Azərbaycan Milli Ensiklopediyası

Azərbaycan Milli EnsiklopediyasıAzərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya.

Azərbaycan Milli Ensiklopediyası
Orijinalın dili Azərbaycan dili
Nəşriyyat Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.[1]

1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və AzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı.

AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı.[1]

Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. AR Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.[1]

Azərbaycan Milli Ensiklopediyasının hazırlanıb nəşr olunmasını təmin etmək üçün AR Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradıldı. 2007-ci ildə AME-nin "Azərbaycan" xüsusi cildi, 2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi.[1]

25 may 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Azərbaycan Milli Ensiklopediyası"nın veb-portalının yaradılması haqqında qərar verir.[2]

Redaksiya heyətinin tərkibi

[redaktə | mənbəni redaktə et]

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada təsdiqlənib:[3]

Vəzifə Vəzifəni icra edən
Redaksiya heyətinin sədri İlham Əliyev
Redaksiya heyəti sədrinin müavinləri Akif Əli Zadə

İbrahim Quliyev
Anar Rzayev

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru İsa Həbibbəyli
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi Tofiq Nağıyev
Redaksiya heyətinin üzvləri Kamal Abdullayev

Ağacan Abıyev
Fərhad Bədəlbəyli
Bilal Bilalov
Tahir Budaqov
Nizami Cəfərov
Namiq Cəlilov
Ömər Eldarov
Urxan Ələkbərov
Rasim Əlquliyev
Telman Əliyev
Fərəh Əliyeva
Firəngiz Əli-zadə
Vaqif Fərzəliyev
İsmayıl Hacıyev
Arif Həşimov
İradə Hüseynova
Fərhad Xəlilov
Amin İsmayılov
Teymur Kərimli
Fəxrəddin Qədirov
Adil Qəribov
Yaqub Mahmudov
Ramiz Mehdiyev
Abel Məhərrəmov
Qərib Məmmədov
Nazim Məmmədov
Şahbaz Muradov
Şahin Mustafayev
Arif Paşayev
Əsgər Rəsulov
Ziyad Səmədzadə
Kərim Şükürov
Nailə Vəlixanova

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]