslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" olmuşdur. 1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir. Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplamış, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır. 1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazmışdır. 6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub.Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib.1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır. Ələsgər Abdullayev 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuşdur. O, tarzənlərdən Qurban Pirimovun, Tevosun, kamançada isə Saşa Oqanezaşvili və Moses Quliyansın müşayiətləri ilə "Çahargah", "Rast", "Mahur–Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" və s.
Ələsgər Muradxanlı
Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. == Həyatı == Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ələsgər Muxtarov
Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Hərbi xidməti == Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələsgər Məmmədli
Məmmədli Ələsgər Əhməd oğlu (24 may 1968, Quzanlı, Ağdam rayonu) — Azərbaycanlı hüquqşünas. == Həyatı == Ələsgər Məmmədli 1968-ci ilin may ayının 24-də Ağdam rayonunun Quzanlı kəndində müəllim ailəsində anadan olub. 1985-ci ildə Ağdam rayonu Quzanlı kənd orta məkdəbini, 1996-cı ildə Türkiyə Cümhuriyyətində İstanbul Universitetinin hüquq fakültəsini bitirib və İstanbulda vəkillik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə Türkiyənin Ankara şəhərində Türkiyə və Orta Doğu Amme İdaresi Enstitüsü Kamu Yönetimi bölümündə magistraturanı bitirib və hüquq və idarəetmə üzrə ekspert ixtisası əldə edib alıb. İstanbul Barosunda (Vəkillər Kollegiyasında) vəkillik ixtisası üzrə bir illik xüsusi təlim keçib. ABŞ-nin İnternyus və İREX təşkilatlarında hüquqşünas kimi fəaliyyət göstərib. Media hüququ, seçki hüququ, yerli özünüidarəetmə hüququ, informasiya əldə etmək hüququ, konstitusiya hüququ və insan hüquq və azadlıqları sahəsini əhatə edən onlarla kitab, broşür müəllifidir. Çoxsaylı elmi məqalələri yerli və xarici nəşrlərdə çap edilib. Hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın hüquqi tənzimlənməsi istiqamətində dərs deyir.
Ələsgər Məmmədov
Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas.
Ələsgər Məmmədoğlu
Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar. == Həyatı == Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman), Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov) Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov) Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir. 2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir.
Ələsgər Novruzov
Ələsgər Xanlar oğlu Novruzov (1 avqust 1949, Kürdhacı, Laçın rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. == Həyatı == Ələsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə. Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968–1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Ələsgər Qasımov
Qasımov Ələsgər Ramazan oğlu (d.23.01.1901, Bulqan kəndi, Babək rayonu) — iqtisadçı. İqtisadi elmlər namizədi (1948), professor(1961), 1948-ci ildə Moskvada "Sosializm yarışı və onun əmək məhsuldarlığının yüksəldilməsində əqli əməklə fiziki əmək arasındakı əksliyin aradan qaldırılmasında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1929-cu ildə Tiblisidə Zaqafqaziya Kommunist Universitetini və 1932-ci ildə onun aspiranturasını bitirmiş, ali məktəblərdə dərs demişdir. Qırmızı Professura İnstitunun (Moskva) iqtisadiyyat şöbəsini bitirdikdən sonra Moskva və Bakının ali məktəblərində işləmiş, 1937-ci ilin fevral və avqust aylarında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tədris işləri üzrə prorektoru, həmin vaxtdan Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki APU), 1940-cı ildən isə Ali Kənd Təsərrüfatı Məktəbinin siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1942-ci ildə könüllü surətdə cəbhəyə getmişdir. 223-cü Azərbaycan Atıcı divizyası siyasi şöbəsi rəisinin müavini olmuşdur. Müharibədən sonra Moskva İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ələsgər Qasımov uzun müddət respublikanın ali məktəblərində müəllim, 1966-cı ildən isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu siyasi iqtisadi kafedrasının müdiri işləmişdir. Siyasi iqtisad problemlərinə dair tədqiqatların, dərs vəsaitlərinin müəlifidir. Keçmiş ümumittifaq "Voprosı ekonomiki" (Moskva) jurnalı redaksiya heyətinin, respublikanın bir sıra ali məktəbləri elmi şuralarının üzvü olmuşdur.
