Öd kisəsinin ləğvi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Tubus (müzakirə | töhfələr)
Tubus (müzakirə | töhfələr)
Sətir 26: Sətir 26:
=== Laparaskopik üsul ===
=== Laparaskopik üsul ===
Laparaskopik alətləri qarın boşluğuna daxil etmək üçün uxarı və aşağı göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsiklər aparılır. Əlavə olaraq döş sümüyünün altından daha iki kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir.
Laparaskopik alətləri qarın boşluğuna daxil etmək üçün uxarı və aşağı göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsiklər aparılır. Əlavə olaraq döş sümüyünün altından daha iki kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir.
Laparaskopik alətlərin köməyi ilə {{tb-azlat|öd axacağı|ductus cysticus}} və {{tb-azlat|ıd arteriyası|arteria cysticus}} mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın qaynaq üsulu ilə hemostazı aparılır. Preparat müvafiq laparoskopik kəsiyin bir qədər genişləndirilməsindən sonra (öd kisəsi dolu olduqda müvafiq punksion iynə vasitəsilə boşaldıldıqdan sonra xaric edilir) qarın boşluğundan xaric edilir. Kəsik toxumalar qat-qat tikilərək bağlanır. Çox vaxt dəri xüsusi tibbi yapışqan vasitəsilə yapışdırılır.


== İstinadlar ==
== İstinadlar ==

15:31, 10 sentyabr 2013 tarixindəki versiya

Şablon:Müdaxilə Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy - сhole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv - laparoskopik ya da açiq üsulla icra olunur. Günümüzdə Öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir.

Göstərişlər

Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər:

Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nənicəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü biruzə verir.

Cərrahi müdaxilə

Laparatomik üsul

Laparoskopik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaarası nahiyədə təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu yarılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. Öd axacağı (lat. ductus cysticus) və ıd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, drinaj qoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır.

Laparaskopik üsul

Laparaskopik alətləri qarın boşluğuna daxil etmək üçün uxarı və aşağı göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsiklər aparılır. Əlavə olaraq döş sümüyünün altından daha iki kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir. Laparaskopik alətlərin köməyi ilə öd axacağı (lat. ductus cysticus) və ıd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın qaynaq üsulu ilə hemostazı aparılır. Preparat müvafiq laparoskopik kəsiyin bir qədər genişləndirilməsindən sonra (öd kisəsi dolu olduqda müvafiq punksion iynə vasitəsilə boşaldıldıqdan sonra xaric edilir) qarın boşluğundan xaric edilir. Kəsik toxumalar qat-qat tikilərək bağlanır. Çox vaxt dəri xüsusi tibbi yapışqan vasitəsilə yapışdırılır.

İstinadlar