Şortəpə yaşayış yeri: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 14: Sətir 14:
*'''Vəli Baxşəli oğlu Baxşəliyev'''. ''Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.'' Bakı: Elm, 2007
*'''Vəli Baxşəli oğlu Baxşəliyev'''. ''Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.'' Bakı: Elm, 2007


[[Kateqoriya:Arxeologiya]]
[[Kateqoriya:Şərur abidələri]]
[[Kateqoriya:Azərbaycan abidələri]]

19:09, 10 avqust 2011 tarixindəki versiya

Şortəpə yaşayış yeriAzərbaycan ərazisində arxeoloji abidə

Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 1,5 ha-dır. Abidə yer səviyyəsindən 1,5-2 metr hündürlükdə yerləşən oval təpədən ibarət olub, sahəsi 1500 m2-dir.

Yaşayış yeri 1936-cı ildə Ə.K.Ələkbərovun kəşfiyyat xarakterli qazıntıları ilə öyrənilmişdir. Qazıntı işləri 3 metr dərinliyədək davam etdirilmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidəninin üzərindən 1,5-3 m dərinlikdə yerləşir. Qazıntı zamanı gil qab parçaları və ocaq qurğularının qalıqları aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır.

Yaşayış yerində İlk, Orta və Son Tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir. Abidənin Orta Tunc dövrünə aid təbəqəsindən sadə və boyalı qablar aşkar olunmuşdur.

Abidə geniş qazıntı işləri ilə öyrənilmədiyindən, onun planı və tikintilərin xarakteri haqqında elmi fikir söyləmək çətindir.

Mənbə

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007