Ələsgər Qayıbov
Ələsgər Qayıbov (tam adı: Ələsgər Yusif oğlu Qayıbov; 15 mart 1966, Yormuğanlı, Saqareco rayonu, Kaxetiya, Gürcüstan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1966-cı il martın 15-də Gürcüstan SSR Qaraçöp mahalının Yormuğanlı kəndində anadan olmuşdur. Şəhid olduğu ərəfədə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gecə xeyli yaralıya kömək etmişdir. «Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı. Lenin adına Mərkəzi Stadionun yaxınlığında digər yaralıya kömək etmək istəyərkən yaralanmış, güllə sol qolunu qıraraq qarnını yaralamışdır. Üzərində 3 mürəkkəb cərrahiyyə əməliyyatı aparılsa da, aldığı xəsarətdən yanvarın 21-də səhər saat 7-də vəfat etmişdir. Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ələsgər Qurbanəliyev
Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23 mart 1948, Qobu – 21 aprel 2021) — aktyor. == Həyatı == Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Ələsgər Rizvan
Ələsgər Rizvan – Təbriz teatrının aparıcı səhnə ustalarından olub. Bəzi mətbuat səhifələrində soyadı "Rizvani" kimi yazılıb. "Təbai" təxəllüsü ilə də çıxış edib. == Həyatı == Ələsgər Rizvan 1909-cu ildə Qarabağın Şuşa şəhərində doğulub. Üç-dörd yaşlarında ailəsi Ağdama köçüb. İbtidai təhsilini Ağdamda alıb. Onun ürəyəyatımlı, muğam ifaçılığına uyğun gələn səsi və güclü yumor bacarığı olub. Səhnə sənətinə marağı orta məktəbdə oxuyanda başlayıb. Şaqraq və cingiltili səsini eşidən Qaflan Muradov onu özünün aktyor işlədiyi Ağdam mədəniyyət klubunun dram dərnəyinə dəvət edib. Səhnəyə ilk dəfə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında qız rolunda çıxıb.
Ələsgər Rüstəmov
Ələsgər Talıboğlu
Ələsgər Talıboğlu — şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı lauratı. == Həyatı və yaradıcılığı == Şair–publisist Ələsgər Talıboğlu 20 iyun 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində doğulub. Uşaqlıq illəri Dərələyəz mahalının Çivə kəndində keçib. Hətta birinci və ikinci sinifləri o kənddə oxuyub. Sonra ata yurdu olan Şərur rayonunun Kərimbəyli kəndinə qayıdıb və təhsilini orada davam etdirib. 1970-ci ildən ailəsi ilə birgə taleyini ana kəndi olan Axaməd kəndinə bağlayıb. 1975-ci ildə doğulduğu Kərimbəyli kəndində orta təhsilini başa vurub. Sovxozda fəhlə işləməyə başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1980–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Ələsgər Tağıyev
Ələsgər Tağıyev (azərb. Tağıyev Ələsgər Soltan oğlu, rus. Тагиев, Алескер Солтанович; d. 1958-ci il, 1 iyul, Bakı ş., Azərbaycan SSR, SSRİ) - Hüquq elmləri doktoru. Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini. == Həyatı == Tağıyev Ələsgər Soltan oğlu 1958-ci il iyulun 1-də Bakıda həkim ailəsində anadan olub. 1975-ci ildə Bakıda 134 saylı rus orta məktəbini, 1980-ci ildə “hüquqşünaslıq” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra Ə.Tağıyev təyinatla Azərbaycan Respublikasının ədliyyə orqanlarında işə göndərilib. 1980-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi aparatında Məhkəmə Orqanları İdarəsində baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri işləyib. 1987-ci ildə Sov.İKP MK-nın qərarı ilə Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında rəhbər kadrların hazırlanması ilə bağlı Ə.Tağıyev SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatına işləməyə göndərilib.
Ələsgər İbrahimov
Ələsgər İbrahimov (30 yanvar 1943, Bakı – 10 mart 1983) — azərbaycanlı aktyor. == Həyatı == Ələsgər İbrahimov 1943-cü ilin 30 yanvar tarixində Bakıda anadan olub. İndiki Dövlət Neft Akademiyasında təhsil alıb. Oranı bitirdikdən sonra maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi idi. Kinoya gəlişi isə təsadüfən olmuşdu. İçərişəhərdəki evlərində görkəmli kinorejissor Arif Babayevlə qonşu idilər. Ələsgər İbrahimovun yaraşıqlı siması vardı. Hündür boyu, enli kürəyi, gözəl sifət cizgiləri ona daha da yaraşıq verirdi. Çox vaxt onu məşhur fransız aktyoru Jan Mareyə bənzədirdilər.
