Xacə Bəhaəddin Məhəmməd Buxari: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k →‎Həyatı: vikiləşdirmə using AWB
 
Sətir 52: Sətir 52:
[[Kateqoriya:İslam alimləri]]
[[Kateqoriya:İslam alimləri]]
[[Kateqoriya:Nəqşibəndilik]]
[[Kateqoriya:Nəqşibəndilik]]
[[Kateqoriya:Buxarada doğulanlar]]
[[Kateqoriya:Buxarada dəfn olunanlar]]
[[Kateqoriya:Buxarada dəfn olunanlar]]

Səhifəsinin 10:56, 1 iyul 2022 tarixinə olan son versiyası

Xacə Bəhaəddin Məhəmməd Buxari
fars. بهاء الدين النقشبند
ərəb. بهاء الدين النقشبند
Doğum tarixi 1318
Doğum yeri
Vəfat tarixi 1389
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti İslam alimi, övliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xacə Bəhaəddin Məhəmməd Buxari (1318, Buxara1389, Buxara) — Nəqşibəndiyyə təriqətinin yaradıcısı, İslam alimi, övliya.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Bəhaəddin 1318-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur.

Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö.740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Abdulxaliq Qucduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir.

Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır.

Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir.

Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Evrad
  • Töhfə
  • Hədiyyə

İstinadlar[redaktə | mənbəni redaktə et]