İsfəndiyar (mərzban): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Enver62 (müzakirə | töhfələr)
kRedaktənin izahı yoxdur
Enver62 (müzakirə | töhfələr)
Sətir 13: Sətir 13:


== İstinadlar ==
== İstinadlar ==
<references/>


== Həmçinin bax ==
== Həmçinin bax ==

17:32, 22 mart 2011 tarixindəki versiya

İsfəndiyar ibn Fərruxzad (?-?)—Sasanilər dövlətinin Azərbaycanda mərzbanı.

Həyatı

639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Azərbaycana soxuldu . Nəhavənd döyüşündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək , ölkəni tabe etməyə girişdilər. Yerli mərzban İsfəndiyar qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi. Dirənmə uzun çəkdi, Bukeyr və Utba adlı ərəb sərkərdələrinin qoşunları da buraya yeridildi. Mərzban basılıb barışığa gəldi. Azərbaycan əhalisi tabe olub torpaq və can vergisi ödəməyi, “hər kişi” bir ərəb əsgərini evində saxlamağı üzərinə götürdü. Ərəblər isə onların dini görüşlərinə - etiqad, ayin və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlər aman alır, ərəb qoşununa öz istəyi ilə girmək arzusunda olanlar bir il vergilərdən azad edilirdi. Ərəb qoşunu buradan Muğana yollandı. Ancaq Azərbaycan əhalisi üsyana qalxıb bağlaşmanı yerinə yetirməkdən boyun qaçırdı.

Ərəblərə qarşı onun müqaviməti haqqında mənbələrdə qeydlər var. Qaynaqlarda yazılır ki, Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O Bacrəvan, Meymənd,Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı. [1] [2].

646-cı ildə əl-Valid ibn Ukbanın başçılığı ilə buraya göndərilən yeni qoşun üsyanı yatırdı. Yeni bağlaşma üzrə ərəblərə ildə 800 dirhəm vergi ödənilməli idi.

İsfəndiyar sonra ərəb valisi ilə əvəzləndi.

İstinadlar

  1. Əl-Bəlazuri, səh. 325-326
  2. Yaqut, I, 173

Həmçinin bax