Ələsgər Şahbazov
Şahbazov Ələsgər Abbas oğlu (1898, Bakı – 9 may 1973, Bakı) — Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının müxtəlif bölgələrdə məsul katibi, 1930–1932-ci illərdə Azərbaycan SSR-in Xalq Təsərrüfatı Ali Sovetinin sədri, 1932-ci ildə Azərbaycan SSR-in Yüngül sənaye üzrə xalq komissarı, 1933-cü ildə Kirovabad (Gəncə) iplik və toxuculuq kombinatının direktoru, 1933-1935-ci illərdə Azərbaycan SSR-in Maşın Traktor Stansiyasının Siyasi bölməsinin rəisi, Yardımlı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Tağı Şahbazinin qardaşı. == Həyatı == 1898-ci ildə anadan olub. 1937-ci ilin avqust ayında həbs edilir, 1939-cu ildə 10 illiyə azadlıqdan və 5 il də hüquqlarından məhrum etmə cəzasına məhkum edilib. 1941-ci ilin fevralında cəzası 8 ilə qədər azaldılıb. 1945-ci ilin avqustunda azad edilib. 1948-ci ildə yenidən həbs edilib. 1949-ci ilin yanvarında yenidən 10 il azadlıqdan məhrum edilib, 1955-ci ildə azadlığa çıxıb. 1967-ci ildə təqaüdə çıxıb. 1973-cü il may ayının 9-da vəfat edib. == Təşkilati fəaliyyəti == 1917-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü olub.
Ələsgər Şərifov
Ələsgər Məmmədtağı oğlu Şərifov (25 dekabr 1909, Şamaxı – 9 sentyabr 1982, Bakı) — Azərbaycan rejissoru və aktyoru, Azərbaycan SSR xalq artisti (1960). == Həyatı == Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib.
Ələsgər Əliyev
Ələsgər Əliyev (azərb. Ələsgər Abdulla oğlu Əliyev‎ ; d.1883- ö.1938 )— Azərbaycan jurnalisti. == Həyatı == Ələsgər Əliyev 1883-cü ildə anadan olmuşdur. 1898-ci ildə Bakıda rus-tatar məktəbini bitirmişdir. == Fəaliyyəti == Ələsgər Əliyev məktəbi bitirdikdən sonra "Kaspi" mətbəəsində mürəttib şagirdi işləyib. O, Bakıdakı inqilabi hərakatda yaxından iştirak etmişdi. Bakı sosial-demokratlarına qatılan Ə.Əliyev 1902–1903-cü illərdə bolşeviklərin bir sıra intibahnamələrinin çap olunmasında fəallıq göstərmiş, əqidəcə sosial-demokrat kimi formalaşmışdı. 1903-cü ildə Bakıda keçirilən məşhur iyul tətilinin iştirakçılarından biri də odur. 1904-cü ildən başlayaraq Əliyev Bakıda və onun ətraf rayonlarında müəllimliklə məşğul olmuşdur. Müəllimlik fəaliyyəti dövründə bir sıra qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir.
"Aşıq Ələsgər – 200" yubiley medalı
"Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal. == Təsviri == Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur. İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır. Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır. Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır. İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir.
Abbas Ələsgərov
Ələsgərov Abbas Abbas oğlu (13 dekabr 1937, Bakı – 18 fevral 2018, Bakı) — "Azərbaycan SSR əməkdar mühəndisi" (1987), "Azərbaycan Respublikasının əməkdar memarı" (2007), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (4 aprel 2007 – 18 fevral 2018) == Həyatı == Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 16 mart 1959-cu ildən 11 mart 1960-cı ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis, həmin tarixdən 16 iyun 1961-ci ilə qədər isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" Trestində mühəndis və usta vəzifələrində çalışmışdır. Abbas Ələsgərov 25 sentyabr 1961-ci ildən 29 oktyabr 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 22 noyabr 1976-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 5 avqust 1977-ci ilə qədər isə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis kimi vəzifələrdə işləmişdir. 5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə — Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olmuşdur. 4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır. 7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 18 fevral 2018-ci ildə axşam saatlarında vəfat etmişdir. == Təltifləri == "Şərəf nişanı" ordeni — 1971. Xalqlar Dostluğu ordeni — 1986.
