Azərbaycanın iynəyarpaqlı meşələri: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Azərbaycan meşələri#İynəyarpaqlı meşələr səhifəsinə istiqamətləndirilir
Teq: Yeni yönləndirmə
 
(2 istifadəçi tərəfindən edilmiş 3 dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
#İSTİQAMƏTLƏNDİRMƏ [[Azərbaycan meşələri#İynəyarpaqlı meşələr]]
== Azərbaycanın iynəyarpaqlı meşələri ==
''İynəyarpaqlı meşələr –'' [[Çılpaqtoxumlular|Çılpaqtoxumlu]] bitkilərin ən geniş yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycanda 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır. Azərbaycanda iki növ [[şam ağacı]] bitir: [[Eldar şamı]] və [[qarmaqvari şam]].

''Qarmaqvari şam meşələri –'' kiçik sahələrdə təbii halda [[Kiçik Qafqaz]]da [[Tovuz rayonu]] ərazisində [[Əsrik]] və [[Zəyəm]] çayları hövzəsində, nisbətən geniş sahəsi olan [[Kəpəz dağı]]nda [[Göygöl gölü|Göygöl]], [[Maralgöl]] ətrafı daşlı-qayalı yamaclarda), [[Böyük Qafqaz]]da isə qarmaqvari şam [[Filizçay yatağı|Filizçayı]] ([[Balakənçay]]ı) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə 10 ha sahədə bitir.

''Eldar şamı meşələri –'' Azərbaycanın endemik ağac növü olub təbii halda yeganə bitmə yeri [[Qabırrı çayı]]nın sağ sahilində Elləroyuğu dağıdır (Eldar şamı qoruğu). Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında ([[Balakən rayonu]]ndan [[Şamaxı rayonu]]nadək), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən) və [[Talış dağları]]nda dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir.

Azərbaycanda əsasən 6 ardıc növü bitir: kəsgin iyli ardıc, [[çoxmeyvəli ardıc]], [[qırmızı ardıc]], [[uzunsov ardıc]], [[cırtdan ardıc]] və [[Qazax ardıcı|qazax ardıcı]]. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq rayonlarında – Bozqır yaylada, [[Qobustan]]da, Böyük Qafqazda, Kiçik Qafqazda, Şəmkir, [[Oxçuçay|Oxçu]], [[Həkəri|Həkəri çay]]ları hövzələrində yayılmışdır. Cırtdan ardıcı və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp zonasının daşlı-qayalı yamaclarında bitir.<ref>Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003</ref>

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==
* [http://eco.gov.az/az/86-meselerin-inkisafi Azərbaycan Respublikasının meşələri]
* [http://www.portal.azertag.az/az/node/2343#.WV56u4SGPIU İynəyarpaqlı bitkilər – tikanlı gözəllər]

== Həmçinin bax ==
* [[Azərbaycan meşələri]]

[[Kateqoriya:Meşələr]]

Səhifəsinin 22:50, 16 fevral 2024 tarixinə olan son versiyası