Sidik qaçırma: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: {{Xəstəlik | Name = Sidik qaçırma | Image = | Caption = | DiseasesDB = 6764 | ICD10 = {{ICD10|R|32}} | ICD9 = {{ICD9|788.3}} | ICDO = |...
 
Sətir 27: Sətir 27:
Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər:
Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər:


* İşəmə gündəliyi
* Sidik gündəliyi (günlüyü)
* Pambıqlı bez sınağı
* Pambıqlı bez sınağı
* Öskürək sınağı
* Öskürək sınağı

15:23, 7 iyul 2013 tarixindəki versiya

Sidik qaçırma
XBT-10 R32.
XBT-9 788.3
DiseasesDB 6764
MedlinePlus 003142
eMedicine med/2781 
MeSH D014549
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması.

Növləri

  • Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması.
  • Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama.
  • Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması
  • Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir.
  • Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) [1] [2]

Diaqnostika

Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər:

  • Sidik gündəliyi (günlüyü)
  • Pambıqlı bez sınağı
  • Öskürək sınağı
  • İşəyəndən sonra qalıq sidiyin ölçülməsi
  • Sistoskopiya
  • Urodinamik sınaqlar

Müalicə

Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır:

  • gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə
  • dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə
  • qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin fizioterapiyası, antixolinergik dərmanlar, cərrahiyə
  • daşma tipli sidik qaçırması - kateter
  • funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi.

[3]

Qaynaqlar

  1. Sandip P Vasavada, MD. Urinary Incontinence. eMedicine.
  2. Uroloq Seymur Mehtiyev - İnkontinans
  3. European Association of Urology - Guidelines on Urinary Incontinence