Adım Ələsgərdir, Göyçə mahalım... (film, 2014)
Adım Ələsgərdir, Göyçə mahalım... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Murad Quliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir. == Məzmun == Ustad el sənətkarı Aşıq Ələsgər özünəməxsus təbii gözəlliklərə malik olan və aşıq şeirinin beşiyi sayılan əzəli Azərbaycan torpağı Göyçə mahalında yaşayıb yaratmışdır. Sonralar bu iki amil — təbiətin gözəlliyi və əhatə olunduğu mühit Aşıq Ələsgərin yaradıcılığının ideya-məzmun cəhətdən formalaşmasına güclü təsir göstərmişdir. Hələ kiçik yaşlarından şeirə, sənətə böyük maraq göstərən Ələsgər digər bir ustad sənətkarın — Aşıq Alının yanında şagirdlik edərək, ondan həm aşıq sənətinin sirlərini, həm də ədəb-ərkan, mərifət qaydalarını öyrənmişdir. Gözəl çalmaq, avazla oxumaq, dastan söyləmək, şeir, havacat qoşmaq vərdişlərinə mükəmməl yiyələnən Aşıq Ələsgər zəmanənin kamil saz, söz ustadı kimi püxtələşir.Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir.
Almaz Ələsgərli
Almaz Ələsgərova (6 oktyabr 1966, Bakı) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası. == Həyatı == Almaz Ələsgərova 1985–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Karyerası boyunca oxuduğu populyar mahnılar arasında Alim Qasımov ilə duet "Səni axtara-axtara", "Qadasın alım", "Uçan quş", "Necə unudum səni", "Gözəlim", "İlk məhəbbətim", "Bu sevgi" (İlqar Muradov ilə duet), "Sevgilim" (Heydər Anatollu ilə duet), "Novruzum", "Yazığım gəlir sənə" və başqaları. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq ilə də məşğuldur. 2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Teatr səhnəsində ifa etdiyi rollar: Şəfiqə-"Baladadaşın toy hamamı"(Elçin) Tünzalə-"Amerikalı kürəkən" (Ramiz Mirişli,Marat Haqverdiyev) Cahan xala- "Arşın Mal Alan" (Üzeyir Hacıbəyov) == Fəxri adları, mükafatlar, nailiyyətlər == 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olmuşdur. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülmüşdür.
Almaz Ələsgərova
Almaz Ələsgərova (6 oktyabr 1966, Bakı) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası. == Həyatı == Almaz Ələsgərova 1985–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Karyerası boyunca oxuduğu populyar mahnılar arasında Alim Qasımov ilə duet "Səni axtara-axtara", "Qadasın alım", "Uçan quş", "Necə unudum səni", "Gözəlim", "İlk məhəbbətim", "Bu sevgi" (İlqar Muradov ilə duet), "Sevgilim" (Heydər Anatollu ilə duet), "Novruzum", "Yazığım gəlir sənə" və başqaları. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq ilə də məşğuldur. 2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Teatr səhnəsində ifa etdiyi rollar: Şəfiqə-"Baladadaşın toy hamamı"(Elçin) Tünzalə-"Amerikalı kürəkən" (Ramiz Mirişli,Marat Haqverdiyev) Cahan xala- "Arşın Mal Alan" (Üzeyir Hacıbəyov) == Fəxri adları, mükafatlar, nailiyyətlər == 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olmuşdur. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülmüşdür.
Arif Ələsgərov
Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır. Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir.
Arzu Ələsgərov
Arzu Süleyman oğlu Ələsgərov (17 dekabr 1945, Bakı, Azərbaycan SSR, SSRİ) — piano ifaçısı, Bakı Musiqi Akademiyasının Dosenti və Professoru, Azərbaycan Respublikasının Əməkdar artisti . Bəstəkar Süleyman Ələsgərovun oğlu. == Həyatı == Arzu Ələsgərov 17 mart 1945-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının xalq artisti Süleyman Ələsgərovun ailəsində anadan olub. 1951-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə (A.A.Kələntərin sinifi) daxil olub. 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına (M.R.Brennerin sinifi ). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ilin yanvar ayından 1970-ci ilin sentyabr ayına kimi Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının stajoru olmuşdur (rəhbər professor Y.İ.Milşteyn ). 1970-1972-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının aspirantı olub. Dəfələrlə xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir (Almaniya, Polşa (1972), Seneqal, Nigeriya (1973), Ukrayna (1978), Özbəkistan (1980)). == Pedaqoji fəaliyyət == 1968-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında assistent vəzifəsində çalışmağa başlayıb ( M.R.Brennerin assistenti).
