Azərbaycanın iynəyarpaqlı meşələri

Azərbaycanın iynəyarpaqlı meşələri[redaktə | mənbəni redaktə et]

İynəyarpaqlı meşələr – Çılpaqtoxumlu bitkilərin ən geniş yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycanda 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır. Azərbaycanda iki növ şam ağacı bitir: Eldar şamı və qarmaqvari şam.

Qarmaqvari şam meşələri – kiçik sahələrdə təbii halda Kiçik Qafqazda Tovuz rayonu ərazisində ƏsrikZəyəm çayları hövzəsində, nisbətən geniş sahəsi olan Kəpəz dağında Göygöl, Maralgöl ətrafı daşlı-qayalı yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı (Balakənçayı) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə 10 ha sahədə bitir.

Eldar şamı meşələri – Azərbaycanın endemik ağac növü olub təbii halda yeganə bitmə yeri Qabırrıçayın sağ sahilində Elləroyuğu dağıdır (Eldar şamı qoruğu). Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakən rayonundan Şamaxı rayonunadək), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən) və Talış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir.

Azərbaycanda əsasən 6 ardıc növü bitir: kəsgin iyli ardıc, çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıcqazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Şəmkir, Oxçuçay, Həkəri çayları hövzələrində yayılmışdır. Cırtdan ardıcı və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp zonasının daşlı-qayalı yamaclarında bitir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]