Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir.
Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir.
== Xüsusiyyətləri ==
Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır.Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi). Qərbi Avstraliyadakı zirkon kristallarının 4,404 ± 8 milyon il yaşı olduğundan, yerin sabit bir qabığının 4,433 milyon il əvvəl yarandığı qəbul edilmişdir."Prekembri" termini Stratiqrafiya üzrə Beynəlxalq Komissiya tərəfindən bu dövrə Katarxey, Arxey və Proterozoy eonları daxil olduğu üçün yerin geoloji tarixində yeganə "supereon" olaraq tanınıb.