Ağasəlim Ələsgərov
Ağasəlim Kərim oğlu Ələsgərov — Azərbaycan iqtisad elmi məktəblərinin yaradıcılarından biri, fəlsəfə və elmlər dokoru, görkəmli iqtisadçı alim. == Həyatı == Ağasəlim Ələsgərov Kərim oğlu 1928-ci il mayın 22-də Bakıda fəhlə ailəsində doğulmuşdur. O, Məşədi Adıgözəlin nəvəsi olmuşdur. A.Ələsgərovun ailəsi əslən Sabunçu rayon Balaxanı qəsəbəsindəndir. A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. İlk əmək fəaliyyətinə Bakı Şəhər Xalq Deputatları Sovetinin plan komissiyasında iqtisadçı kimi başlamışdır. Sonralar həmin komissiyada baş iqtisadçı, mənzil – kommunal və əsaslı tikinti şöbələrinin müdiri vəzifələrində çalışmış, 1953-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Moskva Dövlət Universiteti nəzdində yaradılmış siyası iqtisad, fəlsəfə, marksizm-leninizm müəllimləri hazırlayan xüsusi kursa oxumağa göndərilmişdir. Bununla da 1954-cü ildən etibarən A.Ələsgərov ali məktəblərdə siyasi iqtisad fənnindən dərs demək hüququ qazanmışdır. O, Bakıya qayıtdıqdan sonra bir müddət Azərbaycan Sənaye İnstitutunda siyası iqtisad kafedrasında müəllimlik etmiş, sonra isə SSRİ EAİqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
Aşıq Ələsgər (film, 1972)
Aşıq Ələsgər qısametrajlı sənədli filmi rejissor Xamiz Muradov tərəfindən 1972-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir. == Məzmun == Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə həsr olunmuşdur. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət etmişlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləmiş, "Dədə Qorqud" dan başlayaraq, bugünki aşıq yaradıcılığına qədər olan dövrdən bəhs etmişlər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: İlyas Tapdıq Rejissor: Xamiz Muradov Operator: Fəraməz Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Aşıq Ələsgər küçəsi (Bakı)
Aşıq Ələsgər küçəsi — Bakı şəhərinin Xətai rayonunda küçə. Küçə Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin adını daşıyır. == Haqqında == Küçə 2015-ci ildə əsaslı təmir olunmuşdur. == Kəsişdiyi küçələr == Aşıq Ələsgər küçəsi Ukrayna dairəsi ilə kəsişir. Seyid Mirhəsən ağa küçəsi Rahib Məmmədov küçəsi == Mühüm ünvanlar == № 1A — İstək İbtidai Beynəlxalq məktəbi № 2A — Pluton şadlıq sarayı № 17 — Şərq-Qərb nəşriyyatı № ?
Bayram Ələsgərov
Bayram Ələsgərov Cavad oğlu 15 yanvar 1934, Miskinli, Gədəbəy rayonu – 2013) — coğrafiya elmlər doktoru, professor. == Həyatı == B.C.Ələsgərov 1934-cü ildə Azərbaycanın Gədəbəy rayonunda Rüstəm Əliyev kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsini bitirərək mühəndis geoloq ixtisası almışdır. 1966–1969-cu illərdə AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində aspirant olmuşdur. == Elmi fəaliyyəti == 1964–1965-ci illərdə Azərbaycan Geoloji İdarəsində istehsalatda işləyib. 1971-ci- ildə böyük elmi işçi 1991-ci-ildə aparıcı elmi işçi 1971-ci-ildə "Şəmkirçay-Zəyəmçay hövzələrinin paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası, 1990-cı-ildə isə "Pleystosendə Azərbaycanın paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1969-cu-ildən Azərbaycan EA Coğrafiya institutunda işləyir. 2004-cü-ildən Paleocoğrafiya şöbəsinin rəhbəridir. Azərbaycan ərazisində Pleystosenin ayrı-ayrı əsrlərinin (Bakı, Xəzər, Xvalın və Holosen) relyefini, bitki və torpaq örtüyünü, iqlim şəraitini, çay şəbəkəsini, Xəzər dənizinin inkişaf tarixini bərpa etmək məqsədilə ardıcıl elmi tədqiqat işləri aparmışdır. Pleystosenin ayrı-ayrı əsrləri üçün paleocoğrafi, paleoiqlim, paleolandşaft xəritələrini (1:500 000 miqyaslı) tərtib etmiş və dəqiq məlumatlar vermişdir.
Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film)
Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü qısametrajlı sənədli televiziya filmi rejissor Maqsud Ağayev tərəfindən ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film bəstəkar Süleyman Ələsgərovun yaradıcılığından bəhs edir. == Məzmun == Film bəstəkar Süleyman Ələsgərovun yaradıcılığından bəhs edir. Filmdə bəstəkarın özü çıxış edir və ölməz əsərlərindən hissələri ifa edir.
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov (film, 2017)
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov — rejissor Sənan Sultanovun 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunub.
Cəbrayıl Ələsgərov
Cəbrayıl Ağəli oğlu Ələsgərov (1877 – 1937) — ADU-nun rektoruCəbrayıl Ağəli oğlu Ələsgərov yoldaş Azərbaycan SSR Xalq Maarifi Nazirinin müavini vəzifəsindən azad olunmaqla, Azərbaycan KP MK-nın Məktəblər Şöbəsinin müdiri təsdiq edilsin.
Elxan Ələsgərov
Elxan Ələsgərov — siyasi ekspert, politoloq, "Baku Network" ekspert şurasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsinin iştirakçısı, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini, "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəri. == Həyat və fəaliyyəti == Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Babası Ələsgər oğlu Hüseynbala məşhur Azərbaycanlı metsenatı Zeynalabdin Tagiyevin şirkətində işlər müdürü calışmışdır. O, Bakı şəhəri "bayır" hissəsində bakılılar arasında "Sonbala acıqlığı" kimi tanınan, sonralar isə "Sovetski" adlandırılan məhlənin 1886-ci ildə təməlini qoymuşdur. 5 yanvar 2021-ci ildə koronavirus infeksiyasından dünyasını dəyişib. === Təhsili === Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirmişdir. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdır, rabitə-mühəndisi olmuşdur. "Azon" elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışmışdır. Belarusiya Minsk şəhərində yerləşən "Ali məktəbin" məzunudur. 1981–1985-ci illərdə Ermənistana uzun müddətli ezamiyyətə göndərilmiş və Yerevan şəhərində yaşamışdır.
Elşad Ələsgərov
Elşad Ələsgərov — Kikboksinq idman növü üzrə dünya və Avropa çempionu, Azərbaycan Respublikasının idman ustası. == Həyat və fəaliyyəti == 28 iyun 1990-cı ildə Quba rayonu Zərdabi qəsəbəsində anadan olub. İlk orta təhsilini Zərdabi qəsəbəsi Bayram Şixəmirov adına tam orta məktəbində almışdır. 1996-cı ildən isə kikboksinq idman növü ilə məşğul olur. 2008-ci ildə orta mətkəbi bitirib. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Orta məktəb illərindən respublika çempionu, mükafatçısı, dünya mükafatçısı kimi nəticələr əldə etmişdir. === Ailəsi === Ailəlidir. Bir övladı var. == İdman karyerası == 2010-cu ildə WAKO versiyası üzrə Avropa çempionu olub.
Fuad Ələsgərov
Fuad Ələsgərov (rektor) — Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru. Fuad Ələsgərov (riyaziyyatçı) — Azərbaycan alimi. Fuad Ələsgərov (siyasətçi) — dövlət xadimi.
Fuad Ələsgərov (rektor)
Fuad Ələsgərov (Fuad Nəsrullah oğlu Ələsgərov) — 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor. == Həyatı == 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur. 1979–84-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan olmuşdur. 7 iyul 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Fuad Ələsgərov (riyaziyyatçı)
Fuad Tağı oğlu Ələsgərov (23 yanvar 1951, Bakı) — Texnika elmləri doktoru, professor. Rusiya “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin ali riyaziyyat kafedrasının müdiri. == Həyatı == Ələsgərov Fuad Tağı oğlu 1951-ci il yanvarın 23-də Bakıda anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika- riyaziyyat fakültəsini bitirib. 1975-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda (İPİ) təcrübəçi, aspirant, kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, həllərin seçimi və analizi laboratoriyasının müdiri işləyib. F.Ələsgərov 1981-ci ildə REA İPİ-də “sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə “İnterval seçim” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə “Lokal aqreqatlaşdırma modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.F.Ələsgərov Avropa ölkələrinin və ABŞ-nin bir çox universitetlərində, məsələn, Kaliforniya Texnologiya Universitetində (1992, 1994-1995, Pasadena, ABŞ), Bosfor Universitetində (1995-2001, İstanbul, Türkiyə), “Paris I” Universitetində (2002, Fransa), Turku Universitetində (2004, Finlandiya), Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzində (2006, 2007, Turin, İtaliya) dəvətli professor işləyib. F.Ələsgərov 2003-cü ildən “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsində ali riyaziyyat kafedrasının müdiridir.
