Axın xətti: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k HotCat vasitəsilə Kateqoriya:Maşınlar əlavə olundu; {{Kateqoriyasız}} şablonu silindi
 
(2 fərqli istifadəçi tərəfindən edilmiş 1 dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:

{{vikiləşdirmək}}
{{vikiləşdirmək}}


Sətir 5: Sətir 6:
== Mənbə: ==
== Mənbə: ==
{{AME|1|211-212}}
{{AME|1|211-212}}

[[Kateqoriya:Maşınlar]]

Səhifəsinin 19:52, 22 noyabr 2023 tarixinə olan son versiyası

Axın xətti – eynitipli detalların hazırlanması və ya məmulatların yığılması üçün texnoloji prosesin ardıcıllığı ilə düzülmüş, müəyyən takta uyğun işləyən maşınlar və ya avadanlıqlar kompleksi. Emal sexlərinin axın xətti detalları bir əməliyyatdan digərinə ötürən nəqledici qurğularla birləşdirilmiş dəzgahlardan, maşınlardan, yığma sahələrində isə avadanlıq, tərtibat, alət və nəqledici qurğularla təchiz olunmuş iş yerlərindən ibarətdir. Nəqledici qurğular Axın xəttini detal və qovşaqlarla fasiləsiz təchiz etmək və yığılmış məmulatı ardıcıl hərəkət etdirmək üçündür. Axın xətti fərdi, qoşalaşdırılmış (2 detalın eyni vaxtda emalı üçün) və qrup halda (bir neçə detalın eyni vaxtda emalı, yaxud onların müəyyən ardıcıllıqla emalı üçün) olur. Axın xəttində iri obyektlərin  yığılması  zamanı  ayrı-ayrı  qovşaq və detallar müəyyən olunmuş ardıcıllıqla bir mövqedən digərinə verilir, quraşdırma işlərini isə texnoloji prosesə uyğun bir obyektdən digərinə keçən ixtisaslaşdırılmış briqadalar görür. Axın xəttində, adətən, metalkəsən dəzgahlarda mexaniki emal, qaynaq, termiki emal, yağlama, rəngləmə və s. yerinə yetirilir. Detalların, qovşaqların, hazır məmulatların yerinin dəyişdirilməsi üçün istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan verən mövqedəyişən, manipulyator, nəqliyyat vasitələri tətbiq edilir və texnoloji işlər aparılır.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 211–212. ISBN 978-9952-441-02-4.