Şiz

Şiz şəhəri — Sasanilər imperiyası dövrlərində Azərqoşnəsbin (Azərbaycanın) cənubunda yerləşirdi. Sasanilərin baş atəşgahı burada yerləşirdi. Atropatena

Qədim şəhər
Şiz
Ölkə  İran
Şəhərciyin adı Təxti Süleyman
Milli tərkibi Atropatenlilər, Sasanilər
Müasir yeri Takab

Məzdəkilər hərəkatının məğlubiyyətə uğramasından sonra Şiz şəhərinin atəşpərəstliyin əsas mərkəzi kimi möhkəmlənməsi Azərbaycanda təhsil və maarifin qüvvətlənməsinə əlverişli şərait yaratdı. Azərqoşnəsb atəşgədəsinin Şiz şəhərində yerləşməsindən bu nəticəyə gəlmək olur ki, qədim Azərbaycanın paytaxtı olan bu şəhər Avesta Azərbaycanında böyük elm və maarif mərkəzi olmuşdur. IV əsrin ortalarında ərəb tarixçisi Məsudi belə yazırdı: «Zəmanəmizdə bu şəhərdə (Şiz şəhərində) heyrət doğuran binaların qalıqları, eləcə də səma kürəsini, ulduzları, dünyanı, quru və dənizləri, yaşayış yerlərini, onların bitki və canlılarını və sair qəribə şeyləri özündə əks etdirən rəngarəng və çox gözəl rəssamlıq lövhələri görünür». Zərdüşt təlim ocaqları bu dövrdə Azərbaycanda, xüsusilə Şiz şəhərində genişlənmişdir. Çünki muğların əsas mərkəzi Azərbaycan idi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hələ lap ilk dövrlərdə, o zamankı İranın bütün ərazisindən gələn moğlar məhz Şiz şəhərinin Siroş adlı nahiyəsində toplanır, burada Zərdüştlük dini üzrə təlimat alırdılar. Moğların ilk məktəbi də həmin məhəllədə olmuşdur.[1]

  1. http://ndu.edu.az/files/libruary/file_1355816377_8.pdf[ölü keçid] Səməngül Qafarova, Ellada Gərayzadə. Azərbaycan ədəbiyyatının tədrisi tarixi. Dərs vəsaiti. Bakı: Mütərcim, 2010. –136 səh.