Fuad Ələsgərov (siyasətçi)
Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri. == Həyatı == Fuad Ələsgərov 1959-cu il mayın 14-də Şərur rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakultəsini bitirib.1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilmişdir. Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə "Əməkdar Hüquqşünas" fəxri adı verilmişdir. == Ailəsi == Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərovun oğludur. Xəzər rayon prokuroru Fəxri Ələsgərovun qardaşıdır.
Hacı Ağa Ələsgər
Hacı Ağa Ələsgər (tam adı: Hacı Ağa Ələsgər Kərbəlayi Ağa Səfəroğlu) — XVIII əsrdə yaşamış Şamaxı ziyalısı. == Fəaliyyəti == Hacı Ağa Ələsgər 8 il Şamaxı mədrəsəsi mədrəsəsində oxumuşdur. O, həmin mədrəsədə 5 il xəlifəlik (müəllim köməkçisi) və 20 ilə yaxın müəllimlik etmişdir. == Əsəri == Hacı Ağa Ələsgər 1740-cı ildə Şamaxı şəhərində "Şirvan mədrəsəsinin tarixi" əsərini yazmışdır. Müəllif həmin əsərində tələbələrin dərsə hazırlaşması, imtahan verməsi, özünəxidmət işləri, şəhərin xeyir və şər işlərində iştirakı barədə maraqlı məlumat verir. Əsərdə 1730-1740-cı illər arasında mədrəsədə ayrı-ayrı fənləri kimlərin tədris etdiyi, tədris üsulları, dərs kitabları və sair barədə qeydlər vardır. Əsərin yazıldığı 1740-cı ildə mədrəsədə 26 müəllim və 14 xəlifə çalışdığı da həmin kitabda qeyd olunmuşdur.
Hənifə Ələsgərov
Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı – 29 aprel 1991, Bakı) — Bakı şəhərinin baş memarı (1967-1972), SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. == Həyatı == Hənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir. Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu. Zaqatala rayonunun baş planının layihələşdirilməsi işində əsas yer tutmuşdur. O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında memarlıq işləri üzrə birinci müdir müavini işləmişdir. 1948-1958-ci illərdə Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi.1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusunun tikilməsində iştirak etmişdir.1972-ci ildə SSRİ və 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatları laureatı adına layiq görülmüşdür. 1-ci dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.Hənifə Ələsgərovun yaradıcılığında şəhərsalma üzrə maraqlı işlərdən biri də Bakıdakı Nizami meydanının yenidən qurulması idi. 1961-ci ildə keçmiş Lenin meydanının, (indiki Azadlıq meydanı) yenidən qurulması üçün elan edilmiş qapalı müsabiqədə H.Ələsgərovun başçılığı altında olan kollektivin layihəsinimn 3-cü mükafat alması müəllifin yaradıcılıq nailiyyəti idi.Hənifə Ələsgərovun 1965-ci ildən Bakı şəhərinin Baş Planlaşdırma idarəsi rəhbəri vəzifəsində fəaliyyəti, tezliklə şəhərin yeni baş planının texniki iqtisadi əsasları üzərində işə başlanılması ilə əlamətdar olmuşdur. O, 1973-cü ilə qədər Bakı şəhərinin Baş memarı vəzifəsində işləmişdir.Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Ələsgər Hüseynovla) layihəsini vermişdir.Hənifə Ələsgərov 50-dən çox məqalə, kitab və kitabçaların müəllifidir.
изде́тства пе́речный препара́т торс ударя́ть эски́зный барометри́ческий литро́вка обмеле́ть сде́льные увида́ться хондри́лла чупла́н среный algetic davenport micropolis phonautograph psychosis scale-up subvocal time and motion study voluntary escape пастель семитолог